Icma.az
close
up
RU
Rəfail Becanov: Azad edilən ərazilərdə köç proqramı plana uyğun icra olunur

Rəfail Becanov: Azad edilən ərazilərdə köç proqramı plana uyğun icra olunur

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Torpaqlarımız azad edildikdən sonra ermənilərin viran qoyduğu bütün ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Səfərlərimiz zamanı bunun şahidi olmuşuq. Hər gedəndə görülən işlərin həcminə, əhatəsinə heyrətlənməmək mümkün deyil".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
"İnsanların qayıdışı üçün kompleks işlər aparılır. Ərazilər minalar və partlamamış hərbi sursatlardan təmizlənir. Eyni zamanda da müasir yaşayış kompleksləri salınır, şəhərlər, kəndlər, qəsəbələr bərpa olunur, insanların rahat yaşaması üçün infrastruktur layihələr həyata keçirilir. Məktəblər, xəstəxanalar, poliklinikalar, uşaq bağçaları tikilir, istehsal və xidmət sahələri yaradılır, nəqliyyat-kommunikasiya layihələri icra olunur. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətlə dirçəlir, əhalinin dayanıqlı məskunlaşma prosesi aparılır".
O bildirib ki, bütün bunlar Prezident İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə xüsusi diqqətidir:
"Bilirik ki, işğaldan azad edilmiş ərazilərə böyük qayıdışla bağlı xüsusi proqram qəbul edilib və bu proses 2030-cu ilədək beş Milli Prioritetdən biri kimi müəyyən olunub. 2022-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev bu Qərargaha rəhbərlik edir.Bütün bunlar göstərir ki, qəbul olunan proqram qrafikə və plana uyğun icra olunur. Demək olar ki, işğaldan azad olunmuş bütün rayonlara qayıdış həyata keçirilir və əhali orada məskunlaşır. İndi Qarabağ deyəndə gözümüzün önündə təbiəti, bərəkəti, gözəlliyi ilə hər kəsi heyran edən abad və yeni bir dünya canlanır.Bu il üçün digər rayon və qəsəbələr, kəndlər olduğu kimi Xocavəndə də köç nəzərdə tutulur".
Onun sözlərinə görə, Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını qarış-qarış abadlaşıdrıb əhalimizə qaytarır ki, rahat yaşasınlar:
"O torpaqlar təkcə ərazi bütövlüyümüzü bərpa etmək üçün işğaldan azad edilməyib, eyni zamanda insanlarımızın öz doğma yurdlarına qayıtmasıorada daha rahat yaşamsı, həyatın yenidən başlanması üçün qaytarıb. O bölgələrin hər birində çox ağır bir durum vardı. Ermənilər hər yeri viran qoymuşdular, xarabalığa çevirmişdilər. Azərbaycan dövləti böyük vəsaitlər xərcləyir ki, indi orada həyatı bərpa etsin, insanların yaşaması üçün müasir infrastruktur yaradılsın.  O proses böyük uğurla həyata keçirilir. Biz köç olan ərazilərə qayıdan insanların üzündəki sevinci, onların necə xoşbəxt olduqlarını görürürk. Bu, torpağa, yurda olan bağlılıqdır. O bölgələr daha da inkişaf edəcək, bərəkətli torpağı, zəhmətkeş insanları ilə Azərbaycanın iqtisadi inkişafında xüsusi yer tutacaq".
Qeyd edək ki, bu il Xocavəndə ilk köç baş tutacaq.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Aprel 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri