Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin

Bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin ABŞ dövlət başçısı Donald Trampın dəvəti ilə Birləşmiş Ştatlara işgüzar səfəri, Vaşinqtonda keçirdiyi görüşlər, o cümlədən imzalanan sənədlər tarixi xarakter daşıyır. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Azərbaycanın regionda dünya dövləti səviyyəsində yaratdığı status-kvonu bir daha təsdiq etdi. İndi heç kim şübhə edə bilməz ki, Cənubi Qafqazın yeni reallığı nəhayət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Dünya Azərbaycan Prezidenti və Ermənistan Baş naziri, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh və dövlətlərarası münasibətlərin təsis olunmasına dair sülh sazişinin paraflanmasına şahidlik etdi. Ağ Evdə baş tutan görüş və orada imzalanan sənəd, dərin mənada, regionda uzun müddətdir gözlənilən sabitlik və əməkdaşlıq dövrünün başlanğıcını simvollaşdıracaq.

İmzalanmış Birgə Bəyannamə Azərbaycanın maraqlarına uyğundur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv olunmalı və Ermənistan bu məsələdə mövqeyini ortaya qoymalıdır. Əvvəllər rəsmi İrəvan bundan imtina etsə də, Prezident İlham Əliyevin qətiyyəti qarşısında bu şərti qəbul etmək məcburiyyətində qaldı. Artıq hər iki lider ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı ortaq mövqe sərgilədilər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət də imzalandı.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Prezident İlham Əliyevin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Belə ki, imzalanmış Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Birgə Bəyannamədə regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üzrə bu mühüm məqam nəzərə alınır. Zəngəzur dəhlizi reallaşır. Azərbaycan ilk gündən təkid etdiyi maneəsiz gediş-gəlişə nail olur. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. Beləliklə, Vaşinqton razılaşması məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşıb. Yəni, bütün proseslərdə Azərbaycanın liderliyi öz sözünü deyir. Bu baxımdan, Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açır. Azərbaycan və ABŞ prezidentləri tərəfindən Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yeni pilləyə qalxmasını və Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni səhifənin açılmasını göstərmiş oldu. Bu sənəd iki ölkə arasında enerji, enerji-tranzit, neft sənayesi, süni intellekt və rəqəmsal iqtisadiyyat kimi sahələr üzrə strateji inkişaf üçün geniş perspektivlər açır. Cənab İlham Əliyevin vurğuladığı kimi, bu strategiya Azərbaycanın iqtisadiyyatının müasirləşdirilməsi, innovativ texnologiyaların ölkəyə gətirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün zəmin yaradır. Sənədin imzalanması regionda güclü iqtisadi dinamikanın formalaşdırılmasına və Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsinə səbəb olacaqdır. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da bu istiqamətdə atılmış çox mühüm addımdır. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra səmimi əsaslar üzərində inkişaf edəcəyini nümayiş etdirən mühüm məqamlardan biri də ədalətsizlik simvolu olan 907-ci düzəlişin ləğv olunmasıdır. Öz müsahibəsində bu məsələyə toxunan cənab Prezident bildirdi ki, 1992-ci ilin oktyabr ayında Azərbaycanın ədalətsiz şəkildə ABŞ Konqresi tərəfindən məruz qoyulduğu bu sanksiyanın bu gün birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi tarixi hadisədir və çox rəmzi xarakter daşıyır.
Ağ evdə keçirdiyi görüşlər, etdiyi çıxışlar və verdiyi bəyanatlar Prezident İlham Əliyevin yüksək siyasi-diplomatik təcrübəyə malik siyasi lider olduğunu bir daha nümayiş etdirdi. Bu baxımdan, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər etməsi həm iki ölkə arasında mövcud münasibətlərin bundan sonra yeni müstəvidə inkişaf edəcəyini, həm də Cənubi Qafqazda uzun zamandır gözlənilən sülhün bərqərar olunacağını, habelə bir sıra dövlətlər üçün yeni investisiya imkanlarının açılacağını deməyə əminlik verir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri