Rəcəb Tayyib Ərdoğan Rusiya Ukrayna danışıqları ilə bağlı: Ədalətli sülhün uduzanı olmaz
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"2022-ci ilin martından bu yana ilk dəfə qan tökülməsini dayandırmaq üçün bir fürsət pəncərəsi açıldı. Ədalətli sülhün uduzanı olmayacaq".
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı Avropa Siyasi Birliyinin Zirvə toplantısında çıxışı zamanı Türkiyədə keçirilən Rusiya-Ukrayna danışıqlarına münasibət bildirərkən deyib.
"Prosesin həssaslığını nəzərə alsaq, ədalətli və davamlı sülhə nail olmaq üçün tərəflərin heç bir təzyiq göstərilmədən təşviq edilməsi çox vacibdir. Cənab Tramp, Putin və Zelenski ilə ayrı-ayrılıqda görüşlərim oldu. 2022-ci ilin martından bəri ilk dəfə olaraq qan tökülməsini dayandırmaq üçün fürsət pəncərəsi açıldı. İndiki mərhələdə sülhün sürətlə bərqərar olması üçün Ukrayna və Rusiya arasında dialoq kanallarını açıq saxlanılması baxımından buradakı bütün tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Həmişə qeyd etdiyim kimi, ədalətli sülhün uduzanı olmaz. Türkiyə bu prosesdə üzərinə düşənləri etməyə davam edəcək", - deyə Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 16 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















