RƏFAİL TAĞIZADƏ: VƏTƏN ŞƏHİDLƏRİ
Icma.az, Adelet.az saytına istinadən bildirir.
(poema)
Sevinərək gedirdiz
Vətənçün döyüşməyə.
Gözlər Vətən deyirdi,
Sözlər Vətən deyirdi.
Uğurlara inanan
Oğullarım gedirdi
Bu amalın ardınca.
Gedirdi dəstə-dəstə.
Hər üzdə eyni sevinc,
Hər ürəkdə inamla.
Sevinənlər gedirdi,
Seçilənlər gedirdi.
Vətəni seçənlərim!
Vətənçün seçilənlər!
Hər döyüşə girəndə
“CANIM SƏNƏ FƏDADI,
FƏDADI, VƏTƏN!” – dediniz.
Bir dəfə “uf” demədiz,
Vurduqca “of”dediniz.
Heç kəsi qorxutmadı,
Nə ölüm, nə itkilər.
Qələbəyə can verdi
Vətən adlı sevgilər.
Torpaqlar Vətən olur
Qanlarla qarışanda,
İstəklilər qovuşur
Sevgiylə alışanda.
Ruhlar yeni güc alır
Doğmalar görüşəndə.
Addımlar da isinir
Torpaqla öpüşəndə.
***
Hər ucalan bayraqda sizin əzəmətiniz,
Hər alınan zirvədə sizin ruh alqışınız!
Döyüntülər çırpınır parad izdihamında,
Adınız hey ucalır Qələbə nidasında!
***
Hər məclis açılır xoş adınızla,
Açılır təzimlə, yad edilərək.
Adınız önündə hamı baş əyir,
Millətə, dövlətə qürur gətirən,
Həm sevinc gətirən, həm ad gətirən
Bürünən bayrağa yaşam gətirən
Qəhrəman Şəhidlər, igid Şəhidlər!
Sizinlə yüksəlir şöhrətim, şanım,
Adların ən uca nöqtəsisiz siz.
Hardan baxıramsa ordan görünən
Mayaksız, dayaqsız, son zirvəsiz siz!
Mənim qürur yerim, siz Səhidlərim!
Nə qədər bu xalq var, Azərbaycan var,
O qədər siz varsız, yaşayırsınız!
***
Külək döyən qapılar
Sükutları pozurdu.
Hər səsi, hər sədanı
Düşüncələr yozurdu.
Gündüzün həyacanı,
Gecənin səksəkəsi
İçi-çölü döyürdü.
Naməlum xəbərləri
Hərə bir cür çözürdü.
Sondan başlananlara,
Kimlər nəsə yazırdı.
Başlananın sonundan
Kimlər nəsə pozurdu.
Bu yazılan, pozulan,
Dəyişirdi evlərin
Sükunət havasını...
Qapılar döyülürdü.
Ürəklər döyünürdü.
***
Sizdən məktub gəlirdi,
Sevgi, uğur məktubu.
Sizdən məktub gəlirdi,
Torpaq ətirli məktub.
Sizdən məktub gəlirdi,
Sizdən məktub gəlirdi...
Kəsilirdi məktublar,
Yol, gözlər intizarda.
Sizsiz məktub gəlirdi...
Sizsiz gələn məktublar
Dəyişirdi rəngini.
Xəyallar xatirəyə
Dönürdü həmin anda.
Gəlirdi asta-asta,
Gəlirdi qorxa-qorxa.
Dönüb geri baxaraq
Dayanırdı, dururdu,
Məktubu gözləyənin
Hiss edən ürəyitək
Döyünürdü, vururdu.
Sizsiz gələn məktublar
Gəlib çatdı ünvana,
Gəlib çatdı o ana...
Döydü qapıları döydü məktublar,
Döydü ürəkləri, döydü məktublar.
O qara məktublar, yara məktublar.
Şəhid məktublаrı
Şəhid məktublаrı uçur səmаdа.
Bu yurdun göyləri məktublа dоlu.
Аğаclаr məktublu, оtlаr məktublu,
Bu yurdu məktublаr аlıb qоynunа –
Şəhid məktublаrı tut dərir indi,
Şəhid məktublаrı dərd sərir indi.
Bir cаvаn gəlinin röyаlаrındа
Şəhid məktublаrı gül dərir indi,
Məktubun üstünə tül sərir indi.
Dünən də növbədə, bu gün növbədə,
Şəhidin növbəsi qurtаrаn deyil.
Gör neçə аylаrdı, gör neçə ildi,
Şəhid sərhəd bоyu növbədə durur,
Ruhlаrı Vətəndə dövrələr vurur.
Şəhid məktublаrı uçur səmаdа.
Bu yurdun göyləri məktublа dоlu.
Nişаnlı qızlаrın аdı yаzılı,
Sevdiyi qızlаrın kоdu yаzılı,
Arzu məktublаrı uçur səmаdа.
Gözləri qаpıyа, yоlа dikilən
Anаlar qоynundа şəhid məktubu,
Anаlar gözündə tоy mаğаrlаrı
Düzülüb dаlbаdаl, həyətbəhəyət.
Аnа ürəyinə dаmаnlаr dаmır,
Anа ürəyinə gümаnlаr dаmır.
Bulud аrхаsınа çəkilən Ay dа,
Səmаdа məktublаr охuyur indi,
Bu dünyа məktublаr tохuyur indi -
Sevinc məktublаrı, qəm məktublаrı.
Göylərin gözləri dоlub bu gecə,
Pаrlаyаn ulduzlаr sönüb bu gecə.
Qаrа-qırmızılı lentlər yellənır.
Qırmızı yаğışlаr yаğаcаq indi,
Məktublаr gecəni bоğаcаq indi.
Qаrа-qırmızıdı bölgə hər gecə,
Qаrа-qırmızıdı ölkə hər gecə.
Şəhid məktublаrı uçur səmаdа.
Bu yurdun göyləri məktublа dоlu.
Dünənki döyüşün təəssürаtlаrı,
Sаbаhkı döyüşün хоş оvqаtlаrı,
Sevginin, həsrətin vüsаl аnlаrı,
Arzunun üzündə güllə qаnlаrı.
Məktublаr güllədi, sözlər güllədi.
Bu güllə məktublаr, bu söz məktublаr,
Bir qızа, gəlinə bu göz məktublаr,
Anаyа-аtаyа bu köz məktublаr,
Döyür qаpılаrı, döyür evbəev.
Əlləri хınаlı gəlinlər аçır,
Məktubun dаlıncа neçə qız qаçır.
Bu gecə röyаlаr işıqlаr sаçır
Bu gecə, bu gecə hаmı göylərdə.
Şəhid məktublаrı uçur səmаdа.
Bu yurdun göyləri məktublа dоlu.
Bu gecə məktubu pаylаyаn külək
Neçə qаpılаrı qəfil döyəcək…
***
Vətəni qoruyan igidlər gəlir,
Bayrağı yüksəldən oğullar gəlir,
Bayrağa bürünən Şəhidlər gəlir.
Gəlir...
Bir evə tək oğul,
Bir evə iki, üç...
Şəhid tabutlarları yola düzülür...
İzdiham yeriyir, böyük izdiham.
Möhtəşəm coşquyla, ehtiram ilə.
Özünü cənnətə çevirmək üçün
Torpaq qucağını açıb gözləyir
Torpaqçün vuruşub, torpaqçün ölən,
Qəhrəman Şəhidin bassın bağrına.
Tabutlar yeriyir – Şəhid tabutu.
Ananın çiynində oğul tabutu,
Gəlinin çiynində ərin tabutu.
Qeyrət çiyinlərdə gedir tabutlar
Qeyrət ərənlərin son mənzilinə.
Məəttəl qalıbdı dünya bu işə,
Azərbaycan qadınının bu şərəfinə.
Analar yazdılar Zəfər marşını
Şəhid oğulların sədalarında,
Qəhrəman adında, ərən adında.
“Vətənə qurbandı oğlum!” – deyirdi,
Deyirdi qəhrəman, məğrur analar,
Vətənə, torpağa bağlı analar!
***
Torpaqlar sevindi qoynundakıyla,
Zirvələr sevindi yolçularıyla.
Bayraqlar günbəgün ucaya qalxdı
Şəhidin ruhuyla dalğalanaraq.
Xalqın şərəf yeri, qürur yeridi
Vətən sevdalısı, əziz şəhidlər!
Vətən cənnətinin ilk sakinidi
Müqəddəs şəhidlər, məğrur şəhidlər!
Qanıyla sərhədə möhür basanlar,
Xalqın sinəsindən şərəf asanlar!
Vətən sizin ilə Vətəndir, Vətən!
Vətəni qanıyla suvaranlarım!
Siz xalqın, millətin qürur yerisiz,
Bu xalqa, millətə qürur gətirən
Qalxansız, sipərsiz, odsuz, alovsuz,
Vətənin qışını yaz eləyənlər,
Düşmənin köksünü dağ eləyənlər!
Sizin adınızla ucalan bayraq,
Yeridi ən uzaq sərhədlərədək.
Hər məclis açılır xoş adınızla,
Açılır təzimlə, yad edilərək.
Adınız önündə hamı baş əyir,
Millətə, dövlətə qürur gətirən,
Həm sevinc gətirən, həm ad gətirən
Bürünən bayrağa yaşam gətirən
Qəhrəman Şəhidlər, igid Şəhidlər!
Sizinlə yüksəlir şöhrətim, şanım,
Adların ən uca nöqtəsisiz siz.
Hardan baxıramsa ordan görünən
Mayaksız, dayaqsız, son zirvəsiz siz!
Mənim qürur yerim, siz şəhidlərim!
Nə qədər bu xalq var, Azərbaycan var,
O qədər siz varsız, yaşayırsınız!
***
Ucalan bayrağa baxan var.
Bayrağı öpüb and içən var.
Bayrağı yüksəkliklərə qaldıran var.
Bayrağı bağrında daşıyan var.
Bir də bayrağa bürünən var.
Heç bir bayraq sizin büründüyünüz bayraq qədər
Öpülmədi,
Əzizlənmədi,
Sevilmədi.
And içilən də,
Ucalan da,
Qorunan da.
Sinənizdə Qələbə üçün gəzdirdiyiniz Bayraq
Öncə ürək döyüntülərinizlə dalğalandı,
Sonra yurd havasıyla.
Siz bayrağı şərəfləndirdiz,
Bayraq da sizi.
Siz ucaltmaq istədiyin bayraq qədər ucaldız.
Bu sevginin ən yüksək məqamıdır.
İnsan şəhidliyi ilə ucalır.
Torpaq qanla suvarıldıqca Vətən olur,
Müqəddəsləşir.
Bayrağın yüksəldiyi yerdir Vətən zirvəsi.
Siz tarix yazdınız.
Tarix sizinlə yazılacaq.
Yaşayanlar ölümündən sonra yaşayanlardır.
Siz Qələbəni qanıyla qazananlardansız.
Vətəni canından çox sevənlərdənsiz.
“Qanım sənə halal olsun, Vətən!” - deyənlərdənsiz,
Şəhidlər!
Siz Qələbə üçün doğulmusuz.
Siz qürurumuz, şərəfimizsiz!
Siz Vətən sərhəddisiz!
Əbədiyyətiniz mübarək, ŞƏHİDLƏR!
***
Bir ana oturub bardaş quraraq
Sükutlu gecədə, sakit gecədə.
Yenə aram-aram hey sığal çəkir
Oğlunun başına titrəyən əllə.
Duyğular narahat, ruhlar narahat,
Əlmi nəvazişdə, başmı sığalda?!
Burda söz də aciz nəsə deməyə.
Dizmi o haldadı, yaşmı o halda?!
Zamanmı geriyə qayıdıb görən,
Ya bizmi yuxuda il itiririk?
Bu sakit, bu səssiz lal gecələrdə
Yenə gözümüzlə köz götürürük.
Bu səssiz söhbətin sükutu ayrı,
Araya bir kimsə girməz bu anda.
Nədir bu söhbətin mövzusu, Allah?
Oğul xatirədə, ana xəyalda.
*
Ruhun sevincinlə qoşalaşıbdı
Yenə gülümsəyir dodaqların da.
Torpaqmı yuxuna girib bu gecə?
Bayraq dalğalanır yanaqlarında.
Sən də Qələbəylə birgə gedirsən,
Gedirsən uğura hey sevinərək.
Köksündə döyünən bayraq ucalır
O uca zirvədən əl eləyərək.
Zəfərlərə zəfər qatan şəhidin
Alqışına milyon əllər əl çalır.
Ruhu gəzən obaların, ellərin
Torpağı da sevinclərdən qol açır.
Ürək döyünürsə ad çəkiləndə
İçinin alovu hələ sönməyib.
Qəlblərdə yaşayan, müqəddəsləşən,
Şəhidlər yaşayır, şəhid ölməyib!
Şəhid anaları
Gecəsi övlad yuxulu,
Gündüzü həsrət qoxulu,
Baxır, uzaqlara baxır,
Yoxu var bilən analar,
Sevən, sevilən analar.
Sözləri alqış yerində,
Zəfəri çağrış yerində,
Gəlini xına əlində,
Süfrəsi fəsəli analar,
Qələbə təsəlli analar.
Gözləri hey yol çəkər,
Uzaqdan bir kölgə gələr,
Addımlar bir cüt gül əkər...
Ümidə qucaq analar,
Dözümlü, qoçaq analar.
Sükutu Bisutun kimi,
Duruşu sütun kimi,
Baxışı qurğuşun kimi,
Mərddi qəhrəman analar.
Torpaqdı, anadı Vətən,
Canlardan bahadı Vətən,
Qeyrətli sonadı, Vətən,
Şəhidi doğan analar.
***
Bir sükutda milyon qəm,
Qəminə qurban olum.
Gözüm qarası şəhid,
Kəminə qurban olum.
Hər gün məni yoxlayan,
Daha məni yoxlamır.
Sıxıb məni köksünə,
Öpüb, daha qoxlamır.
Boş qalıb solum-sağım,
Üşüyür yanaqlarım.
Hara uçub sən getdin?
Sınıbdı qanadlarım.
Həsrət qaldığım baxış
Susaraq baxır mənə.
Arzuma qovuşaram,
Kaş bircə kərə dinə.
Çin oldu istəklərin,
Sona yetdi arzular.
Sən ey, Vətən sevdalım,
Sən ey, zirvə qartalım.
*
Оd götürüb оdlаnаn
Yоllаr yаndırdı məni,
Tоylаrdа yellənməyən
Qоllаr yаndırdı məni.
Həsrət аtа bахışı
Uşаqlаrın üzündə,
Tоydа kişilər süzər
Dul gəlinlər gözündə.
***
“Sənin qeyrətinə qurbanam!” - deyən,
Atalar gözünü dikdi yollara.
O, gedən yollara, gələn yollara...
Bu nə baxışdı, Allah.
Bu nə duruşdu, Allah.
Hara baxır bu ata?
Keçmişəmi boylanır?
Yoxsa, xəyalında,
Ürəyində tutduğu
Bir evə elçi gedir.
Nəvəsinin əlindən
Tutub məktəbə gedir...
Hara baxırsan, ata?
Hara baxırsan, belə?
Sıx sinənə oğlunun
Öpüb alın basdığı
Qan tökülmüş,
Qan höpmuş,
Büründüyü bayrağı.
Bayraq qan rəngindədi.
Torpaq qan rəngindədi.
Nə şəhidin arzusu,
Nə qanlar yerdə qalar!
Sən elə baxma, ata!
Şəhidin sənə baxır
Dayandığı zirvədən.
***
Hər gün bircə barmaq artan, böyüyən,
Uşaqlar atadan böyük oldular.
“Ata” kəlməsinə, ata səsinə
Diksinə-diksinə böyüdü onlar
Sevinclə kədərin qarışığında.
Ata dərdi çəkən körpə,
Uzanıb qəbir üstünə.
Ürəyi qucağı boyda,
Köksünü sıxıb köksünə.
Qalx ayağa, oğul bala,
İsindi ata qucağı.
Bu sevginlə, ürəyinlə,
Sönməz atanın ocağı.
Dərdin özündən böyük,
Dərdinə qurban olum.
Sənintək mən körpənin,
Qəlbinə qurban olum.
Elə yandım, İlahi!
İçimə köz basdılar.
Məni dərdli körpənin
arzusundan asdılar.
***
Gah qara mərmərdən, gah pəncərədən,
Gah da yuxulardan baxdı şəhidlər.
Gah da yol yoldaşı oldu xəyala,
Anaya, sirdaşa, qıza şəhidlər.
Adıyla böyüdü körpə balalar.
İçdə sızıldadı dərin yaralar.
Əlləri xınalı gəlinlər qaldı,
O adla qonşuda qızlar qarıdı.
Şəhidlər хiyаbаnı
Şəhidlər хiyаbаnı…
Qаrа mərmər bаşdаşlаrı,
Göyərdəcək tоrpаğını göz yаşlаrı.
Аğlаmаzmı səni görən,
Hönkürməzmi dərdin bilən,
Nə söyləyər bunu edən
Cаvаbındа аnаlаrа,
Tоrpаqlаşmış аtаlаrın
Bаşdаşını аtа sаnаn
Oğullаrа.
Hаrа bахdım hönkürtülər,
Gilə-gilə göz yаşlаrı.
Bаşdаşını qucаqlаyıb
Qurumuş bаrmаqlаrıylа
Oğul sаçı dаrаyаn
Anаlаr gördüm,
Dərdin içindən sоvrulmuş.
Аydаn аrı, sudаn duru
Sоnаlаr gördüm
Dərdin içində qоvrulmuş.
Şəhidlər хiyаbаnı…
Nələr gördüm,
Nələr, nələr -
Neçə-neçə, cаvаn-cаvаn
Atа gördüm,
Oğul səsi eşitməmiş,
Arzulаrа yetişməmiş.
Аtа gördüm ümidlərdə
İnаmlаrdа yаşаyаsı,
Atаyа оğlun tаnıdаn
Gəlin аnа -
Əlində хınа yаrаsı.
Qəlbimizdə şəhidlər хiyаbаnı.
Dаlğаlаnаn bаyrаğımızdа şəhid qаnı.
***
Sizi hər kəs tanıyır,
Uşaqdan böyüyədək.
O əziz adınızla
Qürurla öyünərək.
Sükutun əlvidası,
Siz Zəfərin adısız.
Qalibiyyət marşının
Sevinci, sədasısız.
Zirvələrdən zirvəsiz,
Ey ucalan Şəhidlər!
Dalğalanan bayraqla
Bir anılan Şəhidlər!
Düşmənə qan udduran,
Qanıyla tarix yazan,
Həm sevilən, anılan,
Ey, qəhrəman Şəhidlər!
Millətin ən dirisi
Sizin üzünüzdə İlahi bir nur,
Sizin üzünüzdə xoş bir təbəssüm.
Demək, siz Allahın seçilmişisiz,
Demək, siz Allahın sevimlisisiz.
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!
Sizdən başqa o zirvəyə kim qalxar?
Sizdən başqa o zirvəni kim alar?
Ucalığa qalxa-qalxa ucalar.
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!
Sevgilərin sevimlisi Vətəndi!
Ona qurban, axan qandı, bədəndi.
Şəhid sonda arzusuna yetəndi.
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!
Siz övladsız, siz igidsiz, siz ərsiz.
Düşmənlərə qan udduran ərənsiz.
Siz özünüz bizim üçün Vətənsiz.
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!
Sizin yollar zirvələrə gedən yol!
Sizin yollar o müqəddəs, Vətən, yol!
Sizin yollar Bayraqlarla bitən yol!
Bu millətin ən əzizi, Şəhidlər!
Bu millətin ən dirisi, Şəhidlər!
***
Bayraq-bayraq ucaldız,
Ucaldız zirvələrdə.
Əbədi məskən saldız
Sevilən ürəklərdə.
Mənim Şəhid qardaşım!
Mənim Şəhid övladım!
Bayraqlar bu qədər öpülməmişdi,
Bayraqlar bu qədər sevilməmişdi.
Sizin tabutlara bürünən qədər.
Ucala-ucala qalxdız göylərə,
Bizə göy üzündən baxan Şəhidlər!
Müqəddəs Şəhidlər, əziz Şəhidlər!
Biz nələr yazsaq da, nələr desək də,
Qanla yazılanın yanında azdı.
Bir ömür borcluyuq, borcluyuq sizə
Bu Vətən adına, Torpaq adına!
Göylər alqış deyir, yer alqış deyir,
Sizintək qəhrəman öz övladına!
Adını tarixə yazan Şəhidlər!
Müqəddəs Şəhidlər, əziz Şəhidlər!
P.S.
Elə sözlər var ki, hər hərfindən
Neçə can üzülür, qanlar süzülür.
Şəhərlər dağılır, kəndlər dağılır,
Sinələr odlanır, ürək dağlanır.
MÜHARİBƏ
Sənin süzgəcin o qədər sıx ki
Ordan ağrısız keçmək çətin.
Səni arzulayanlar:
Zalımlar,
Müharibəni törədənlər,
Silah satanlar,
Ölümdən qazananlar -
İnsanlığın düşmənləridi.
Müharibə
Dünyanın düzənini dəyişir,
Sevincləri udur.
İnsanlara güllədi müharibə.
Kiminə başından dəyir,
Kiminə ürəyindən,
Kiminə qolundan,
Qıçından...
Hamının həyatını güllələyir müharibə.
Arzular, xəyallar, xatirələr deşik-deşik.
Yaddaşlara qan damır,
Gümanlara ağrılar.
Müharibənin hər hərfindən ölüm sallanır
Anbaan.
Yarıcanlıların geridə qalan
Əza məzarlığıdı müharibə.
Yığıb adam düzəldirlər torpaq muzeydə.
Körpə gülüşünün oğrusudu müharibə.
Sabahın abort həkimi.
Ümidlərin dəmir qayçısıdı müharibə.
Yüz illərin qəbiristanlığını
Bir ayda yapandı müharibə.
İnsanların qatili,
Bəşərin faciəsidir müharibə!
25.02.2025


