Icma.az
close
up
RU
Regionda yeni balans: Bakı Moskva dialoqunun nəticələri nə olacaq?

Regionda yeni balans: Bakı Moskva dialoqunun nəticələri nə olacaq?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda geosiyasi dinamika yeni mərhələyə qədəm qoyur.

Regionda qüvvələr balansı dəyişdikcə, Bakı və Moskva arasında münasibətlərin məzmunu da yenidən formalaşır. Xüsusilə Dmitri Peskovun son açıqlamaları və İlham Əliyevlə Vladimir Putin arasında gözlənilən görüş bu dəyişimin hansı istiqamətdə inkişaf edəcəyini göstərmək baxımından mühüm siqnallar verir.

Artıq Azərbaycan regional proseslərin mərkəzində qərarlaşmış subyekt kimi çıxış edir, Rusiya isə öz ənənəvi mövqelərini qorumağa çalışır. Lakin hadisələrin gedişi göstərir ki, Moskva əvvəlki kimi diktə edən tərəf deyil, əksinə, yeni reallıqlara uyğunlaşmaq məcburiyyətində qalıb. Bu kontekstdə qarşıdakı görüş iki ölkə münasibətlərində “balansın sınağı” kimi qiymətləndirilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Dmitri Peskovun son açıqlaması əslində Moskvanın mövcud vəziyyətdə öz mövqeyini qorumağa çalışdığını göstərir:

"Lakin bu cəhd eyni zamanda Rusiyanın regionda yaranmış yeni reallıqları tam dərk etmədiyi təəssüratını yaradır. Onun “nikbinlik” ifadəsi diplomatik leksikada əslində “münasibətləri qorumaq məcburiyyətindəyik” mənasına gəlir. Rusiya bu gün Cənubi Qafqazdakı təsir imkanlarını itirmək istəmir, amma artıq proseslərə əvvəlki kimi yön verən tərəf də deyil".

Tural İsmayılov: Regionun yeni reallığını bu gün Azərbaycan müəyyənləşdirir

Onun sözlərinə görə, İlham Əliyev və Vladimir Putin arasında planlaşdırılan görüş münasibətlərin yeni mərhələsinin parametrlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan artıq regional siyasətin aktiv oyunçusuna çevrilib, Rusiya isə bu reallığa uyğunlaşmağa çalışan tərəfdir. Qəbələ görüşü öncəsi formalaşan siyasi fon da göstərir ki, Bakı diplomatiyası çoxşaxəli, lakin balanslı xətti davam etdirir. Əgər Moskva bu balansı düzgün dəyərləndirərsə, münasibətlərdə qarşılıqlı anlaşma və konstruktiv dialoq üçün zəmin yarana bilər:

"Bununla belə, müəyyən narazılıq doğuran məqamlar da var. AZAL təyyarəsi ilə bağlı baş vermiş insidentə görə Rusiya tərəfindən nə üzr istənilməsi, nə də kompensasiya ödənilməsi doğru addım sayılmır. Bu hadisə iki ölkə arasında etimadın bərpasına mənfi təsir göstərdi. Moskva bu davranışı ilə həm imicinə zərbə vurur, həm də regionda etibarlı və balanslı tərəf kimi görünmək imkanlarını zəiflədir".

Həmsöhbətimiz qeyd edib ki, görüşdən sonra münasibətlərdə müəyyən “soyuma dövrü”nün başa çatması istisna deyil. Azərbaycan Prezidenti İlham Əliyev siyasi praqmatizmi ilə fərqlənir və bu, dialoqun emosiyadan uzaq, qarşılıqlı maraqlara əsaslanan müstəvidə aparılacağına ümid yaradır. Azərbaycan əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq yalnız bərabərhüquqlu münasibətlər üzərində qurula bilər:

"Artıq köhnə model - yəni Rusiyanın dominant mövqe tutduğu, Cənubi Qafqazın isə “tabe tərəf” kimi qavrandığı dövr geridə qalıb. Regionun yeni reallığını bu gün Azərbaycan müəyyənləşdirir, Rusiya isə bu reallığı qəbul etmək məcburiyyətindədir. Yeni mərhələ qarşılıqlı hörmət, iqtisadi rasionalizm və real siyasət prinsipləri üzərində qurulmalıdır. Əks halda, Moskva regionda daha da təcrid olunmaq riski ilə üz-üzə qalacaq. Putin-Əliyev görüşü iki ölkə münasibətləri üçün sınaq anıdır: Rusiya üzərinə düşən məsuliyyəti dərk etməli, səmimi və realist mövqe nümayiş etdirməlidir. Bu dəfə söhbət təkcə diplomatik jestlərdən deyil, Cənubi Qafqazda yaranmış yeni geosiyasi düzənin qəbulundan gedir".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri