Icma.az
close
up
RU
Regional İnvestisiya Fondu

Regional İnvestisiya Fondu

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri iqtisadi tərəfdaşlığın yeni yol xəritəsini hazırlayır

Daşkənddə keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Ticarət və İnvestisiya Nazirləri Şurasının I iclasında mühüm razılaşma əldə edilib. Tərəfdaş ölkələr iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, investisiya tərəfdaşlığı mexanizmlərinin işlənib hazırlanması barədə razılıq niyyətlərini bəyan ediblər ki, bu da müştərək sərmayə fondunun yaradılması üçün əsaslı zəminin yaradılması deməkdir. Tərəflər, həmçinin qarşılıqlı ticarətin inkişafına və sənaye inteqrasiyasının gücləndirilməsinə yönəlmiş tədbirlər proqramının hazırlanmasına dair niyyətlərini ifadə edib. İmzalanmış birgə kommünike sənədinə əsasən, yaxın müddətdə birgə tərəfdaşlığın çoxistiqamətli hədəflərini əks etdirən yol xəritəsi hazırlanacaq.

Hədəf prioritetinə əsasən, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət dövriyyəsinin həcmini ildə 20 milyard dollara çatdırmaq, “Made in Central Asia” brendi altında birgə istehsal meydanları yaratmaq, beynəlxalq maliyyə qurumları və iri investorların birgə təmsil olunduğu sənaye-infrastruktur portfeli formalaşdırmaq niyyətindədir.

Qazaxıstan, Özbəkistan və Qırğızıstanla imzalanmış sazişlər

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli investisiya proqramları çərçivəsində qarşılıqlı sərmayə qoyuluşları son illərdə artmaqdadır və bu prosesdə investisiya şirkətlərinin rolu xüsusi əhəmiyyət kəsb edir. Belə ki, respublikamız Qırğızıstan, Özbəkistan və Qazaxıstanla müştərək investisiya fondları təsis edib. 2023-cü ildə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı təşviq edir. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərir və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verməkdədir.

2024-cü ildə fəaliyyətə başlayan “Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti” isə ölkələr arasında sərmayələrin qarşılıqlı təşviqinə nail olmaqdır. Fondun maliyyə portfeli hər iki ölkənin resurs imkanları hesabına formalaşır və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 faizədək paya sahib olmaqla biznesin maliyyələşməni təmin edəcək. Ofisi Daşkənd şəhərindəki “Trilliant Tower 1” Biznes Mərkəzində yerləşən investisiya şirkətinin nizamnamə kapitalı 500 milyon dollardır. Fondun əsas prioritetlərinə birgə müəssisə statusunda istehsal, emal, ixracyönümlü sahələri qurmaq, idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalını təşviq etmək, müştərək istehsal zənciri qurulmasına töhfə verməkdir.

2025-ci ilin oktyabrında Qazaxıstanın “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə-investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişi” imzalanıb. Həmçinin, “Samruk Kazına” ilə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) arasında Əməkdaşlıq Memorandumu” sənədinə imza atılıb. Bu hüquqi-iqtisadi baza əsasında hazırda Azərbaycan-Qazaxıstan birgə investisiya fondunun yaradılması yekunlaşma mərhələsindədir.

TDT-nin maliyyə strategiyasına uyğun addımlar

Göründüyü kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri investisiya tərəfdaşlığının əsaslarını yaradaraq ümumi iqtisadi hədəflərə nail olmaq üçün birgə sərmayə institutu formalaşdırmaqla, regional təşkilat səviyyəsində addımlar atmaqda qərarlıdır. Bu regional əməkdaşlıq modeli Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialı praktiki olaraq səfərbər etməklə, qarşılıqlı ticari-iqtisadi dövriyyələri də yüksəldəcək. Eləcə də investisiyaların artırılması və pul kütləsinin genişləndirilməsi üçün imkanları bir araya gətirəcək.

Bu model həm də türk dövlətlərinin vahid investisiya platformasının yaradılması strategiyasına əsaslanır. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən 2 il əvvəl qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etmək məqsədilə Türk İnvestisiya Fondu yaradılıb. Ötən il noyabrın 1-dən fəaliyyətə başlayan fondun nizamnamə kapitalı 500 milyon dollar təşkil edir. Fond ilk layihələrin icrasına start verib və  yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya Fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Özəl biznes üçün geniş maliyyə institutu

Yeni sərmayə xətləri həm dövlət, həm də özəl sektoru nəzərdə tutur. Xüsusilə də, fondun maliyyə vizyonu daha çox yeni iqtisadiyyat quruculuğu prioritetlərinə əsaslanır ki, burada bərpaolunan enerji, rəqəmsal kənd təsərrüfatı və turizm kimi bir çox sahələrə investisiyaların artırılması mühüm yer tutur. Bundan başqa, fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb.

Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Gələcəkdə TİF-nun nəhəng bir maliyyə institutu kimi türk dövlətlərinin Mərkəzi Banklarının aktiv maliyyələşməyə cəlb edilməsi, müxtəlif layihələrdə donorluq etməsi, ələlxüsus da səhm və müxtəlif investisiya alətlərinin emissiyasında rol almasında da rolunun artacağı istisna deyil. Eyni zamanda, investisiya fondlarının da bu prosesə qoşulması mümkündür.

Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında yaradılması planlaşdırılan regional investisiya fondu ümumilikdə, türk dövlətlərinin vahid iqtisadi hədəf strategiyalarının tələblərindən irəli gələn çağırışlardan biridir. Qurumun fəaliyyəti sayəsində tərəflər arasında iqtisadi əməkdaşlığın səviyyəsi daha da yüksələcək ki, bu da strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Noyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri