Icma.az
close
up
RU
Regional sabitliyin modeli: Bakıdan Aşqabada uzanan körpü

Regional sabitliyin modeli: Bakıdan Aşqabada uzanan körpü

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk dünyasının iki qonşu ölkəsi arasında ilk rəsmi diplomatik münasibətlərinin tarixi 1992-ci ildə qurulsa da qardaşlığın tarixi daha qədimdir. Rəsmi diplomatik əlaqələrin qurulmasından əvvəl, Azərbaycan və Türkmənistan imperiyanın tərkibində olarkən Xəzəryanı qonşuluq, qədim tarixi-mədəni köklərin eyniliyi hər iki ölkəni doğmalaşdıran səbəblərdən idi.

Uzun illər ərzində bu dostluq, qardaşlıq münasibətləri ciddi tərəfdaşlıq sahəsində də bərkidi. İki ölkənin dostluğunu "Dostluq" yatağı təsdiqlədi, uzun illər mübahisəli qalan Xəzərdəki yataq üzrə 2021-ci ildə müştərək kəşfiyyat və işlənilmə haqqında tarixi Memorandum imzalandı. Türkmənistan mavi qazının Azərbaycan ərazisindən keçməklə Türkiyə və Avropa bazarlarına nəqlini gerçəkləşdirən Trans-Xəzər layihəsi, üçtərəfli (İran vasitəsilə) qaz mübadiləsi razılaşmaları enerji sahəsindəki tərəfdaşlığımızı da gücləndirdi. İndi Azərbaycan və Türkmənistan sadəcə eyni kökə malik qardaş ölkələr deyil, həm də eyni maraqlara və ortaq razılaşmalara sahib tərəfdaşlardır.

Azərbaycan və Türkmənistan arasındakı hazırkı münasibətlər hər iki ölkə tarixinin ən yüksək etimad və sürətli yüksəliş dövrüdür desək, yanılmarıq. İndii iki ölkə arasındakı əlaqələr sadə qonşuluq müstəvisindən tam regional strateji tərəfdaşlıq və qardaşlıq səviyyəsinə qədər yüksəlib.

Münasibətlərin hazırkı yüksək dinamikası birbaşa dövlət başçıları səviyyəsində qurulan səmimi, etibarlı və qarşılıqlı siyasi dialoqa əsaslanır.

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Serdar Berdimuhamedov, eləcə də türkmən xalqının milli lideri Qurbanguly Berdimuhamedov arasındakı müntəzəm görüşlər, səmimi dostluq münasibətləri əlaqələrin gələcəkdəki şəffaf yol xəritəsini də müəyyən edir. Planlaşdırılan yeni sazişlər iki ölkənin siyasi iradəsinin növbəti təzahürüdür. İmzalanan sənədlər, keçirilən görüşlər, qarşılıqlı səfərlər sübut edir ki, bu iki ölkənin həm tərəfdaşlıq, həm də qardaşlıq münasibətlərinin çox möhkəm özülləri var.

Ötən ilin payızında Füzuli şəhərində Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin təməlinin atılması, türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfər etməsi, işğaldan azad olunmuş əraziləri ziyarət etməsi, Füzuli şəhərinin Türkmənistanın Arxadağ şəhəri ilə qardaş şəhər elan edilməsi hər iki xalq arasındakı doğmalığın nümunəsidir.

Yeri gəlmişkən, Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun yaxın günlərdə Azərbaycana rəsmi səfəri planlaşdırılır. Yüksək səviyyəli görüş çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək bir sıra mühüm ikitərəfli sənədlərin və sazişlərin imzalanması gözlənilir. Liderlərin görüşündə energetika əməkdaşlığı, Trans-Xəzər tranzit-logistika imkanlarının genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya məsələlərinin müzakirəsinin ön planda olacağı proqnozlaşdırılır.

Bir sözlə, bu gün rəsmi Bakı və rəsmi Aşqabad regional müstəvidə sadə qonşuluq əlaqələrini aşaraq, rəsmi şəkildə tammiqyaslı strateji tərəfdaşlıq səviyyəsinə yüksəliblər. İndi Xəzər dənizi iki qardaş ölkəni ayıran yox, birləşdirən sülh və əməkdaşlıq körpüsü kimi qəbul edilir. Hər iki respublika, Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən formalaşdıran nəhəng transmilli layihələrin mərkəzində yer alır.

Beynəlxalq arenada, xüsusilə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, Müstəqil Dövlətlər Birliyində və İqtisadi Əməkdaşlıq Təşkilatında hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirlər. Bakı və Aşqabad regionda kənar güclərin deyil, məhz bölgə dövlətlərinin sülhün qarantı olması prinsipini rəhbər tutaraq sabitliyi təmin edirlər.

Hazırda Azərbaycan-Türkmənistan münasibətləri təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasına və Xəzər hövzəsinin təhlükəsizliyinə xidmət edən ən etibarlı tərəfdaşlıq modellərindən biridir. Azərbaycan və Türkmənistanın formalaşdırdığı bu etibarlı strateji ittifaq təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya regionunun iqtisadi və təhlükəsizlik mənzərəsini gücləndirir.

Lalə Mehralı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyun 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri