Icma.az
close
up
RU
Cənubi Qafqazda status kvo: kim pozmağa çalışır?

Cənubi Qafqazda status kvo: kim pozmağa çalışır?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

K.Əlioğlu

Dünya siyasətində Tramp-Putin danışıqları müəyyən mənada "zəlzələ effekti" yaratdı. Müxtəlif dairələrdə onu "gizli sövdələşmə" də adlandırırlar. Daha çox isə Qərbdə Ukraynaya münasibətin dəyişəcəyinə vurğu edilir. Bunların fonunda ekspertlər Cənubi Qafqazda da qüvvələr balansının dəyişməsini ehtimal edirlər. Müxtəlif proqnozlar verilir ki, bunlarda da qeyri-müəyyən məqamlar az deyildir. Lakin başlıca tezis belədir ki, qlobal geosiyasət ABŞ-Rusiya tandeminin nəzarətinə keçə bilər.

Təhlükəli sövdələşmə

Son günlərə qədər Cənubi Qafqazda geosiyasi mənzərəyə çox fərqli təsirlər altında baxmaq ənənəsi vardı. Bu "geosiyasi kollajda", əlbəttə, ABŞ-Rusiya münasibətlərinin xüsusi yeri mövcuddur. Ancaq həmin məqama indiki kimi riskli, təhlükəli və mövcud vəziyyəti ciddi dəyişə biləcək statusda baxılmırdı. Belə ki, Amerika Cənubi Qafqazda fəal olsa da, Rusiya ilə münasibətləri qeyri-müəyyən saxlayırdı və ya ənənəvi olaraq birbaşa kollektiv Qərbin maraqlarından çıxış edirdi. Bu xəttin əsas əlaməti isə Moskvanı regiondan sıxışdırıb çıxarmaqdan ibarət idi.

Sanki bütün dünya Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması xəttini qəbul etmişdi və alternativ görmürdü. Ancaq məhz bu "ana geosiyasi tezis"in necə sürətlə dəyişdiyini indi dünya eyni heyrət və təəccüblə izləməkdədir. Daha da konkretləşdirsək, Donald Tramp administrasiyası özünü Rusiyaya qarşı deyil, Avropaya qarşı duran güc kimi göstərir. Üstəlik, Rusiya ilə gizli diplomatik təmaslar quraraq, Avropa İttifaqı olmadan Ukrayna məsələsinin həlli yollarını və şərtlərini müzakirə edir.

Əlbəttə, ekspertlər bu dəyişikliyi dərhal dünyanın bütün regionlarında ABŞ-Rusiya münasibətlərinə aid etməyə tələsdilər. O cümlədən indi aksiomatik olaraq qəbul edilir ki, Cənubi Qafqaza qarşı da təhlükəli sövdələşmə prosesi gedir. Hətta onun bir sıra "gizli məqamlarını da aydınlaşdırıblar".

Birincisi, heç kim Cənubi Qafqazla bağlı Vaşinqton-Moskva müzakirələrində nələrin olduğunu bilmir, lakin bəziləri artıq "nələr olacağından bəhs edir".

İkincisi, əvvəlki mərhələdə kollektiv Qərb Rusiyaya qarşı düşmənçilikdə necə mütləqləşdirilirdisə, indi də eyni qaydada Tramp-Putin münasibətləri Avropaya və bütövlükdə dünyaya qarşı gizli sövdələşmədə mütləqləşdirilir.

Dünyanın geosiyasi təcrübəsi isə göstərir ki, reallıq həmişə təqdim olunandan xeyli fərqli olur. Bir çox hallarda müəyyən dairələr insanların informasiyasız olmasından istifadə edərək vəziyyəti özlərinə sərf edən məzmunda təqdim edirlər. Bunun belə olub-olmadığını ancaq real faktlardan bilmək mümkündür. Faktlardan baxdıqda, Tramp-Putin sövdələşməsinin Cənubi Qafqazda şansı necədir?

Lavrov hara və niyə tələsir?

Belə təəssürat yaranır ki, Ukrayna məsələsində D.Trampla V.Putin hələ heç nəyi həll edə bilməyiblər, amma Avropanı əməlli-başlı qıcıqlandırıblar. Həm də təkcə Avropanı deyil, Çin və Türkiyəni də yerindən oynadıblar. Pekin bəyan edib ki, Ukrayna məsələsinin aktuallığı Qəzza problemini arxa plana atmamalıdır. Ankara isə V.Zelenskini səfərə dəvət edərək, ona dəstək nümayiş etdirib və ABŞ-Rusiya danışıqlarının ruhuna uyğun olmayan bəyanatlar səsləndirib. V.Zelenski də öz növbəsində açıqca D.Tramp administrasiyasına qarşı çıxıb. Hətta Cey Di Vensin hədələri belə Kiyevə təsir etməyib. Brüsselin fəallığı da kölgədə qalmayıb.

Bunlara Kremlin reaksiyası maraq doğurur. S.Lavrov Səudiyyə Ərəbistanına və dərhal sonra Ankaraya gedib. İndi də yenidən Ankaraya səfər edir. Səbəb?

Ekspertlər deyirlər ki, Moskva Ukrayna məsələsində Türkiyənin rolunu arxa plana ata bilməz, çünki Ankara kifayət qədər güclü mövqeyə malikdir.

Bununla ümumi gedişat haqqında təsəvvürləri birləşdirmək olar.

Yeni qlobal geosiyasi konfiqurasiya və Qafqaz

Əgər proseslərin ümumi məntiqinin olduğunu qəbul etsək, D.Trampın, faktiki olaraq, qlobal miqyasda yeni geosiyasi balans yaratmağa çalışdığını deyə bilərik. O, öncəki balansı üç istiqamətdə tamamilə pozmaqda qərarlı görünür.

Birincisi, Rusiya istiqamətində. Vaşinqton administrasiyası Moskvanı tamamilə təsiri altına almağa çalışır. Çünki məhz ABŞ Rusiyaya vəd edir ki, Ukrayna problemini Kremlin xeyrinə həll edə bilər. Belə olsa, hansı üzlə Rusiya ABŞ-ın iradəsindən kənarda addım ata biləcək? Belə çıxır ki, ABŞ öncədən Ukrayna faciəsi üzərində yeni dünya nizamı qurmağı planlaşdırır. Aİ də bu ambisiyanın güdazına getməkdədir.

İkinci istiqaməti Çin təşkil edir. Rusiya əldən getsə, Pekin doğrudan da pis vəziyyətə düşər. Üstəlik, D.Tramp Çinə də şirnikləndirici təkliflər vəd edir. Onların məzmunundan görünür ki, D.Tramp Çini daha güclü əməkdaşlıq vədləri ilə ram etməyə cəhd göstərir.

Üçüncü istiqaməti beynəlxalq təşkilatlar təşkil edir. D.Tramp onların hazırkı statusunu şübhə altına almağa çalışır. BMT-ni tərk etməklə hədələyir. Bu da, faktiki olaraq, bu təşkilatı çökdürmək və ya ənənəvi statusundan məhrum etmək deməkdir.

Bütün bunların fonunda qlobal geosiyasi dinamikada Yaxın Şərq və Qafqaz istiqamətinin aktuallığı daha aydın görünür. Burada nə baş verir?

Yaxın Şərqinin "İbrahim uşaqları"

Son illər bu mövzunu siyasi-diplomatik müstəvidə İsrail və ABŞ-ın müəyyən siyasi dairələri aktuallaşdırmağa çalışırlar. Onun əsas ideyası ondan ibarətdir ki, Yaxın Şərq və ona yaxın regionlarda İsrailin liderliyi ilə hər hansı bir geosiyasi konfiqurasiya yaransa, bu, hamının xeyrinə olar. Son zamanlar Azərbaycanı da "İbrahim razılaşmaları"na qatmağa çalışıldığı haqda mətbuatda yazılar gedir. Bunun fonunda D.Trampın Qəzza planının daşıdığı məqsədlər aydın olur. Buna görə də Azərbaycanı da bu kimi proseslərə ortaq etməyə çalışan media bir daha düşünsün! Axı, Qəzzadan müsəlmanları kütləvi sürgün edənlər hansı mənada "İbrahim uşaqları" olub, regiona sülh və barış gətirə bilərlər? Milyonlarla qəzzalının göz yaşları üzərində sülh olurmu?

Qafqazda geosiyasi oyun

Digər tərəfdən, kiçik bir yəhudi dövləti ondan qat-qat potensiallı olan türk-müsəlman dünyasına ağalıq edə bilməz. Azərbaycan bu oyunda yoxdur! Azərbaycan rəsmi olaraq harada olduğunu bəyan edib: " ... Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur. ... bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər"!

Deməli, həm Tramp-Putin duetinin "hər şeyə qadir obrazı", həm də "kiminsə uşağı olmaq" ideyası sadəcə bir geosiyasi həmlədir. Yeni geosiyasi konfiqurasiyada ABŞ-Rusiya tandeminin bütövlükdə Avrasiya məkanına və ayrıca Çinə qarşı istifadə edilməsi cəhdi vardır. Keçən əsrin 70-80-ci illərində H.Kissincer metodundan başqa görüntüdə və məzmunda istifadə etməyə çalışırlar. Kreml buna getsə, ilk uduzan özü olacaq.

Lakin Qafqaz da risk altına düşür. Çünki yaranmış bu ilğım vəziyyətindən istifadə edərək regionda təxribatlar törədə bilərlər. Məsələn, Ermənistanın irqçi və şovinist dairələri inanar ki, yeni ağaları onlara "yaxşı yol" açarlar. Bəlkə də N.Paşinyanın indi ekspertlər tərəfindən lağa qoyulan "jurnalistlik fəaliyyəti"ndə əsas məqsədlərdən biri bundan ibarətdir. Yəni, rəsmi İrəvan Qərbin (əsasən də ABŞ-ın) arzuladığı anlamda "sülhsevərdir". Buna görə də D.Tramp Qafqazda bu "sülhsevərliyə" sahib çıxmalıdır. Ancaq rəsmi İrəvan elə də cəsarətli deyildir – o, Rusiya, İran və Türkiyədən çox qorxur. Buna görə də Azərbaycana qarşı hər hansı təhdid yaratmadığına gecə-gündüz and içir. Paralel olaraq, Bakının "radikal ritorikası" haqqında uydurmalara baş vurur.

Nəhayət, gerçəklik!

Bütün bunların fonunda Cənubi Qafqaz, əlbəttə, maraq doğurur. Burada hazırda Azərbaycan-Türkiyə tandeminin səyləri nəticəsində yaranmış geosiyasi status-kvonun qorunub saxlandığını görürük. Bakı və Ankara diplomatik sferada kifayət qədər fəaldırlar. Burada Türkiyə ilə Azərbaycan arasında hər hansı fikir ayrılığı axtaranların boş şeylərlə məşğul olduğuna şübhə yoxdur. Əksinə, məhz Azərbaycan və Türkiyə Cənubi Qafqazda mövcud sabit geosiyasi vəziyyəti saxlamaq üçün əllərindən gələni edirlər.

Güman etmək olmaz ki, İran buna qarşı hər hansı təsirli addım ata bilsin və Rusiya prinsipial olaraq ona qarşı çıxsın. Gürcüstan zatən Azərbaycanın yanındadır. Belə bir şəraitdə rəsmi İrəvanın hələ qeyri-müəyyən geosiyasi mövqedə qalacağını proqnozlaşdırmaq olar. Erməni siyasi dairələri belə dolaşıq vəziyyətdə ömründə siyasət meydanına çıxmazlar. Nəsə deyəcəklər, harasa gedəcəklər və ya kimdənsə silah alacaqlar, ancaq real mövqe dəyişikliyinə getməyəcəklər. Onları Fransa və Hindistan faktorları da ruhlandıra bilməz. Çünki bu iki dövlət qlobal miqyasda "başlarının hayına qalıblar"!

Cənubi Qafqazda söz sahibi yenə də Azərbaycandır!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Fevral 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri