Regionda üçüncü qüvvənin olması sabitlik üçün təhlükədir Pezeşkian Putinlə danışdı
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Regionumuzda üçüncü qüvvələrin mövcudluğu yalnız sabitliyi poza bilər.
Azpost bildirir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə əlaqələr strateji əhəmiyyətli və hərtərəfli xarakter daşıyır və Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi gələcək inkişaf üçün möhkəm təməl olacaq.
Pezeşkian vurğulayıb ki, Moskva və Tehran atom elektrik stansiyasının tikintisi ilə bağlı razılaşmaları bu gün yekunlaşdıra bilər.
Onun sözlərinə görə, atom elektrik stansiyasının tikintisi ilə bağlı Tehranla Moskva arasında razılaşmalar çox yaxşı xəbərdir:”Düşünürəm ki, bu gün bu sahədə bizim razılaşmalarımız yekunlaşa bilər”.
Qeyd edək ki, 2017-ci ilin mart ayında “Rosatom” Dövlət Korporasiyası ilə İranın Atom Enerjisi Təşkilatı arasında nüvə materiallarının daşınması sahəsində Anlaşma Memorandumu imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















