Icma.az
close
up
RU
Referendum gözləntisi Bələdiyyə seçkisi buna görə təxirə salınır? (DETALLAR)

Referendum gözləntisi Bələdiyyə seçkisi buna görə təxirə salınır? (DETALLAR)

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

MSK yubanmanın səbəbini izah etmir - konstitusiyanın IX fəslində dəyişiklik zərurəti; yanvarın sonu və ya fevralın ilk həftəsində...

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən başlayaraq, hər 5 ildən bir dekabr ayında keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə baş tutub. Təqvimə görə, bu il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilməli idi. Ancaq artıq seçkinin bu il keçirilməyəcəyi bəllidir, ilin başa çatmasına iki aydan az vaxt qalıb. Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov REAL TV-yə deyib ki, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin tarixini noyabrın sonunadək elan edəcək.

MSK rəsmisi seçkinin ertələnməsinin səbəbini izah etməyib. Əsas ehtimallardan biri bələdiyyə seçkilərinin gecikməsinə səbəb kimi Bakıda COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsidir. Eyni zamanda bələdiyyələrdə birləşmə prosesi də bu səbəblər sırasındadır. Yada salaq ki, yerli əhalinin rəyini nəzərə almaqla 2 dəfə bələdiyyələrin birləşmə prosesi həyata keçirilib. 2009 və 2014-cü illərdə bəzi bələdiyyələr birləşdirildi. Nəticədə ölkə üzrə hazırda 1606 bələdiyyə fəaliyyət göstərir. Birləşmələrdən sonra ölkədə bələdiyyələrin sayının 834-ə enəcəyi gözlənilir.

Bələdiyyələrin birləşdirilməsi yerli özünüidarəetmədə qeyri-effektiv xərcləri azaldacaq və bu qurumların maliyyə-iqtisadi potensialını kifayət qədər genişləndirəcək. Bu da bələdiyyə üzvlərinin və qulluqçularının sosial təminatlarını yaxşılaşdıracaq, vətəndaşların bələdiyyə seçkilərinə və bələdiyyə qulluğuna marağını artıracaq. Amma ekspertlərə görə, bu birləşmə prosesinin nə vaxt bitəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

Digər bir məsələ çoxdandır ictimaiyyətdə müzakirə olunan referendumdur. Müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan xəbərlərdə iddia edilir ki, tezliklə ölkədə referendum keçiriləcək və bu referendumda bələdiyyələrlə bağlı bir sıra dəyişikliklər ediləcək. Ümumxalq səsverməsində yerli icra hakimiyyətlərinə məxsus bir sıra səlahiyyətlərin bələdiyyələrə verilməsi, yəni yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinin artırılması məsələsi də müzakirəyə çıxarılacaq.

Həqiqətən, zaman-zaman Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin azlığı etibarsız institut olması müzakirə olunub. Ekspertlər yerlərdə idarəetmənin daha şəffaf və etibarlı təmin olunmasını təşkil etmək üçün bələdiyyələrin səlahiyyətlərinin artırılmasını zəruri hesab edir. Qeyd edək ki, Azərbaycan Konstitusiyasının IX fəsli bələdiyyələrə həsr olunub. Dəyişiklik olacağı təqdirdə bu fəsildə bir sıra yeniliklər öz əksini tapa bilər.

Maraqlıdır, seçkilərin təxirə salınmasına səbəb nədir? Növbəti bələdiyyə seçkiləri nə vaxta təyin edilə bilər?

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, seçkilərin dekabr ayında keçirilməyəcəyi artıq aydındır: “Seçkinin ertələnməsi dövlət siyasətidir. Müxtəlif versiyalar var. Həmin versiyaların hər birinin özünəməxsus həqiqət payı ola bilər. MSK sədrinin müavininin açıqlaması rəsmi mənbənin mövqeyidir. Bu baxımdan, noyabrın sonlarında seçkinin keçirilməsi barədə qərar verilsə, o deməkdir ki, bələdiyyə seçkiləri yanvarın sonu və ya fevralın ilk həftəsində ola bilər. Seçkilərin keçirilməsi MSK-nın səlahiyyəti daxilindədir. Şübhəsiz ki, bələdiyyə seçkiləri bir neçə ay ertələnməklə olsa da keçiriləcək. Mən hesab edirəm ki, seçkinin bir qədər ertələnməsi ölkəmizdə bu ay böyük beynəlxalq tədbirin keçirilməsi və bələdiyyələrin statusunun genişləndirilməsi ilə bağlıdır. Dekabr ayında seçki keçirilsəydi, noyabr ayında seçki kampaniyası olmalıydı. COP29 tədbirinin keçirildiyi vaxtda seçki kampaniyasının da keçirilməsi düzgün olmazdı. Bələdiyyələrin statusunun genişləndirilməsi prosesi başlayıb. Bələdiyyələrin birləşdirilməsi və sayının yarıya qədər azaldılması barədə ötən ay qanuna edilən dəyişiklik bu prosesin start götürməsi deməkdir. Bu proses yekunlaşdıqdan sonra bələdiyyə seçkilərinin vaxtının təyin olunması da istisna deyil”.

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, MSK sədrinin müavini Rövzət Qasımov seçki ilə bağlı qərarın nə zaman elan olunacağını açıqlayıb:"Qanunvericiliyə görə, seçkinin keçirilməsi üçün ölkə Prezidentinin sərəncamı olmalıdır. Bu, birbaşa Prezidentin səlahiyyətinə aid olan məsələdir. Prezidentin sərəncamından sonra MSK seçkinin keçirilməsini təşkil edir. Hər zaman olduğu kimi, yenə də bu cür olacaq. İndiki vəziyyətdə ancaq ehtimal olaraq bələdiyyə seçkilərinin gecikməsinə səbəb kimi Bakıda COP29 kimi beynəlxalq səviyyəli tədbirin keçirilməsini deyə bilərik. Bələdiyyələrdə birləşmə prosesi artıq Milli Məclisdə yekunlaşıb, parlament qərar qəbul edib. 1600 bələdiyyəni birləşdirib 834 ediblər. Referendumun gələcəkdə keçirilib-keçirilməyəcəyi barədə ancaq ehtimal irəli sürə bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2024 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri