Hikmət Hacıyev: Cənubi Qafqazda yeni status kvo yaradırıq
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.
APA “Aljazeera” ya istinadən xəbər verir ki, bunu Qətərdə keçirilən “Doha Forumu”nda çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra, tərəflər özlərini komfort zonasında hiss edir.
"Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf anlayır ki, sülh üzüyuxarı istiqamətdə bir prosesdir və buna görə də çox çalışmaq lazımdır”, Hikmət Hacıyev bildirib.
O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 Dekabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















