Icma.az
close
up
RU
Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün davamlı səylər göstərir

Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün davamlı səylər göstərir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Nyu-York şəhərində işgüzar səfər zamanı dövlət başçısı İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxlu sayda görüşlər, sessiyada çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, ölkə Prezidentinə etimadın aydın mənzərəsini yaratdı.

BMT Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak etdi. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlər, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzular ətrafında geniş müzakirələr aparıldı.

Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın həm tarixi ədaləti bərpa edən, həm də qlobal və regional məsələlərdə fəal rol oynayan bir dövlət kimi mövqeyini nümayiş etdirir. Bu çıxış ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin qorunması və regionda sülhün təmin edilməsi istiqamətində atdığı əhəmiyyətli addımları vurğulayır. Həmçinin, ölkənin beynəlxalq əməkdaşlığa və qlobal çağırışlara olan sadiqliyini bir daha sübut edir. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından çıxış edirdi. Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı tarixi bir an idi. Çünki ölkə Prezidenti vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə təmin etdiyimizdən danışdı. 30 ilə yaxın davam edən sülh danışıqlarının nəticəsiz qalması Azərbaycanı 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur edib. Ermənistanın hərbi təcavüzü şəhərlərə və kəndlərə ballistik raketlərin atılması, kasetli mərmilərlə bombalanma və 100-dən çox günahsız mülki vətəndaşın qətlə yetirilməsi kimi faciələrlə nəticələnib. Azərbaycan Silahlı Qüvvələri isə müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apararaq mülki infrastrukturu hədəfə almayıb.

Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu cənab İlham Əliyev ilə Prezident Donald Tramp imzaladı. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Prezident Donald Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addım kimi dəyərləndirildi. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

Cənab İlham Əliyev BMT Baş Assambleyasının tribunasından dünyaya çağırış etdi. Bildirdi ki, gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanı quraq. Azərbaycan Prezidenti, həmçinin bu tribunadan ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi. Bir daha vurğulandı ki, bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır.Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında vurğuladığı kimi, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik: “Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.Azərbaycan, həmçinin qlobal çağırışlara cavab olaraq inklüziv, ədalətli və ümumbəşəri həll yollarının təşviqində fəal rol oynayır. COP29-a ev sahibliyi etməsi və qlobal iqlim maliyyələşdirilməsində göstərdiyi uğurlu fəaliyyət ölkəmizin bu sahədə lider mövqeyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycan regionda yaşıl iqtisadiyyatın inkişafı və davamlı enerji layihələrinin həyata keçirilməsi ilə nümunəvi təşəbbüslər göstərir. Bu fəaliyyətlər həm də qlobal iqlim siyasətinə böyük töhfə verməklə dövlətin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Ümumilikdə avqust ayında cənab İlham Əliyevin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirdi.Vaşinqton razılaşmaları regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirəcək ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına imkanlar açacaqdır

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri