Icma.az
close
up
RU
Regionda mühüm gəlişmə Moskva və İrəvan Bakı üzərindən birləşir

Regionda mühüm gəlişmə Moskva və İrəvan Bakı üzərindən birləşir

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan artıq ikinci dəfə mühüm tranzit qərarı ilə gündəmdədir. Qazaxıstana məxsus yüklərdən sonra indi də Rusiya məhsullarının ərazimizdən daşınmasına “yaşıl işıq” yandırılıb. Rusiya Baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyü artıq təsdiqlənib və yeni logistika marşrutu üzərində iş gedir.

Qazaxıstandan sonra Rusiyanın da mallarının Ermənistana daşınmasına icazə verilməsi regionda nələri dəyişəcək?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, bu proses Rusiyadan Ermənistana və əks istiqamətdə yüklərin daşınmasına müsbət mənada təsir göstərəcək:

“Moskva ilə İrəvan arasında birbaşa dəmir yolu xətti yoxdur. Digər tərəfdən avtomobil yolunun xüsusilə qış aylarında işlək vəziyyətdə olmaması daşınmaların həcminə təsir göstərirdi. İndi isə yeni logistik marşrut həm Rusiya, həm də Ermənistan üçün yeni imkanlar açır. İndi daha uyğun, qısa və təhlükəsiz marşrut vasitəsilə yüklərin Azərbaycan üzərindən daşınması mümkün olacaq. Bu, eyni zamanda daha ucuz başa gəlir və nəticədə malların qiymətinə təsir edir”.

Yusif Bağırzadə

Politoloq bildirib ki, bütün bunlar Azərbacaynın tranzit ölkə olaraq mövqelərini gücləndirir:

“Azərbaycan həm tranzit daşımalardan maddi qazanc götürəcək, həm də siyasi mənada yeni təsir imkanları əldə edəcək. Söhbət təkcə Qazaxıstan və Rusiyadan da getmir. Şübhəsiz ki, tədricən bütün MDB və Avrasiya İqitsadi İttifaqı (Aİİ) ölkələri Ermənistana yük daşımalarını Azərbaycan üzərindən həyata keçirəcək. Bu isə ölkəmizin regionda mövqelərini bir az da gücləndirəcək. İrəvanın Bakının tranzit imkanlarından faydalanması bizə həm də “yumşaq gücdən” istifadə üçün imkanlar açır. Bu, həm də İrəvana Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı əlavə təsir üsulu deməkdir”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri