Icma.az
close
up
RU
Regionun nəhəng sənaye platforması

Regionun nəhəng sənaye platforması

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər İnşaat Həftəsi dünyanın nüfuzlu tikinti şirkətləri arasında yeni əməkdaşlıq körpüləri yaradır

Oktyabrın 14-də Bakıda 30-cu Xəzər İnşaat Həftəsi (“Caspian Construction Week”) işə başlayıb. Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan tədbir bir neçə beynəlxalq sərgini özündə birləşdirir. Belə ki, 30-cu Azərbaycan Beynəlxalq İnşaat Sərgisi - “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi - “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi - “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi - “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi (“Road&Traffic”) Xəzər Həftəsi nəhəng sənaye formatında bir araya gəlir.

30 il əvvəl əsası qoyulmuş ənənə...

30 illik tarixə malik Xəzər İnşaat Həftəsi artıq milli brend kimi beynəlxalq şirkətlərin işgüzar təqvimində özünə layiqli yer tutur. Son 30 ildə 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 mindən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week” sərgisi inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirməklə tanınmış mütəxəssisləri bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır, innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. Hər il regional əhəmiyyətini hər il artıran bu tədbir tikinti sektoruna aid ən qabaqcıl texnologiyalar, yeni inşaat modelləri üzrə təcrübələrin bölüşülməsi, təchizatçılar və tikinti peşəkarlarının yeni işgüzar əlaqələrinin qurulması, potensial tərəfdaşlıqlıq şəbəkəsinin genişləndirilməsi baxımından əlverişli fürsət və imkanlar deməkdir.

Bu ilki sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur. Bu isə tədbirin qlobal əhəmiyyətini daha da möhkəmləndirir.

Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qarabağ Dirçəliş Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Azərbaycan Memarlar İttifaqı və digər təşkilatların dəstək verməsi tədbirin əhəmiyyətini daha da artırır, inşaat sənayesi cəmiyyətində dərin inamı yüksəldir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının ən dinamik və strateji əhəmiyyətə malik sahələrindən biri kimi tikinti sektorunda investisiya maraqlarına və fəallığa töfhə verir.

“Rebuild Karabakh” sərgisi əlamətdar dövrə təsadüf edir

Məlumdur ki, Azərbaycanın qazandığı tarixi Zəfərdən sonra tikinti sənayesinin yeni landşaftı formalaşıb - Qarabağ və Şərqi-Zəngəzurda irimiqyaslı inşaat layihələrinin icrası, şəhərsalma və yol-nəqliyyat infrastrukturunun yaradılması genişmiqyaslı tikinti proqramlarını ərsəyə gətirməkdədir. Bu xüsusda Azərbaycanda təşkil edilən inşaat sərgiləri bu quruculuq sənayesinin təşviqində və xarici şirkətlərin prosesə qoşulmasında mühüm rol oynaycaq.

Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətində də vurğulandığı kimi builki 5-ci “Rebuild Karabakh” sərgisi Azərbaycanın dövlətçilik tarixində əlamətdar bir dövrə - suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Konstitusiyamızın qəbulunun otuz illiyi və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyininin böyük qürur hissi ilə qeyd edildiyi cari ildə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi işləri geniş vüsət almaqdadır. Hazırda “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, “yaşıl enerji” zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

Qarabağ və Şərqi-Zəngəzurda tikinti sərmayələri üçün yeni fürsətlər...

İşğaldan azad edilmiş ərazilərdə dayanmadan fasiləsiz aparılan ilə tikinti-quruculuq işlərində “ağıllı tikinti” modeli də genişlənməkdədir. Bölgədə icra edilən tikinti işlərində ekoloji yönümlü tikintilərə daha çox önəm verilir, ekoloji sağlam tikinti materiallarının istehsalı və bu prosesə bərpa olunan enerjinin inteqrasiyası da daxil olmaqla beynəlxalq təcrübələrdən geniş istifadə olunur.

Bu baxımdan, “Rebuild Karabakh” sərgisi azad edilmiş ərazilərdə ən yeni “ağıllı tikinti” texnologiyalarının, innovasiyaların tətbiqi, bu sahəyə dünyanın iri tikinti-biznes sektorlarının nümayəndələrinin cəlb edilməsi sahəsində yaxşı fürsət hesab edilə bilər. Eyni zamanda, sərgiyə qatılan biznes icmasının azad ərazilərin yenidən qurulmasında potensial investor kimi qoşulması imkanlarının təşviqi, onlar arasında yeni müqavilələrin bağlanması üçün də əlverişli zəmin yaradır. Həmçinin, sərgi sahəsinin satışından əldə olunan gəlirlər azad olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək olmaq məqsədilə, Qarabağ Dirçəliş Fonduna ianə edilir ki, bu amil də “Rebuild Karabakh”ın əhəmiyyətini artırır. Bu baxımdan “Rebuild Karabakh” sərgisi yerli və beynəlxalq iştirakçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Milli irsin təşviqi - “Qarabağ Kuboku”

“Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması istiqamətində vacib platformaya çevrilib. Yubiley ilində əsas tədbirlərdən biri Qarabağ mətbəxinə və milli kulinariya irsinin təbliğinə həsr olunmuş Milli Mətbəx İrsi Çempionatı - “Qarabağ Kuboku” olacaq. Bu layihə Qarabağın zəngin mədəniyyətini beynəlxalq ictimaiyyətə təqdim etməyə imkan yaradacaq. Sərginin sonuncu günü “Qarabağ Kuboku” Fərdi Yarışlarının mükafatlandırma mərasimi keçiriləcək. Beləliklə, “Rebuild Karabakh” sərgisi işgüzar, sosial və mədəni istiqamətləri özündə birləşdirərək Qarabağın gələcək inkişafı üçün təcrübə mübadiləsi və yeni ideyaların formalaşdığı mühüm platforma rolunu oynayacaq.

Bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar tikinti sənayeçiləri arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

Beləliklə, Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilər, xüsusilə də “Rebuild Karabakh” qlobal inşaat icması və qitəni təmsil edən nüfuzlu sənaye iştirakçıları arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verəcək. Həftə çərçivəsində təşkil edilən görüş və müzakirələr yeni tikinti və “yaşıl inşaat” innovasiyaları üzrə hədəf prinsiplərinə çatmaqda mühüm platforma rolunu oynayacaq. Eyni zamanda, Qarabağın dirçəldilməsində yeni imkan və potensialları daha da səfərbər edərək quruculuğun yeni səhifəsini yazacaq.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Oktyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see481

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see432

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see336

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see283

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see274

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see270

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see266

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see258

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see258

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see238

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see223

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see220

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see215

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see214

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see213

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see207

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see205

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see204

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see190

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri