Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Regionun nəhəng sənaye platforması

Regionun nəhəng sənaye platforması

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Xəzər İnşaat Həftəsi dünyanın nüfuzlu tikinti şirkətləri arasında yeni əməkdaşlıq körpüləri yaradır

Bakıda regionun inşaat sektorunda aparıcı sənaye platformalarından birinə çevrilən Xəzər İnşaat Həftəsi (Caspian Construction Week) ənənəvi olaraq biznes təmsilçilərini bir araya gətirməklə maraqlı ideya və təşəbbüslərin reallaşmasında da mühüm rol oynayır. 30 illik tarixə malik bu tədbir artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutmaqdadır. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi fonunda Xəzər İnşaat Həftəsi müasir sənaye cəmiyyətlərinin dayanıqlı şəhərlərin inkişafı, müasir memarlıq yanaşmaları, innovativ tikinti texnologiyaları və infrastrukturun modernləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Həftə çərçivəsində “BakuBuild” - 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi, “Rebuild Garabagh” - 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi, “Aquatherm Baku” - 18-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi və “Plastex Caspian” - 5-ci Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi bir məkanda - Bakı Ekspo Mərkəzində təşkil olunur.

31 il əvvəl əsası qoyulmuş ənənə...

31 illik tarixə malik Xəzər İnşaat Həftəsi artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutur. Ötən müddət ərzində 60-dan çox ölkənin 6500-dən çox şirkəti, eləcə də 200 mindən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week” sərgisi inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirməklə tanınmış mütəxəssisləri bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır, innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. Bu il Belarus, Çin, İran, İtaliya, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən olan texnologiya şirkətlərinin sərgidə daha geniş heyətlə təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır. Bu, tikinti, memarlıq, mühəndis sistemləri, su təchizatı, sənaye istehsalı və infrastruktur sahələrində fəaliyyət göstərən şirkətlərlə əlaqələr qurmaq, yeni texnologiyalarla tanış olmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün münbit şərait yaradır.

Tədbirin bu ilki əhəmiyyətini artıran ən mühüm amillərdən biri Xəzər İnşaat Həftəsinə dəstək göstərən qurumlar arasında Prezidentin Şuşa, Xankəndi, Ağdərə, Xocalı, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər şəhər və rayonları üzrə xüsusi nümayəndəliklərinin yer almasıdır.

“Rebuild Karabakh” - Qarabağdakı quruculuğun təqdimatı

6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı (“Rebuild Karabakh”) Sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış tədbir olmaqla yanaşı, bir çox dövlət qurumları və nazirliklər tərəfindən dəstəklənən özəl sektor-dövlət tərəfdaşlığını möhkəmləndirmək üçün cəlbedici və səmərəli biznes platforma rolunu oynayır. Bu sərginin keçirilməsində məqsəd işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqət çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir.

Azərbaycan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Qarabağ və Şərqi Zəngəzur üçün yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub.

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımızın doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir və indiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılıb.

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir. Bu regionda tətbiq edilən qabaqcıl şəhərsalma və mühəndislik həlləri Azərbaycanın digər bölgələri ilə yanaşı, beynəlxalq miqyasda da istifadə oluna biləcək təcrübə yaradır. Bu baxımdan, “Rebuild Garabagh” sərgisi qabaqcıl təcrübənin paylaşılmasına, yeni texnologiyaların təqdimatına və işgüzar tərəfdaşlıqlar qurulmasına geniş imkanlar yaradır.

Qarabağ Dirçəliş Fondunun təşəbbüskarlığı

Qarabağ Dirçəliş Fondu hər il olduğu kimi, bu il də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq layihələri, Fondun fəaliyyəti və vətəndaşlar arasında ianə mədəniyyətinin təşviqi ilə bağlı geniş auditoriyanı məlumatlandırmaq və daha çox insanın bu mühüm missiyada iştirakını təmin etmək məqsədilə “Rebuild Garabagh-2026” sərgisində iştirak edir. Fondun stendini ziyarət edən şəxslərə işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa və quruculuq işləri, eyni zamanda, Fondun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərin bərpasına maliyyə dəstəyinin göstərilməsi ilə bağlı həyata keçirdiyi layihələr və tədbirlər haqqında məlumatlar yer alır. Eləcə də, ziyarətçilər işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi ilə də tanış olmaq imkanı əldə edirlər.

“Qarabağ Hakatonu 2026” adlı panel müzakirələrin təşkili isə azad edilmiş ərazilərdə aparılan quruculuğun praktiki əhəmiyyətini əks etdirir. Bu, Qarabağ həqiqətlərinin müasir dünyaya çatdırılması, bölgədə reinteqrasiya və sənayeləşmənin geniş vüsət alması, yenidənqurmadan dayanıqlı inkişafa doğru irəliləməsi kimi gerçəklikləri təşviq edir. Tədbir xüsusi təşviqat xarakterli rol oynamaqla, xarici iş adamlarının Qarabağın inkişafı və dirçəlişi prosesinə cəlb olunması üçün də stimulverici əhəmiyyət daşıyır.

Ümumilikdə, “Rebuild Garabagh” işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə beynəlxalq şirkətlərin, texnologiyaların və investisiyaların cəlb edilməsinə xüsusi töhfə verəcək.

Beləliklə, Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilər, xüsusilə də “Rebuild Karabakh” qlobal inşaat icması və qitəni təmsil edən nüfuzlu sənaye iştirakçıları arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verəcək. Həftə çərçivəsində təşkil edilən görüş və müzakirələr yeni tikinti və “yaşıl inşaat” innovasiyaları üzrə hədəf prinsiplərinə çatmaqda mühüm platforma rolunu oynayacaq. Eyni zamanda, Qarabağın dirçəldilməsində yeni imkan və potensialları daha da səfərbər edərək quruculuğun yeni səhifəsini yazacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see370

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see326

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see318

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see287

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see286

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see262

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see249

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see242

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see241

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see209

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see184

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri