Regionda güc balansını dəyişən və saxta “status kvo”nu dağıdan tarixi mərhələ
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Cənab Prezident İlham Əliyevin “Biz torpaqlarımızı heç vaxt güzəştə getməyəcəyik” bəyanatı milli iradənin qətiyyətlə ifadəsi oldu. Bu milli mövqe milyonlarla insanın qəlbində azadlıq toxumunun cücərməsinə xidmət etdi. Eyni zamanda, istiqlal məşəli qəlblərdə alovlandı və insanları bu ideya ətrafında birləşməyə sövq etdi.
Bu gün isə Aprel döyüşlərinin 10-cu ildönümünü qeyd edirik. Regionda güc balansını dəyişən və saxta “status-kvo”nu dağıdan tarixi mərhələ".
Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, Aprel döyüşləri illərlə “dondurulmuş münaqişə” kimi təqdim edilən vəziyyətin əsl mahiyyətini ifşa etdi:
"Bu, işğalın qorunmasına xidmət edən siyasi konstruksiya idi. Azərbaycan bu əməliyyatlarla həm hərbi, həm də diplomatik müstəvidə təşəbbüsü qəti şəkildə ələ aldı. Ordunun addımları siyasi iradə ilə uzlaşaraq yeni geosiyasi reallıq formalaşdırdı. Ermənistanın “məğlubedilməzlik” mifı dağıldı, danışıqlar masasında balans dəyişdi. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan üçün ərazi bütövlüyü müzakirə mövzusu deyil dəyişməz strateji xəttdir".
Mərkəz rəhbəri qeyd edib ki, Aprel əməliyyatları sonrakı hərbi-siyasi transformasiyanın əsasını qoydu:
"Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi illərlə qurulan miflər dağıldı. Şəhidlərimizin qanı ilə yazılan bu tarix nə susacaq, nə silinəcək, nə də unudulacaq. Bu, təkcə cəbhə xəttində qazanılan uğur deyil, bütövlükdə dövlət gücünün nümayişidir. Bu gün biz bu mərhələni sadəcə xatırlamırıq onu dövlətçilik iradəsinin konkret nəticəsi kimi qiymətləndiririk".
Süleyman
Bu mövzuda digər xəbərlər:“44 günlük müharibə və sonrakı proseslər nəticəsində regionda əvvəlki status kvo dəyişib” ŞƏRH
22 İyul 2026 13:29
Cənubi Qafqazda yeni status kvo
15 Aprel 2026 10:58
Cənubi Qafqazda status kvo: kim pozmağa çalışır?
25 Fevral 2025 12:05
Tarixi Qələbə regionda uzun illər mövcud olmuş status kvonu dəyişdirdi POLİTOLOQ
03 Noyabr 2026 15:56
Hikmət Hacıyev: Cənubi Qafqazda yeni status kvo yaradırıq
06 Dekabr 2025 14:41
Baxış sayı:107
Bu xəbər 03 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















