Icma.az
close
up
RU
Regionda etnik zəmində sabitliyə ciddi təhdid formalaşdırır POLİTOLOQ ŞƏRH ETDİ

Regionda etnik zəmində sabitliyə ciddi təhdid formalaşdırır POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son illərdə Rusiyada müşahidə olunan sistemli şovinist, diskriminasiya və islamofob meyillər, xüsusilə hüquq-mühafizə orqanlarının azərbaycanlılara və ümumilikdə Orta Asiya xalqlarının nümayəndələrinə qarşı sərgilədiyi qəddar münasibətlər, sadəcə təsadüfi hallar deyil, daha dərinə enən strateji bir siyasətin nəticəsidir. Yekaterinburqda azərbaycanlılara qarşı törədilmiş son hadisə də bu geniş kontekstin tərkib hissəsi kimi dəyərləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, bu tendensiyaların kökündə yalnız daxili sosial-siyasi idarəetmə amilləri dayanmır. Əslində, bu proses Kremlin uzunmüddətli imperiya irsini canlandırmaq və Rusiya daxilində monoetnik, rus pravoslav dəyərlərinə söykənən bir cəmiyyət formalaşdırmaq strategiyasının tərkib hissəsidir. Bu məqsədlə Kremlin etnik azlıqlara, xüsusilə müsəlman mənşəli xalqlara qarşı ictimai rəyi formalaşdırmaq üçün sistemli şəkildə islamofob ritorikadan və təhlükə normativlərindən istifadə etdiyi açıq şəkildə görünür: "Bu siyasətin həyata keçirilməsində Rusiya Pravoslav Kilsəsinin rolu danılmazdır. Kilsə, dövlət ideologiyasının əsas dayaqlarından birinə çevrilərək, "milli kimlik", "mədəni özünəməxsusluq" və "ənənəvi dəyərlər" adı altında digər etnik və dini qrupların marginallaşdırılmasını haqlılaşdırmağa çalışır. Ruhanilərin çıxışlarında tez-tez qərb təsirlərinə və qeyri-xristian dəyərlərinə qarşı ritorikaya yer verilməsi, ictimai şüura təsir baxımından böyük rol oynayır. Eyni zamanda hüquq-mühafizə orqanlarının davranışı da bu siyasətin texniki icraçısı funksiyasını daşıyır. Azlıqlara qarşı tətbiq olunan zorakı yanaşmalar, selektiv həbslər və əsassız yoxlamalar, bu xalqların cəmiyyətdə qorxu və güvənsizlik içində yaşamasına səbəb olur. Nəticədə, Kremlin məqsədi həm etnik tərkibi nəzarət altında saxlamaq, həm də geniş rus əhalisinin diqqətini sosial-iqtisadi problemlərdən yayındırmaq üçün "daxili düşmən obrazı" yaratmaqdır.

Yekun olaraq qeyd etmək lazımdır ki, Rusiyada bu kimi hallar sadəcə ictimai gərginliklərin təsadüfi nəticəsi deyil, dövlət səviyyəsində yönləndirilən və strukturlaşdırılmış bir diskriminasiya siyasətidir. Bu siyasət, yalnız azlıqlar üçün təhlükə yaratmaqla kifayətlənmir, eyni zamanda bütövlükdə regionda etnik zəmində sabitliyə ciddi təhdid formalaşdırır. Beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının bu məsələyə daha ciddi yanaşması artıq zəruri xarakter daşıyır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri