“Regionda davamlı sülh üçün…” ekspert
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“HƏMAS-ın silahsızlaşdırılması və Qəzzada nəzarət mexanizminin beynəlxalq qüvvələrə verilməsi kimi bəndlər praktik baxımdan reallaşması çətin məsələlərdir”.
Bu sözləri politoloq Vüqar Zifəroğlu məsələ ilə bağlı xalqcebhesi.az-a müsahibəsində deyib.
Onun fikrincə, təşkilat bu şərtləri qəbul etmədiyi halda, planın icrası mümkünsüzdür: “Üstəlik, İran, Qətər, Misir və Türkiyə kimi regional güclərin maraqları da bu prosesə müxtəlif istiqamətlərdə təsir göstərə bilər”.
Vüqar Zifəroğlu sonda qeyd edib ki, Trampın təşəbbüsü müəyyən humanitar nəticələr versə də, onu “tarixi sülh planı” adlandırmaq hələ tezdir: “Əgər plan qarşılıqlı etimad, beynəlxalq təminatlar və ədalətli siyasi status üzərində qurulmasa, əvvəlki təşəbbüslər kimi qısaömürlü diplomatik addım olaraq qalacaq. Regionda davamlı sülh üçün təkcə atəşkəs yox, həm də Fələstin dövlətinin real siyasi hüquqları tanınmalı, İsrailin təhlükəsizlik təminatı paralel şəkildə qorunmalıdır”.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Oktyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















