Icma.az
close
up
RU
“AZƏRBAYCANDAKI RUSLAR BİZƏ DƏSTƏK VERMƏDİ” Primakov Kremlin çirkin planını etiraf edir

“AZƏRBAYCANDAKI RUSLAR BİZƏ DƏSTƏK VERMƏDİ” Primakov Kremlin çirkin planını etiraf edir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Bakıdakı artıq bağlanmış “Rus evi”-nin tabe olduğu “Rossotrudniçestvo”-nun başçısı Yevgeni Primakov Azərbaycandakı ruslardan narazılıq edib.

“AzPolitika” xəbər verir ki, “RBK”-ya müsahibə verən Primakovun dediyinə görə, “Rusiya ilə Zaqafqaziya respublikası(Azərbaycan-red.) arasında münasibətlərin kəskinləşməsi zamanı Azərbaycanın rus icması öz ana vətənlərinə simpatiya göstərmədi”.

Yəni, Azərbaycan vətəndaşı olan və Azərbaycanda yaşayan digər ruslar Rusiyanın gözlədiyi kimi, Moskvaya dəstək vermədilər.

Primakov gileylənib ki, Azərbaycandakı rus icmasının nümayəndələri bir neçə bəyanatla çıxış ediblər, lakin həminn bəyanatlarında Rusiya Federasiyasını deyil, əksinə, öz dövlətləri olan Azərbaycanı dəstəkləyiblər: "Bu mövqe başa düşüləndir, çünki onların pasportu Azərbaycan pasportudur. Buna baxmayaraq, biz istərdik ki, soydaşlarımız öz ana vətənlərinə daha parlaq şəkildə simpatiya nümayiş etdirsinlər”.

O əlavə edib ki, Rusiya rusların yaşadıqları ölkələrə “başa düşülən” sədaqətilə yanaşı, guya Rusiya Federasiyasına da yaxşı münasibətinə layiqdir.

Göründüyü kimi, açıq təxribat xarakterli bu fikirlər Azərbaycandakı ruslardan Moskvaya dəstək tələbinə köklənib. Yəni, Primakov Kremlin dili ilə deyir ki, Azərbaycandakı ruslar son zamanlar Rusiyanın Azərbaycana qarşı törətdiyi təxribatlara dəstək verməli, Kreml də bundan istifadə edərək, Bakıya təzyiq göstərməli idi. Lakin bu çirkin plan baş tutmayıb və əksinə, Azərbaycandakı rus icması vətəndaşı olduqları və əsl vətənlərinə çevrilmiş Azərbaycanı dəstəkləyib.


Primakovun Azərbaycandakı ruslardan gileylənməsi həm də onun başçılıq etdiyi “Rus evi”-nin məhz ölkəmizə qarşı təxribatlara, Azərbaycandakı rusdilli insanların Moskvanın siyasi təsiri altına salınmasına xidmət etdiyinə aşkar sübutdur. Azərbaycandakı ruslardan Moskvaya “simpatiya”, Azərbaycana qarşı isə xəyanət gözləyən Primakov yəqin ki, olmayan beyni ilə başa düşmür ki, Rusiyadan fərqli olaraq, Azərbaycanda kiməsə milliyətindən, dərisinin rəngindən asılı olmayaraq, təzyiq göstərilmir. Burada rusların sadəcə rus olduqları üçün evlərinə, ailələrinə gecə saatlarında vəhşi basqınlar edilmir, onlar ailələrinin gözü qarşısında təhqir olunmurlar, qətl edilmirlər. Onlara “ne russki” kimi “qeyri-azərbaycanlı” damğası vurulmur, televiziyalarda onlara qarşı çirkin kampaniya aparılmır, ölkədən qovulmaları tələb olunmur və sair. Əksinə, onlar bütün bunların əvəzinə böyük diqqət görürlər. Onların övladları Azərbaycandakı rus məktəblərində tədris alırlar, ali məktəblərdə rus sektorunda oxuyurlar və sair. Azərbaycan Rusiyadan fərqli olaraq, kiməsə qarşı işğalçılıq müharibəsi aparmır və Azərbaycandakı rusları da küçələrdən yığıb haqsız müharibəyə - “ət maşınına” göndərmir. Əksinə, 44 günlük müharibədə xeyli sayda milliyətcə rus olan vətəndaşlarımız könüllü kimi orduya qoşuldular.

Odur ki, ruslar da daxil omaqla, Azərbaycanda bərabər hüquqlara malik olan bütün millətlərin Azərbaycana sədaqəti tamamilə başadüşüləndir. Başından böyük qələt edib Azərbaycandakı rusları təxribata çəkməyə çalışan Primakovun və onun Kremldəki sahiblərinin bu çirkin arzuları isə nifrət dolu ürəklərində qalacaq.

C.Məmmədli

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyul 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri