Region Liqasına rekord sayda komanda qatılacaq AÇIQLAMA
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Region Liqasının yeni mövsümündə rekord sayda komanda iştirak edəcək.
Bunu Fanat.Az-a açıqlamasında AFFA-nın Liqaların Təşkili Şöbəsinin rəisi Qabil Nəcəfov deyib:
"Oktyabrın 7-də püşkatma mərasimini təşkil etməyi planlaşdırırıq. Bu mövsümdə rekord sayda - 70-yə yaxın komanda yarışda iştirak edəcək. Aralarında xeyli debütant olacaq. Ötənilki reqlamentlə müqayisədə dəyişiklik olacaq. Belə ki, komandalar evdə və səfərdə olmaqla, iki dəfə qarşılaşacaqlar. Bu isə oyun sayının artması deməkdir".
Qeyd edək ki, ötən mövsüm Region Liqasında 54 komanda mübarizə aparıb. "Xankəndi" komandası bütün rəqiblərini qabaqlayaraq çempion olub və 2-ci Liqaya vəsiqə əldə edib.
Yeni mövsümün oktyabrın 11-də start götürəcəyi gözlənilir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 26 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















