Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Rəfail Sadıxovun “obyektivliyi” hakimin jurnalistə qarşı qərəzi

Rəfail Sadıxovun “obyektivliyi” hakimin jurnalistə qarşı qərəzi

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə təkrar müraciət edən vətəndaş Qurbanov Cəlal Cavanşir oğlu “Report İnformasiya Agentliyi” MMC-nin reportyoru Hacıyev Orxan Rasif oğlundan bir daha şikayət edib.

Şikayətində onun Cinayət Məcəlləsinin (CM) 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb edilməsini xahiş edib. İddia edib ki, guya reportyor 2022-ci il aprelin 8-də çalışdığı mətbu orqanda “Bakıda nəğməkar-şair obyekt sahibini döyüb” başlığı altında həqiqətə uyğun olmayan məlumat dərc edib. İddiaçı göstərib ki, guya bu xəbər onun işgüzar nüfuzunu ləkələyib.

Qeyd edək ki, Cəlal Qurbanov bundan əvvəl də eyni mövzuda məhkəməyə müraciət edib və hakim də 2024-cü ilin yanvarında şikayətin icraata qəbul edilməsindən imtina qərarı çıxarıb. Məhkəmə müəyyən edib ki, şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur.

Maraqlıdır ki, eyni şikayət üzrə əvvəl bəraətverici əsaslarla qərar qəbul edildiyi halda, hakim ikinci şikayət üzrə hazırlıq iclası keçirib, cavabdeh şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edib. Halbuki, bəllidir ki, CPM-in 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni şikayət üzrə məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz. CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir.

Buna baxmayaraq, hakim özü tərəfindən qəbul edilmiş birinci qərarı ləğv etmədiyi halda, qanunsuz və əsassız məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edib.

Digər tərəfdən, şikayətçinin vəkili olan Vəlizadə Dədəkişi Nəriman oğlu səlahiyyəti olmadan işə buraxılıb. Belə ki, məlum olduğu kimi, vəkilin səlahiyyəti orderlə təsdiq edilir və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 27.09.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkil orderi yalnız 1 istintaq (təhqiqat) orqanında və ya 1 məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi üçün verilən sənəddir.

Vəkilin təqdim etdiyi 0372009 nömrəli order artıq 1(011)-140/2024 nömrəli iş üzrə istifadə edilib. Bu isə ona işarə edir ki, o, hazırkı iş üzrə səlahiyyətsizdir və səlahiyyəti olmayan vəkil olaraq cinayət prosesinə qoşulub. Buna baxmayaraq, hakim həmin vəkili prosesdən kənarlaşdırmayıb.

Əldə etdiyimiz məlumata əsasən Vəlizadə Dədəkişi Nəriman oğlu əvvəllər Bakı Şəhəri Xətai Rayon Məhkəməsində çalışıb. Görünür, hakim həmin vəkillə olan əvvəlki iş münasibətlərinə görə ona isti münasibət bəsləyir və onun hər bir qanunsuz hərəkətlərinə göz yumur.

Göstərilənlər hakimin məhkəmə baxışının təyin edilməsi haqqında qərardan şikayət verilməsinin mümkünsüzlüyünə güvənərək baxışın təyin edilməsi səlahiyyətindən sui-istifadə etdiyindən xəbər verir. Bu da öz növbəsində hakimin aşkar şəkildə qanun pozmasına, bizə bəlli olmayan hansısa gizli məqsəddən irəli gələrək şikayətçi tərəfə meylli olmasına və nəyin bahasına olursa-olsun məhkəmə baxışının təyin edilməsində maraqlı olmasına işarə edir.

Məhkəmə baxışının təyin edilməsi isə O.Hacıyevə psixoloji təzyiq göstərməyə xidmət edir. Həmin hərəkətlər isə reportyorun şübhə altına alınması ilə nəticələnib. Bütün bu addımlar hakimin süni olaraq və hüquqi normalarla manipulyasiya edərək mətbuatı susdurmasına yönəldiyini göstərir. Hakim işə qərəzsiz və ədalətlə baxmalıdır, qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməz. Hakimin qanunsuz hərəkətlərinə qarşı etiraz aidiyyəti qurumlara göndərilib. Ümid edirik ki, Məhkəmə Hüquq Şurası hakim Rəfail Sadıxovun qanunsuz davranışına qarşı ciddi və kəsərli təsir tədbirləri görəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see221

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see204

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see191

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see191

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see182

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see178

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see162

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see160

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see154

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see154

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see148

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see147

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see145

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see144

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see144

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see143

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see142

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri