Regionda dayanıqlı sülhün əldə olunması üçün əməkdaşlıq etməliyik
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən keçməsinə imkan yaradılacağı ilə bağlı bəyanatla, Prezident İlham Əliyev ilk dəfə Qazaxıstan səfərində çıxış etdi. Artıq prosesə start verilib və Qazaxıstan taxıl məhsulları Ermənistana yola salınıb. Təbii ki, bu iqtisadi əməkdaşlığın başlanğıcıdır".
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millt vəkili bildirib ki, Cənab Prezidentin çağırışına baş nazir Paşinyan dərhal müsbət reaksiya verdi və Azərbaycan yüklərinə Ermənistan ərazisindən Naxçıvana daşınması üçün şərait yaradacaqlarını bildirdi:
"Şübhəsiz, iqtisadi əməkdaşlıq münasibətlərin normallaşmasını şərtləndirir, sülhə gedən yolu yaxınlaşdırır, tərəflər arasında etimad mühitini artırır.
Xalqımız yaxın tarixdə erməni separatçılığı nəticəsində işğalla üzləşib, itkilər verib, çox ağrılar çəkib. Bunları tezliklə unutmaq mümkün deyil. Ancaq, gələcəyimiz naminə, regionda dayanıqlı sülhün əldə olunması üçün əməkdaşlıq etməliyik. Bu da hər şeydən əvvəl iqtisadi münasibətlərdən keçir".
Süleyman
Bu mövzuda digər xəbərlər:Bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin
11 Avqust 2025 15:35
Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk
14 Avqust 2026 10:09
Hikmət Hacıyev: Regionda sülhün təmin olunması üçün Ermənistan konstitusiyasında dəyişiklik zəruridir
13 Mart 2025 13:24
Şamxaradze: Gürcüstan regionda davamlı sülhün təmin olunması üçün töhfə verməyə hazırdır
24 Fevral 2026 16:52
Regionda sülh əsaslı əməkdaşlıq başlayır
02 İyul 2026 11:03
Baxış sayı:181
Bu xəbər 23 Oktyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















