Icma.az
close
up
RU
“Regionlarda müəllim çatışmazlığı hələ də əsas problem olaraq qalır“ MÜNASİBƏT BİLDİRİLDİ

“Regionlarda müəllim çatışmazlığı hələ də əsas problem olaraq qalır“ MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Regionlarla paytaxt arasında təhsilin keyfiyyəti fərqi son illərin ən aktual sosial-iqtisadi və pedaqoji problemlərindən biridir. Təhlillər göstərir ki, ölkədə təhsilə bərabər çıxış hüququ qanunla təmin olunsa da, real mühitdə bu bərabərlik hələ də tam şəkildə formalaşmayıb. Bu fərq yalnız tədris nəticələrində deyil, həm də məktəbin maddi-texniki bazasında, müəllim potensialında, psixoloji mühitdə və ailə-məktəb əməkdaşlığında özünü göstərir. Bütün bunlar təhsilin keyfiyyət göstəricilərində ciddi regional asimmetriya yaradır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, “Təhsil haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət bütün vətəndaşlar üçün təhsilə bərabər çıxış imkanlarını təmin etməli və regionlar arasında keyfiyyət fərqlərini aradan qaldırmaq üçün əlavə mexanizmlər tətbiq etməlidir. Bu müddəa formal qaydada mövcud olsa da, uzun illər ərzində region məktəbləri infrastruktura, müəllim hazırlığına və sosial dəstəyə görə paytaxtdan geri qalıb. Dövlət İmtahan Mərkəzinin 2024-cü il statistikasına əsasən, Bakı və Abşeron məktəblərinin məzunlarının orta qəbul balı 284 olduğu halda, region məktəblərində bu göstərici 224 baldır. Bu, təxminən 60 bal fərq deməkdir ki, bu fərq sistemin dərin struktur problemlərinə işarə edir.

Bu uçurumun səbəblərindən biri infrastruktur və maddi-texniki təminatla bağlıdır. Elm və Təhsil Nazirliyinin 2024-cü il hesabatına əsasən, ölkə üzrə 4400 ümumtəhsil məktəbinin 1300-ə qədəri regionlarda əsaslı təmirə ehtiyac duyur, 800-dən çox məktəbdə laboratoriya və İKT avadanlıqları standartlara cavab vermir. Bu isə tədris prosesinin praktik və innovativ yönümünü zəiflədir. Bəzi kənd məktəblərində hələ də kompüter otaqları yoxdur və siniflərdə 30-35 şagird təhsil alır. Paytaxt məktəblərində isə bu göstərici 22-25 nəfər arasındadır ki, bu da fərdi yanaşma üçün daha əlverişli şərait yaradır.

Bununla yanaşı, regionlarda müəllim çatışmazlığı hələ də əsas problem olaraq qalır. Xüsusilə də riyaziyyat, fizika, kimya və xarici dil müəllimlərinin çatışmazlığı təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Nazirlik bu istiqamətdə mühüm və müsbət addımlar ataraq “Məktəblərin kadr təminatı proqramı” çərçivəsində kənd yerlərində işləyən gənc müəllimlərə aylıq 300 manat əlavə və sosial güzəştlər təqdim edir. Hazırda 8000-dən çox müəllim bu imtiyazlardan yararlanır. Bu, Elm və Təhsil Nazirliyinin region təhsilinə verdiyi real dəstəyin göstəricisidir və nəticə etibarilə, son iki ildə regionlarda müəllim çatışmazlığı 17 faiz azalıb.

Təhsilin keyfiyyət fərqlərinə təsir edən digər mühüm amil sosial-mədəni mühitdir. Paytaxtda valideynlərin təhsilə marağı və nəzarəti daha yüksəkdir. Bakı məktəblərində şagirdlərin 68 faizi əlavə hazırlığa qatılır, regionlarda isə bu göstərici 34 faiz təşkil edir. Bu, həm sosial-iqtisadi imkanların məhdudluğu, həm də valideyn şüurunun zəifliyindən qaynaqlanır. Valideynlərin bir çoxu övladlarının məktəb həyatına maraq göstərmir, bəzən təhsil prosesini yalnız dövlətin məsuliyyəti kimi görür. Halbuki “Ailə Məcəlləsinin” 56-cı maddəsinə əsasən, valideyn uşağın təlim-tərbiyəsinə görə birbaşa məsuliyyət daşıyır. Bu məsuliyyət çox hallarda formal xarakter daşıyır, nəticədə ailə-məktəb əməkdaşlığı zəifləyir, region şagirdləri sosial və emosional baxımdan təhsildən uzaq düşür.

Regionlarla paytaxt arasında fərqin dərinləşməsinin səbəblərindən biri də informasiya və texnologiya bərabərsizliyidir. Paytaxt məktəblərinin 96 faizi “Rəqəmsal məktəb” layihəsinə qoşulub, regionlarda isə bu göstərici 61 faiz civarındadır. Bu fərq e-təhsil və distant təlim imkanlarından istifadədə balanssızlıq yaradır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə ardıcıl islahatlar aparır, region məktəblərinə planşetlər, interaktiv lövhələr, elektron jurnallar və məsafədən təlim modulları təqdim edir. Bu addımlar tədricən müsbət nəticə verir: 2025-ci ilin birinci yarısında region məktəblərində rəqəmsal infrastrukturun payı 12 faiz artıb.

Dünya təcrübəsi göstərir ki, regionlarla paytaxt arasında təhsil bərabərsizliyinin azaldılması üçün əsas mexanizm diferensial maliyyələşdirmə və yerli təşəbbüslərin dəstəklənməsidir. Məsələn, Finlandiyada ucqar bölgələrdəki məktəblərə paytaxtdakı məktəblərlə müqayisədə 15 faiz artıq maliyyə ayrılır. Koreyada isə kənd məktəbləri üçün “Smart Education” proqramı tətbiq olunur, burada müəllimlərə texnoloji resurslardan istifadə üçün xüsusi təlimlər keçirilir. Azərbaycan da bu istiqamətdə oxşar islahatlar aparır — son illərdə “STEAM” layihəsi məhz region məktəblərinə inteqrasiya edilərək, şagirdlərin yaradıcı və analitik düşünmə bacarıqlarının inkişafına şərait yaradır.

Müsbət tərəf ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi region təhsilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətinə çevirib. 2024-cü ildə dövlət büdcəsindən təhsilə ayrılan vəsait 4,946 milyard manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 8,7 faiz çoxdur. Bu artımın əsas hissəsi region məktəblərinin yenidən qurulmasına, yeni müəllimlərin işə cəlb edilməsinə və təhsil infrastrukturunun gücləndirilməsinə yönəldilib. Son iki ildə 200-dən çox kənd məktəbi əsaslı təmir olunub, 35 yeni məktəb binası istifadəyə verilib. Bu göstəricilər dövlətin təhsilə münasibətinin praktiki nəticəsini əks etdirir. Bununla yanaşı, mənfi tərəf ondan ibarətdir ki, region məktəblərində hələ də sosial psixoloji mühit, müəllim motivasiyası və şagird davranış mədəniyyəti paytaxt səviyyəsində deyil. Bəzi məktəblərdə müəllimlər əlavə gəlir üçün repetitorluğa üstünlük verir, məktəb tədrisində motivasiya azalır. Bu da təhsilin keyfiyyətinə dolayısı ilə təsir göstərir.

Hesab edirəm ki, regionlarla paytaxt arasındakı təhsil fərqi tədricən azalsa da, tam aradan qalxması üçün kompleks yanaşma tələb olunur. Elm və Təhsil Nazirliyinin hazırkı islahat kursu, xüsusilə kadr təminatı, rəqəmsallaşma və infrastrukturun bərpası istiqamətində atdığı addımlar bu fərqin qapanmasına real zəmin yaradır. Lakin prosesin uğurlu olması üçün valideyn məsuliyyətinin artırılması, ictimai nəzarətin gücləndirilməsi və region məktəblərində müasir pedaqoji yanaşmaların geniş tətbiqi vacibdir. Təhsil bərabərliyi sadəcə sosial məsələ deyil, həm də dövlətin dayanıqlı inkişafının əsas şərtidir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə strateji və ardıcıl fəaliyyət göstərir və bu siyasətin davamlılığı ölkənin bütün bölgələrində təhsilin keyfiyyətinin paytaxt səviyyəsinə yaxınlaşmasına zəmanət verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see159

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri