Icma.az
close
up
RU
Rəfail Tağızadə VƏTƏN ŞƏHİDLƏRİ

Rəfail Tağızadə VƏTƏN ŞƏHİDLƏRİ

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

(poema)

(əvvəli BU LİNKDƏ)

Bir sükutda milyon qəm,

Qəminə qurban olum.

Gözüm qarası şəhid,

Kəminə qurban olum.

Hər gün məni yoxlayan,

Daha məni yoxlamır.

Sıxıb məni köksünə,

Öpüb, daha qoxlamır.

Boş qalıb solum-sağım,

Üşüyür yanaqlarım.

Hara uçub sən getdin?

Sınıbdı qanadlarım.

Həsrət qaldığım baxış

Susaraq baxır mənə.

Arzuma qovuşaram,

Kaş bircə kərə dinə.

Çin oldu istəklərin,

Sona yetdi arzular.

Sən ey, Vətən sevdalım,

Sən ey, zirvə qartalım.

*

Оd götürüb оdlаnаn

Yоllаr yаndırdı məni,

Tоylаrdа yellənməyən

Qоllаr yаndırdı məni.

Həsrət аtа bахışı

Uşаqlаrın üzündə,

Tоydа kişilər süzər

Dul gəlinlər gözündə.

***

“Sənin qeyrətinə qurbanam!” - deyən,

Atalar gözünü dikdi yollara.

O, gedən yollara, gələn yollara...

Bu nə baxışdı, Allah.

Bu nə duruşdu, Allah.

Hara baxır bu ata?

Keçmişəmi boylanır?

Yoxsa, xəyalında,

Ürəyində tutduğu

Bir evə elçi gedir.

Nəvəsinin əlindən

Tutub məktəbə gedir...

Hara baxırsan, ata?

Hara baxırsan, belə?

Sıx sinənə oğlunun

Öpüb alın basdığı

Qan tökülmüş,

Qan höpmuş,

Büründüyü bayrağı.

Bayraq qan rəngindədi.

Torpaq qan rəngindədi.

Nə şəhidin arzusu,

Nə qanlar yerdə qalar!

Sən elə baxma, ata!

Şəhidin sənə baxır

Dayandığı zirvədən.

***

Hər gün bircə barmaq artan, böyüyən,

Uşaqlar atadan böyük oldular.

“Ata” kəlməsinə, ata səsinə

Diksinə-diksinə böyüdü onlar

Sevinclə kədərin qarışığında.

Ata dərdi çəkən körpə,

Uzanıb qəbir üstünə.

Ürəyi qucağı boyda,

Köksünü sıxıb köksünə.

Qalx ayağa, oğul bala,

İsindi ata qucağı.

Bu sevginlə, ürəyinlə,

Sönməz atanın ocağı.

Dərdin özündən böyük,

Dərdinə qurban olum.

Sənintək mən körpənin,

Qəlbinə qurban olum.

Elə yandım, İlahi!

İçimə köz basdılar.

Məni dərdli körpənin

arzusundan asdılar.

***

Gah qara mərmərdən, gah pəncərədən,

Gah da yuxulardan baxdı şəhidlər.

Gah da yol yoldaşı oldu xəyala,

Anaya, sirdaşa, qıza şəhidlər.

Adıyla böyüdü körpə balalar.

İçdə sızıldadı dərin yaralar.

Əlləri xınalı gəlinlər qaldı,

O adla qonşuda qızlar qarıdı.

Şəhidlər хiyаbаnı

Şəhidlər хiyаbаnı…

Qаrа mərmər bаşdаşlаrı,

Göyərdəcək tоrpаğını göz yаşlаrı.

Аğlаmаzmı səni görən,

Hönkürməzmi dərdin bilən,

Nə söyləyər bunu edən

Cаvаbındа аnаlаrа,

Tоrpаqlаşmış аtаlаrın

Bаşdаşını аtа sаnаn

Oğullаrа.

Hаrа bахdım hönkürtülər,

Gilə-gilə göz yаşlаrı.

Bаşdаşını qucаqlаyıb

Qurumuş bаrmаqlаrıylа

Oğul sаçı dаrаyаn

Anаlаr gördüm,

Dərdin içindən sоvrulmuş.

Аydаn аrı, sudаn duru

Sоnаlаr gördüm

Dərdin içində qоvrulmuş.

Şəhidlər хiyаbаnı…

Nələr gördüm,

Nələr, nələr -

Neçə-neçə, cаvаn-cаvаn

Atа gördüm,

Oğul səsi eşitməmiş,

Arzulаrа yetişməmiş.

Аtа gördüm ümidlərdə

İnаmlаrdа yаşаyаsı,

Atаyа оğlun tаnıdаn

Gəlin аnа -

Əlində хınа yаrаsı.

Qəlbimizdə şəhidlər хiyаbаnı.

Dаlğаlаnаn bаyrаğımızdа şəhid qаnı.

***

Sizi hər kəs tanıyır,

Uşaqdan böyüyədək.

O əziz adınızla

Qürurla öyünərək.

Sükutun əlvidası,

Siz Zəfərin adısız.

Qalibiyyət marşının

Sevinci, sədasısız.

Zirvələrdən zirvəsiz,

Ey ucalan Şəhidlər!

Dalğalanan bayraqla

Bir anılan Şəhidlər!

Düşmənə qan udduran,

Qanıyla tarix yazan,

Həm sevilən, anılan,

Ey, qəhrəman Şəhidlər!

Millətin ən dirisi

Sizin üzünüzdə İlahi bir nur,

Sizin üzünüzdə xoş bir təbəssüm.

Demək, siz Allahın seçilmişisiz,

Demək, siz Allahın sevimlisisiz.

Bu millətin ən əzizi, Şəhidlər!

Bu millətin ən dirisi, Şəhidlər!

Sizdən başqa o zirvəyə kim qalxar?

Sizdən başqa o zirvəni kim alar?

Ucalığa qalxa-qalxa ucalar.

Bu millətin ən əzizi, Şəhidlər!

Bu millətin ən dirisi, Şəhidlər!

Sevgilərin sevimlisi Vətəndi!

Ona qurban, axan qandı, bədəndi.

Şəhid sonda arzusuna yetəndi.

Bu millətin ən əzizi, Şəhidlər!

Bu millətin ən dirisi, Şəhidlər!

Siz övladsız, siz igidsiz, siz ərsiz.

Düşmənlərə qan udduran ərənsiz.

Siz özünüz bizim üçün Vətənsiz.

Bu millətin ən əzizi, Şəhidlər!

Bu millətin ən dirisi, Şəhidlər!

Sizin yollar zirvələrə gedən yol!

Sizin yollar o müqəddəs, Vətən, yol!

Sizin yollar Bayraqlarla bitən yol!

Bu millətin ən əzizi, Şəhidlər!

Bu millətin ən dirisi, Şəhidlər!

***

Bayraq-bayraq ucaldız,

Ucaldız zirvələrdə.

Əbədi məskən saldız

Sevilən ürəklərdə.

Mənim Şəhid qardaşım!

Mənim Şəhid övladım!

Bayraqlar bu qədər öpülməmişdi,

Bayraqlar bu qədər sevilməmişdi.

Sizin tabutlara bürünən qədər.

Ucala-ucala qalxdız göylərə,

Bizə göy üzündən baxan Şəhidlər!

Müqəddəs Şəhidlər, əziz Şəhidlər!

Biz nələr yazsaq da, nələr desək də,

Qanla yazılanın yanında azdı.

Bir ömür borcluyuq, borcluyuq sizə

Bu Vətən adına, Torpaq adına!

Göylər alqış deyir, yer alqış deyir,

Sizintək qəhrəman öz övladına!

Adını tarixə yazan Şəhidlər!

Müqəddəs Şəhidlər, əziz Şəhidlər!

P.S.

Elə sözlər var ki, hər hərfindən

Neçə can üzülür, qanlar süzülür.

Şəhərlər dağılır, kəndlər dağılır,

Sinələr odlanır, ürək dağlanır.

MÜHARİBƏ

Sənin süzgəcin o qədər sıx ki

Ordan ağrısız keçmək çətin.

Səni arzulayanlar:

Zalımlar,

Müharibəni törədənlər,

Silah satanlar,

Ölümdən qazananlar -

İnsanlığın düşmənləridi.

Müharibə

Dünyanın düzənini dəyişir,

Sevincləri udur.

İnsanlara güllədi müharibə.

Kiminə başından dəyir,

Kiminə ürəyindən,

Kiminə qolundan,

Qıçından...

Hamının həyatını güllələyir müharibə.

Arzular, xəyallar, xatirələr deşik-deşik.

Yaddaşlara qan damır,

Gümanlara ağrılar.

Müharibənin hər hərfindən ölüm sallanır

Anbaan.

Yarıcanlıların geridə qalan

Əza məzarlığıdı müharibə.

Yığıb adam düzəldirlər torpaq muzeydə.

Körpə gülüşünün oğrusudu müharibə.

Sabahın abort həkimi.

Ümidlərin dəmir qayçısıdı müharibə.

Yüz illərin qəbiristanlığını

Bir ayda yapandı müharibə.

İnsanların qatili,

Bəşərin faciəsidir müharibə!

25.02.2025

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri