Icma.az
close
up
RU
Regional Turizm Şuralarının iclasları keçirilib

Regional Turizm Şuralarının iclasları keçirilib

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İclaslarda Dövlət Turizm Agentliyinin, yerli icra hakimiyyətinin nümayəndələri, Şuranın işçi qrupunun üzvləri də daxil olmaqla, ümumilikdə 30-a yaxın dövlət qurumundan 100-ə yaxın şəxs iştirak edib.
Hər iki iclasda Dövlət Turizm Agentliyinin sədrinin müşaviri, Regional Turizm Şuralarının sədri Kənan Quluzadə çıxış edib. O, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın mahiyyəti, ölkədə turizm sənayesinin inkişafına verəcəyi töhfələr və Proqramdan irəli gələn vəzifələr barədə məlumat verib. Regionların inkişafına dair “Təkliflər Planı”nda əks olunan Turizmdə əlçatanlıq və infrastruktur, Turizm məhsulları və təcrübələri, Turizmdə marketinq, təbliğat və rəqəmsallaşma, Turizm sənayesinin inkişafı, Turizmdə insan resursları və keyfiyyət standartları kimi fəaliyyət istiqamətləri, əsas icraçı qurumların görəcəyi işlər geniş müzakirə olunub.
Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Regional Turizm Şurasının fəaliyyətinin regionun turizm potensialının inkişaf etdirilməsinə mühüm töhfələr verdiyini bildirib.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan Prezidentinin müəyyən etdiyi turizm strategiyasına uyğun olaraq rayonun təbii, mədəni və tarixi potensialının dayanıqlı inkişafının əhəmiyyətini vurğulayıb. Qaxın turizm imkanlarının tanıdılması məqsədilə kitab layihələrinin, intellektual turizm təşəbbüslərinin və müxtəlif mədəniyyət festivallarının uğurla həyata keçirildiyini, təşkil edilmiş festivallarda iştirakçı sayının 70 mini ötdüyünü qeyd edib. O, yerli əhali və turizm sektoru ilə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərin qısa müddətdə və səmərəli şəkildə reallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirib. Həmçinin Şuranın regionda uzunmüddətli və dayanıqlı turizmin inkişafına mühüm töhfə verəcəyini söyləyib.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov rayonun zəngin təbiətinin, qədim tarixi abidələrinin və Katex şəlaləsi kimi unikal təbiət obyektlərinin turizm inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcudluğunun və rayonun əlverişli coğrafi mövqeyinin ekoturizmin genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.
Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov Azərbaycanın bu bölgələrinin turizm baxımından daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan bəhs edib.
Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin müdiri Heybət Vəliyev Büro tərəfindən həyata keçirilən marketinq fəaliyyətləri, turizm nişanlarının tətbiqi, eləcə də xarici ölkələrdən media nümayəndələrinin və turizm şirkətlərinin təmsilçilərinin regiona tanışlıq səfərlərinin təşkili barədə məlumat verib.
Hesabat xarakteri daşıyan hər iki iclasda iştirakçıların rəy və təklifləri də dinlənilib. Sonda regionun turizm potensialından daha səmərəli istifadə edilməsi, mövcud problemlərin həlli və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb. Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Oktyabr 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri