“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 31 yanvar, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə həyata keçirilən “Rəhbərlər üçün Rəqəmsal Akademiya” proqramının növbəti sessiyası Berlində təşkil edilib.
AZƏRTAC İRİA-nın yaydığı məlumata istinadla xəbər verir ki, 13 dövlət qurumundan rəhbər şəxslər Almaniya və Danimarkanın hökumət sektorlarında rəqəmsal transformasiya təcrübəsi ilə tanış olub, aparıcı ekspertlərlə fikir mübadiləsi aparıblar.
Təlim çərçivəsində “Hertie School”un Rəqəmsal İdarəetmə Mərkəzinin rəhbəri Gerhard Hammerşmit Almaniyanın rəqəmsallaşma strategiyalarını təqdim edib. Həmçinin Danimarkanın rəqəmsal idarəçilik modeli və Almaniyanın rəqəmsal siyasəti müzakirə olunub.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Almaniya Rəqəmsal və Nəqliyyat Federal Nazirliyində rəqəmsal transformasiya həlləri ilə tanış olub. Həmçinin Almaniya Federal Kanslerlik nümayəndələri ilə rəqəmsal siyasət üzrə görüşlər keçirilib.
Agentlik nümayəndələri Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi qəbulda ölkəmizin səfiri Nəsimi Ağayevlə rəqəmsallaşmanın önəmi və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 31 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















