Rəhman Çişti: İtkin düşmüş şəxslərlə bağlı informasiyanın çatdırılmaması sanksiya yaradacaq haldır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC
Azərbaycan növbəti dəfə önəmli mövzuda keçirilən konfransa ev sahibliyi edir. Prezident İlham Əliyevə təşəkkür edirəm. Prezident İlham Əliyev beynəlxalq miqyasda öndərdir. 2023-cü və 2024-cü illərdə də Azərbaycan bu mövzuda beynəlxalq tədbir keçirib. Bugünkü konfransla Azərbaycan bir daha liderliyini göstərdi.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Krallıq Parlamenti Birləşmiş Krallığın Xarici İşlər Ofisində sabiq nazir Rəhman Çişti İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Dünyadakı münaqişələrə baxdıqda görürük ki, itkin düşmüş şəxslərlə bağlı rəqəmlər artır. İtkin düşmüş şəxslərin axtarılması üçün birlikdə addımlar atılmalıdır. Burada müştərək fəaliyyət qurulmalıdır. Onların axtarışı barışığın qurulması baxımından da önəmlidir. Bu proses müxtəlif qurumlar arasında dialoqdur. İtkin düşmüş şəxslərlə bağlı informasiyanın çatdırılmaması da beynəlxalq hüququn pozulmasıdır və sanksiya yaradacaq haldır", - deyə Rəhman Çisti bildirib.


