Regionlarda qadın məşğulluğu ilə bağlı vəziyyət necədir? AÇIQLAMA
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan qadınlar üçün məşğulluq imkanlarının yaradılmasına görə dünya miqyasında öz reytinqini 104-cü yerdən 69-cu yerə yüksəldib.
Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, sözügedən reytinq Dünya Bankının "Qadınlar, Biznes və Hüquq" hesabatında yer alıb.
Dövlət Məşğulluq Agentliyinin məlumatına görə isə son bir ildə 55 mindən çox qadın münasib işlə təmin olunub. Özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bundn başqa, həyata keçirilən aktiv məşğulluq tədbirləri 229 mindən çox vətəndaşı əhatə edib. Bu tədbirlər sayəsində minlərlə insan yeni peşə bacarıqları əldə edib və işlə təmin olunub.
Maraqlıdır ki, regionlarda qadın məşğulluğu ilə bağlı vəziyyət necədir? Ümumiyyətlə, statistik göstəricilə reallığı əks etdirirmi?
İqtisadçı Razi Abasbəyli Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.
Onun sözlərinə görə, bu gün ölkəmizdə işsiz qadınların sayı daha çoxdur:
"2024-cü ilin statistikasına görə, Azərbaycanda rəsmi olaraq işsiz statusunda olan 156 000 qadın var. Ötən il kişilər arasında işsizlərin sayı isə 125 000 nəfər olub. Yəni, rəsmi rəqəmlərdə belə Azərbaycanda işsiz qadınların sayı 55.4 faiz təşkil edir. Kişilərdə isə 46.4 faizdir. Özünüməşğulluq proqramının icrasından indiyə kimi 55 mindən çox qadının işlə təmin olunması statistikası təxminən 7 ilə yaxın davam edən prosesin nəticəsidir. Yəni, bu statistika son 1 ildə əldə olunan uğur kimi təqdim edilə bilməz".
R.Abasbəyli hesab edir ki, bütün hallarda ölkəmizdə qadınların özünüməşğulluq proqramına cəlb olunması faktı mövcuddur. Bu layihə Dünya Bankı tərəfindən maliyyələşdirilir.
"Dünya Bankı bu layihənin maliyyələşdirilməsi üzərində nəzarət mexanizmləri həyata keçirir, müvafiq olaraq avadanlıqlarla təmin olunma, məşğulluğun növbəti mərhələsində iş yerlərinin yaradılması, işsizlik probleminin aradan qaldırılmasına nəzarət həyata keçirir”.

Razi Abasbəyli: Ölkəmizdə qadınların özünüməşğulluq proqramına cəlb olunması faktı mövcuddur
Müsahibimizə görə, lakin bu, hələ o demək deyil ki, məşğulluq proqramına cəlb olunmuş və müvafiq olaraq avadanlıqlarla təmin olunmuş şəxslər iş fəaliyyəti göstərə bilirlər. Yəni, növbəti mərhələ daha çətindir:
“Çünki rəsmi olaraq vergi ödəyicisi kimi qeydiyyata düşmək və müvafiq olaraq icra müqaviləsi tələb olunur. Bu tələblər nəticə etibarilə statistik məlumatları çətinləşdirir".
İqtisadçının fikrincə, bütövlükdə ölkəmizdə qadınların özünüməşğulluq proqramına cəlb olunması yaxşı haldır və təqdirəlayiq layihədir.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 22 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















