Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

Regional böhranlar çevrəsində liderlik amili

Regional böhranlar çevrəsində liderlik amili

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir beynəlxalq münasibətlər sistemində regional böhranların idarə olunması dövlətlərin hərbi və iqtisadi potensialı ilə yanaşı, liderlərin strateji düşüncə qabiliyyəti və diplomatik manevr imkanları ilə müəyyən olunur. Xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz kimi yüksək riskli geosiyasi zonalarda liderlik amili praqmatik vasitəçilik və preventiv diplomatiya modelləri ilə tamamlanır. Məhz bu kontekstdə Azərbaycan Prezidentinin İran ətrafında formalaşan gərginlik fonunda ortaya qoyduğu mövqe diqqətəlayiq analitik təhlil təqdim edir.

Azərbaycanın son onillikdə keçdiyi hərbi-siyasi yol onu müharibə və sülh arasında strateji seçimlərin real qiymətini bilən aktor kimi formalaşdırıb. Azərbaycan üçün hərbi qələbə yeni və daha mürəkkəb mərhələnin başlanğıcı olub. Postmünaqişə dövründə diplomatik aktivliyin saxlanılması, beynəlxalq platformalarda mövqelərin ardıcıl izahı və regional inteqrasiya təşəbbüslərinin irəli sürülməsi göstərir ki, Bakı müharibədən sonra yaranan reallığı yalnız güc faktoru üzərində saxlamamağın vacibliyini düzgün qiymətləndirir. Azərbaycanın bu təcrübədən çıxardığı əsas dərslərdən biri odur ki, müharibə idarəolunmayan prosesə çevrildikdə onun nəticələri yalnız qarşı tərəfi deyil, bütün regionu qeyri-sabitlik spiralına sürükləyir. Buna görə də rəsmi Bakı hərbi gücü siyasi məqsədlərə xidmət edən alət kimi saxlayır, lakin onu regional böhranlarda avtomatik seçimə çevirmir. 

İran ətrafında formalaşan gərginlik fonunda Azərbaycanın mövqeyi məhz bu praktiki təcrübənin məhsulu kimi ortaya çıxır. Bakı üçün burada əsas sual “kim haqlıdır” müzakirəsi deyil, mümkün eskalasiyanın Azərbaycanın təhlükəsizlik mühitinə necə təsir göstərəcəyi məsələsidir. Yəni qərarlar ideoloji simpatiyalar üzərindən deyil, risklərin miqyası və nəticələrin idarəolunma imkanları əsasında formalaşdırılır.

Siyasi analitik baxımdan diqqətəlayiq olan məqam ondan ibarətdir ki, Azərbaycan böhranlara münasibətdə qısamüddətli siyasi dividendlər naminə sərt ritorikaya və ya nümayişkaranə addımlara üstünlük vermir. Əksinə, səssiz diplomatiya, birbaşa təmaslar və balanslaşdırılmış mesajlar vasitəsilə gərginliyin nəzarətdən çıxmasının qarşısını almağa çalışır. 

Azərbaycan–İran münasibətləri kontekstində “strateji səbir” anlayışı rasional davranış modelidir. Coğrafi yaxınlıq, uzun sərhəd xətti, qarşılıqlı iqtisadi və humanitar əlaqələr bu münasibətləri alternativsiz edir. Belə şəraitdə impulsiv və emosional xarici siyasət xətti dövlət üçün təhlükəsizlik risklərini artıran faktora çevrilə bilər. Məhz bu səbəbdən Bakı qonşuluq münasibətlərini uzunmüddətli sabitlik prizmasından idarə etməyə üstünlük verir.

***

Keçmiş mərhələlərdə ikitərəfli münasibətlərdə yaşanan gərginliklər Azərbaycanın bu yanaşmasının təsadüfi olmadığını göstərir. Təhlükəsizlik insidentləri və açıq ritorik qarşıdurmalar regional balansı pozmaq potensialı daşısa da, Bakı bu epizodları münasibətlərin struktur əsasını dəyişəcək böhranlara çevirməməyə çalışıb. Burada əsas siyasi seçim ondan ibarət olub ki, vəziyyətə cavab vermək üçün emosional simmetriya yolu seçilməsin. Əksinə, Azərbaycan bu çağırışları daha geniş geosiyasi kontekstdə oxuyaraq, öz davranışını sistemli və qabaqlayıcı şəkildə formalaşdırıb. Reaktiv siyasətdən imtina bu modelin əsas fərqləndirici cəhətidir. Reaktiv yanaşma adətən qarşı tərəfin addımlarına dərhal cavab verməyi, siyasi jestlərin və ritorikanın gücləndirilməsini nəzərdə tutur ki, bu da eskalasiya spiralını sürətləndirir. Proaktiv balanslaşdırma isə prosesin ritmini idarəyə, zaman amilindən öz xeyrinə istifadə etməyə və münasibətləri strateji səviyyədə tənzimləməyə imkan yaradır. Azərbaycan məhz ikinci yolu seçərək vəziyyəti təhlükəsizlik maraqları çərçivəsində nəzarətdə saxlamağa çalışır.

Böhran anlarında diplomatik kanalların açıq saxlanılması Azərbaycanın strateji səbir modelinin praktik ifadəsidir. Bir çox hallarda səfirliklərin bağlanması və ya təxliyə çağırışları böhranı faktiki olaraq beynəlxalqlaşdırır və eskalasiyanı sürətləndirir. Azərbaycan isə diplomatik mövcudluğu qorumaqla qarşı tərəfə açıq mesaj verir: dialoq üçün platforma mövcuddur və vəziyyət nəzarətdən çıxmayıb.  Azərbaycanın regional və qlobal proseslərdə nisbi üstünlüklərindən biri onun çoxvektorlu diplomatik arxitekturasıdır. Bu arxitektura Prezident İlham Əliyevin illər ərzində ardıcıl şəkildə qurduğu praqmatik xarici siyasət xəttinin nəticəsidir. Azərbaycanın xarici siyasəti proqnozlaşdırıla bilən davranış və qarşılıqlı fayda prinsipi üzərində qurulub. Bütün bunlar isə rəsmi Bakıya müxtəlif geosiyasi qütblərlə paralel işləmək imkanı verir və onu regional qarşıdurmaların avtomatik iştirakçısına çevrilməkdən qoruyur.

İran–İsrail və ABŞ–İran gərginliyi fonunda bu diplomatik konfiqurasiya Azərbaycanın vasitəçilik imkanlarını obyektiv şəkildə genişləndirir. Azərbaycan bu proseslərdə tərəflərin qərarvermə məntiqini anlayan və onların təhlükəsizlik narahatlıqlarını oxuya bilən aktor kimi çıxış edir.  Prezident İlham Əliyevin şəxsi diplomatiyası bu kontekstdə mühüm rol oynayır. Onun həm regional liderlərlə, həm də qlobal güc mərkəzlərinin siyasi rəhbərliyi ilə qurduğu birbaşa ünsiyyət kanalları Bakının diplomatik manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır. 

Politoloji dildə desək, Azərbaycan bu konfiqurasiyada “etibarlı kommunikator” funksiyasını yerinə yetirə bilən aktordur. Unikal vasitəçilik potensialının digər mühüm cəhəti ondan ibarətdir ki, Azərbaycan regional proseslərdə tərəflərdən heç birinin təhlükəsizlik maraqlarını açıq şəkildə inkar etmir. Əksinə, Bakı münaqişələrin kəskinləşməsinin bütün tərəflər üçün itkilər yaratdığını vurğulayan rasional xətt yürüdür. Son illərin beynəlxalq təcrübəsi göstərir ki, mürəkkəb və çoxsəviyyəli böhranlar şəraitində boşluğu liderlərarası münasibətlər və şəxsi diplomatiya doldurur. Liderlər arasında formalaşan birbaşa ünsiyyət və qarşılıqlı etimad kanalları bir çox hallarda uzun prosedurları və institusional məhdudiyyətləri aşaraq daha çevik qərarların qəbuluna imkan yaradır. 

***

Prezident İlham Əliyevin şəxsi diplomatiyasının əsas xüsusiyyəti proqnozlaşdırıla bilən davranışa söykənməsidir. Beynəlxalq siyasətdə məhz bu xüsusiyyət – sabitlik və ardıcıllıq – liderlərarası etimadın formalaşmasında həlledici rol oynayır. İlham Əliyevin müxtəlif siyasi və ideoloji mövqelərə malik liderlərlə eyni dərəcədə işçi dialoq qura bilməsi Azərbaycanın diplomatik çevikliyini artıran əsas faktorlardan biridir. Şəxsi diplomatiya xətti Azərbaycanın beynəlxalq təşəbbüslərdə konstruktiv tərəfdaş kimi qəbul olunmasına şərait yaradır. Sülh platformalarında iştirak, çoxtərəfli formatlarda fəallıq və regional dialoq təşəbbüslərinin təşviqi bu yanaşmanın praktik nəticələridir. 

İran ətrafında formalaşmış vəziyyət bir daha göstərir ki, müasir geosiyasətdə əsas üstünlük böhranların idarə olunması qabiliyyətindədir. Azərbaycan bu prosesdə emosional və populist ritorikadan uzaq, riskləri ölçən və mümkün nəticələri əvvəlcədən hesablaya bilən siyasi davranış modeli nümayiş etdirir.  Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşmış bu siyasi davranış modeli Azərbaycanın regional sistemdə “stabilizator aktor” rolunu möhkəmləndirir. Bakı nə qarşıdurmaları qızışdıran, nə də proseslərdən kənara çəkilən tərəf kimi çıxış edir; Bakı risklərin idarə olunmasına töhfə verən güc funksiyasını yerinə yetirir.

Son olaraq qeyd edək ki, uzunmüddətli perspektivdə məhz bu tip rasional, balanslaşdırılmış və proqnozlaşdırıla bilən liderlik modelləri regional münaqişələrin genişmiqyaslı qarşıdurmalara çevrilməsinin qarşısını alan əsas amillərdən biri kimi çıxış edir. 

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, 
siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2026 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see345

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see344

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see333

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see263

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see232

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see231

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see223

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see220

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see215

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see206

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see190

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see186

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see175

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see174

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see168

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see164

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see161

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see157

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see154

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri