Icma.az
close
up
RU
Regional sabitliyin təminatında etibarlı tərəfdaşlıq modeli

Regional sabitliyin təminatında etibarlı tərəfdaşlıq modeli

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin azərbaycana rəsmi səfəri iki qonşu ölkə arasında münasibətlərin və əlaqələrin inkişafında mühüm töhfədir. Prezident İlham Əliyevlə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili arasında keçirilən görüş, aparılan müzakirələr sözsüz ki, qarşıda duran məsələlərin həllində olduqca vacibdir.

Dövlət başçıları verdikləri bəyanatlarda Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələr üzrə inkişafına toxunulub. Əsrlər boyu xalqlarımızın sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşadığı vurğulanıb. Bu gün də dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğu bildirilib. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edib. Bu layihələr həm ölkələrimiz, xalqlarımız və daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Həyata keçirilən bir çox sərmayə layihələri böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyır. Bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir.
Prezident İlham Əliyev də vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Ölkəmizin başçısı həmçinin Cənubi Qafqazda Orta Dəhliz layihəsinin Azərbaycan və Gürcüstanın iştirakı olmadan həyata keçirilməsinin mümkün olmadığını da diqqətə çatdırıb”.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyə öz töhfəsini verir: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də hər iki ölkənin maraqlandıran məsələdir. Uzun illər ərzində Cənubi Qafqazın münaqişə, müharibə arenasına çevrilməsi fonunda hazırda regionda yeni bir dövrün başlanıldığı bildirilib. Öz növbəsində Gürcüstan Prezidenti də iki dost, qonşu ölkə arasında olan əlaqələrə toxunub. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətlərinin uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib. Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyi və ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlı olduğu söylənilib. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir”.
Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında dövlət strukturları arasındakı siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu platformaları vacib rol oynayır. Həmçinin Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkərimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri