Icma.az
close
up
RU
Üç rayonun ağsaqqallar şuralarının hesabat konfransları keçirilib FOTO

Üç rayonun ağsaqqallar şuralarının hesabat konfransları keçirilib FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Ağsaqqallar Şurasının yerli təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti konfranslar may ayının 5-də və 6-da Şəmkir, Qazax və Ağstafada təşkil olunub.

Modern.az xəbər verir ki, toplantılarda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, hər üç rayonun icra hakimiyyətlərinin rəhbər şəxsləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin digər nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Konfranslarda Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən icra hakimiyyətlərinin rəhbər şəxsləri ölkəmizin ictimai-siyasi və mədəni həyatında ağsaqqalların əhəmiyyətli rolundan söz açıblar. Şəmkir, Qazax və Ağstafa rayonlarında ağsaqqalların aktiv fəaliyyətindən bəhs edən natiqlər konfransın işinə uğurlar arzulayıblar.

Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, şair Barat Vüsalın və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin yerli təşkilatların ötən dövr ərzindəki fəaliyyətləri barəsində məruzələri dinlənilib. Məruzələr ətrafında maraqlı müzakirələr aparılıb.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Əmin olduğunu bildirib ki, yerli təşkilatların üzvləri gələcəkdə öz fəaliyyətlərini daha səmərəli şəkildə quracaq və rayonlarımızın ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə öz dəyərli töhfələrini verəcək, xüsusilə gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Natiq, həmçinin, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici, eləcə də sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini, beynəlxalq nüfuzunun daha da yüksəldiyini vurğulayaraq dövlət başçısının Çin səfərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha qüdrətli dövlətə çevriləcəkdir. Ağsaqqallar hər zaman onu dəstəkləyəcək, ətrafında sıx birləşəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri