Icma.az
close
up
RU
Sovetin alınmaz qalası bağlandı: növbə kimindir?

Sovetin alınmaz qalası bağlandı: növbə kimindir?

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

  “Sovetdən qalan, dünya standartlarına cavab verməyən, funksionallığı olmayan, çox pul xərclənib, az nəticə əldə edilən bir qurum əvvə-axır ləvğ edilməliydi”. Bu fikri şair, yazıçı və publisist Rasim Qaraca Tərcümə Mərkəzinin və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğvinə münasibət bildirərkən deyib. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn vəzifələri 2 ay müddətində icra etmək tapşırılıb. 


Tərcümə Mərkəzinin ləğvi ilə bağlı fikirlərini bölüşən Rasim Qaraca bildirib ki, Azərbaycan mədəni həyatında 20-30 ildə belə 8-9 bal gücündə silkələnmə olur: 

" Hadisənin ən xoşagəlməz tərəfi budur ki, 100-ə yaxın əməkdaş işsiz qalacaq. Eyni zamanda, bu da bir həqiqətdir ki, sovetdən qalan, dünya standartlarına cavab verməyən, funksionallığı olmayan, çox pul xərclənib az nəticə əldə edilən bir qurum əvvəl-axır ləğv edilməliydi. Əgər onun əvəzində yerli ədəbiyyatın tərcüməsi və nəşri üçün xarici naşirlərə dəstək verən Tərcümə Proqramı yaradılarsa, bu, orada işləyən yaradıcı insanlar üçün indikindən daha çox faydalı olar. Və belə olarsa, bunu müstəqillik dövrü ərzində mədəni sahədə həyata keçirilmiş ən böyük islahat saya bilərik. Mədəniyyət Nazirliyinin belə bir Proqramın yaradılması üzərində işlədiyi haqqında söhbətlər var idi, bunun praktik təcəssümü necə olacaq, mənə də maraqlıdır". 

Yazıçı qeyd etdi ki, sovetlə vidalaşma ümumən ağrılı bir prosesdir, bizdə isə az qala mümkünsüzdür: 

"Tərcümə Mərkəzi ləvğ olunmalı olan ən kiçik qurumlardan biri idi. Sovetin alınmaz qalası kimi duran daha böyük qurum Yazıçılar Birliyidir. Tamamən köhnəlmiş, funksionallığı olmayan bir qurumdur. Həm Birlikdə, həm onun qəzet və jurnallarında onlarla insan çalışır, əməkhaqqı alır, bu köhnə təşkilatı ləğv etsən, o insanlar işsiz, maaşsız qalacaq. Təşkilatın rəhbəri hörmətli, nüfuzlu adamdır, az qala, mədəniyyətin simvoludur. Belə nüfuzlu adamın xatirinə təşkilat hələ də yaşayır, bir fayda gətirmədiyinə göz yumulur. Amma Yazıçılar Birliyinin və onun qəzet-jurnallarının gec-tez ləvğ olunacağı məlumdur. Bəs orada işləyən, ailəsinə çörək aparan insanlar, nə edəcək, deyəcəksiniz. Onlar öz müstəqil qurumlarını, qəzet və jurnallarını yaratmaq məcburiyyətində qalacaq, bazar iqtisadiyyatı qanunları ilə yaşayacaqlar, bütün dünyada olduğu kimi. Ancaq belə qurumların dövlət dotasiyasında oturması prinsipial olaraq ümumi işin xeyrinə deyil. Dotasiyada oturmaq tənbəllik və təkəbbür yaradır, intriqalara meydan açır. Misal üçün, bir "Ulduz " jurnalına ayrılan pula ən azı 5 müstəqil jurnal çıxartmaq olar, talantlı gənclər çoxdur, onların təşəbbüslərini kimsə dəstəkləmir və bu üzdən də talantları sönüb gedir, əvəzində bir ovuc adam "ədəbiyyat var" görüntüsü yaradır. Amma deyil. Azərbaycan ədəbiyyatı indi ən böhranlı dövrünü yaşayır. İmitasiya var, amma ədəbiyyatın özü yoxdur. Ən başlıcası ədəbiyyat müsabiqələri yoxdur, ədəbiyyat mükafatları yoxdur, yerli müəllifləri xaricdə təmsil edən ədəbiyyat agentlikləri yox dərəcəsindədir, Azərbaycan yazıçısı beynəlxalq ədəbiyyat festivallarında təmsil olunmur, əsərləri xarici dillərə tərcümə olunmur və s. və i. Müstəqil dövlət olmağımızdan keçən otuz neçə ildə sadəcə yerimizdə saymışıq, ədəbiyyat görüntüsü olub, amma gerçək ədəbiyyat prosesləri olmayıb, təşəbbüslər beşikdəcə boğulub. Tərcümə Mərkəzində işləyənlərə, maaş alanlara keçmiş olsun deyirəm, hər işdə bir xeyir var deyiblər. Ümid edirəm cavabdeh orqanlar onların sosial müdafiəsinin qayğısına qalacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri