Icma.az
close
up
RU
“Rejissor dedi ki, belə qız ola bilməz, gözləri oynayır” FOTOLAR

“Rejissor dedi ki, belə qız ola bilməz, gözləri oynayır” FOTOLAR

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Milli Teatrımızda ilk əvvəllər qadının səhnəyə çıxması, onun filmlərdə çəkilməsi müşkül məsələyə çevrilmişdi. Məhz bu səbəbə görə də teatrımızda və kinoda qadın obrazlarını kişilər ifa edirdi. “Leyli və Məcnun” tamaşasında Leyli obrazını aktyor Əhməd Ağdamksi ifa edib. Amma teatrlarımızda kişi obrazlarını qadınların ifa etməsi faktına da rast gəlirik. Bəs görəsən bu hansı zərurətdən yaranıb?

Tanınmış aktrisa Məsumə Babayeva Moderator.az-a açıqlamasında teatr səhnəsinə məhz travesti obrazlarla gəldiyini deyir.


“Boyum balaca idi. Özüm də arıq idim. 40 kilo olardım ya yox? Travesti kimi məni işə götürdülər ki, oğlan-qız rolları, uşaq rolları oynayım. Mənim ilk rolum Ulduz Əliyevanın quruluşunda “Aycan” tamaşasında oldu. Dəcəl, vurub-yıxan bir oğlanı oynayırdım. Belə bir obraz idi. Rejissor Tariyel Vəliyev məni studiyada parikdə, oğlan geyimində görəndə demişdi ki, “belə qız ola bilməz, onun gözləri oynayır”. Rola o qədər aludə olmuşdum ki, rejissoru inandıra bilmişdim. Biz o vaxt belə əziyyətlər çəkmişik. Sinəmiz çəkilib bağlanırdı, saçımızı yumurlayıb papağın içinə qoyurduq. Oğlan obrazları oynamaq qadın aktrisadan cəldlik, çeviklik tələb edir” deyə aktrisa bildirib.


Məsumə Babayeva deyir ki, bu tip rolların ömrü çox az olur:


“Mən 40-45 yaşıma qədər travesti rollarında çıxış etmişəm. Almaz Mustafayeva ilə mən “Nəsrəddin” tamaşasında Əliş və Vəliş oğlan rollarını oynamışıq. Onunla çox tərəf müqabili olmuşuq. Almazla mən uzun müddət travesti, uşaq rollarında oynadıq, sonra qız, daha sonra isə qadın rollarına keçdik. Təsəvvür edin ki, Gənc Tamaşaçılar teatrında repertuar travestilərin çiynində idi. İncəsənət həqiqətən də qurban tələb edirdi. Bir qadın kimi bu tamaşalarda manikür edib, gözəl görünə bilməzdik. Hər şeydən məhrum idik. Teatrda bizdən başqa qadın rollarını xalq artistləri Əminə Yusifqızı və Solmaz Qurbanova da oynayıb” deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri