Icma.az
close
up
RU
Rəfail Becanov: “Dövlətin ən ali məqamına qarşı təxribata cəhd edənlər...”

Rəfail Becanov: “Dövlətin ən ali məqamına qarşı təxribata cəhd edənlər...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bugünlərdə belə bir məlumat yayıldı ki, ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahının təhlükəsizlik zonası kimi tanınan ərazisinə girən kişi güllələnib. 

BBC-nin xəbərinə görə, bu məlumatı Məxfi Xidmət yayıb. Həmin şəxsin şəxsiyyəti hələ açıqlanmayıb. 

Bir qrup öyrədilmiş şəxs isə ABŞ Məxfi Xidməti tərəfindən təhlükəzilik zonası kimi tanınan və Azərbaycan Prezidentinin qaldığı otelə girməyə cəhd edir. Özünə etirazçı deyən həmin dəstə üzvləri isə sadəcə, Prezidentin Təhlükəsizlik Xidməti tərəfindən ərazidən uzaqlaşdırılırlar. Bundan sui-istifadə etməyə çalışanlar fərqə baxa bilərlərmi?”

Bunu “Cebhe.info” Xəbər Portalı və “Cümhuriyət” qəzetinin rəhbəri Rəfail Becanov deyib.

Onun sözlərinə görə, özünə etirazçı deyən bu öyrədilmiş, təxribatçı şəxslərin təkcə hərəkətləri deyil, danışıq tərzləri, söyüşləri ilə də ikrah doğurur: 

“Belə etiraz hərəkəti olur? Dinc etiraz, şüar demək şəxsin hüququdur. Amma təxribat törətmək, xüsusi zonaya daxil olmaq, söyüş demək qanunun və hüquqi normanın qəsdən pozulmasıdır. Onların hərəkəti müqabilində Prezidentin Təhlükəsizlik Xidmətinın əməkdaşları çox humanist davarandılar. 

Birmənalı belədir. Kim deyə bilər ki, bu təxribatçılar nə etmək istəyirdilər? Təbii ki, indi şüardan, etirazdan danışa bilərlər. Etiraz və şüar üçün normalar, məsafələr, səsgücləndiricilər var. Xüsusi zonaya girməyə cəhd etmədən də bunları etmək mümkün idi”.

R.Becanov bildirib ki, bu şəxslərin hərəkəti etiraz yox, xüsusi təxribat cəhdi idi: 

“Dövlətin ən ali məqamına qarşı təxribat törətməyə cəhd edənlər bu etdikləri ilə bütün hədləri keçmiş sayılırlar. Onlara qarşı ən sərt şəkildə hərəkət edilməliydi və Təhlükəsizlik Xidməti isə son dərəcə humanist davrandı. Ancaq təxribat törətməyə çalışanları ərazidən uzaqlaşdırdı. 

Bu dəstənin üzvlərinin yaydıqları videogörünütülərdən də aydın görünür ki, Prezidentin mühafizəçiləri şüarlar səsləndirən və şəkil çəkənlərə heç bir müdaxilə etmir. 

Lakin bir daha xatırladaq ki, ABŞ-də Prezident Donald Trampın Mar-a-Laqodakı iqamətgahının təhlükəsizlik zonası kimi tanınan ərazisinə girən kişi güllələnib. 

Dövlət riski sevmir. Dövlət sistemli və hərəkətli bir mexanizmdir. Prezident isə bu məqamın ən ali şəxsidir. Onun təhlükəsizliyi dövlətin təhlükəsizliyidir”.

“Cebheinfo.az”

Açar sözlər: Tramp təxribatçılar Rəfail Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Fevral 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri