Icma.az
close
up
RU
Reels izləyərkən beyində nə baş verir? Qısa videoların təsiri (FOTOLAR)

Reels izləyərkən beyində nə baş verir? Qısa videoların təsiri (FOTOLAR)

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Araşdırma göstərir ki, qısa videoların ardıcıl izlənməsi beynin diqqət və özünənəzarətə cavabdeh bölgələrinin aktivliyini müvəqqəti azalda bilər.
Demokrat.az
xəbər verir ki, Çinin Çjetszyan Universitetinin alimləri tərəfindən aparılan və "NeuroImage" jurnalında dərc olunan araşdırmaya əsasən, istifadəçilərin bəyəndiyi qısa videoları ardıcıl izləməsi beynin özünənəzarət və davranışa nəzarət şəbəkələrinin fəaliyyətini müvəqqəti zəiflədir.
Tədqiqatın nəticələrinə görə, “Reels” və “TikTok” kimi platformalardakı qısa videoların izlənməsi beyindəki qlutamat səviyyələri ilə əlaqəlidir və zehni səy tələbini azalda bilər.
Alimlər beynin iki əsas nahiyəsinə diqqət yetiriblər: dorsal ön singulyar korteks (dACC) və dorsolateral prefrontal korteks (dlPFC).
Qərarvermə prosesində mühüm rol oynayan dorsal ön singulyar korteks münaqişəli vəziyyətləri müəyyənləşdirir və əlavə zehni səyə ehtiyac olub-olmadığını qiymətləndirir. Dorsolateral prefrontal korteks isə diqqətin cəmlənməsi və diqqəti yayındıran amillərə qarşı müqavimətin təmin olunmasına cavabdehdir.
Araşdırmada həmçinin beynin əsas oyadıcı neyromediatoru olan qlutamat və sinir fəaliyyətini zəiflədən əsas tormozlayıcı neyromediator olan qamma-aminoyağ turşusu (GABA) da öyrənilib. Tədqiqatçılar istirahət vəziyyətində bu maddələrin səviyyəsinin video izləyərkən idrak nəzarəti şəbəkələrinin fəaliyyətinə təsir edib-etmədiyini qiymətləndiriblər.
Araşdırmaya əvvəlcə 66 gənc cəlb olunub. Lakin həddindən artıq baş hərəkəti edən və ya beyin kimyası ilə bağlı görüntüləri kifayət qədər keyfiyyətli olmayan iştirakçılar çıxarıldıqdan sonra orta yaşı təxminən 23 olan, 19-u qadın olmaqla 56 nəfər tədqiqata daxil edilib.
İlk mərhələdə iştirakçılarda proton maqnit-rezonans spektroskopiyası vasitəsilə qlutamat və GABA konsentrasiyası ölçülüb. Daha sonra onlar funksional maqnit-rezonans tomoqrafiyası (fMRI) zamanı altı dəqiqəlik iki blok şəklində qısa videolar izləyiblər. İştirakçılar istədikləri vaxt növbəti videoya keçə biliblər.
Sonuna qədər izlənilən videolar "bəyənilmiş", yarımçıq keçilən videolar isə "bəyənilməmiş" kimi qiymətləndirilib.
Araşdırmanın əsas nəticələri göstərib ki, sonuna qədər izlənilən videolar hər iki idrak nəzarəti bölgəsinin aktivliyini nəzərəçarpacaq dərəcədə azaldır. İştirakçılar videoları izləməyə davam etdikcə həmin bölgələrin fəaliyyəti baza səviyyəsindən aşağı düşüb.
Bəyənilməyən videolarda dorsal ön singulyar korteksin aktivliyi baza səviyyəsindən əhəmiyyətli dərəcədə fərqlənməsə də, dorsolateral prefrontal korteksdə aktivliyin azalması davam edib. Görmə məlumatlarını emal edən görmə korteksinin hər iki halda aktiv qalması isə müşahidə olunan azalmanın yalnız ekrana baxmaqla əlaqəli olmadığını göstərib.
Bununla yanaşı, qısa videolar izlənərkən bu iki beyin bölgəsi arasındakı funksional əlaqənin gücləndiyi müşahidə olunub. Alimlər bildirirlər ki, bu artım daha güclü özünənəzarət demək deyil. Əksinə, hər iki bölgənin aktivliyinin eyni vaxtda azalması onların daha koordinasiyalı şəkildə aşağı aktivlik modeli nümayiş etdirməsinə səbəb olur.
Məqalədə qeyd olunur ki, araşdırmada qısa video asılılığı ayrıca qiymətləndirilməyib, videoların bəyənilməsi izlənmə müddətinə əsasən müəyyənləşdirilib və iştirakçıların əksəriyyəti gənc kişilərdən ibarət olduğuna görə nəticələrin ümumiləşdirilməsi zamanı ehtiyatlı olmaq lazımdır.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri