Icma.az
close
up
RU
Rejissor: “Ssenarini artıq süni intellekt yazır”

Rejissor: “Ssenarini artıq süni intellekt yazır”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə texnologiya və yaradıcılıq sahələrinin kəsişməsində yeni bir dövr başlayıb. Süni intellekt (Aİ) artıq musiqi kliplərinin və filmlərin hazırlanmasında da aktiv şəkildə tətbiq olunur. Əvvəllər yalnız real çəkilişlərlə ortaya çıxan səhnələr, bu gün bir neçə kliklə vizual dünyaya çevrilə bilir.

Məşhur musiqiçilər və kino sənayesi nümayəndələri süni intellekt vasitəsilə özlərini fərqli rollarda, məkanlarda əks etdirə, hətta real həyatda cəsarət etməyəcəkləri obrazlarda təqdim edə bilirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən kinorejissor Elvin Rüstəmzadə bu texnologiyanın kino sənayesinə təsirindən danışıb: pizza

“Süni intellekt insan tərəfindən yaradılan və idarə olunan bir proqramdır. Onun arxasında ruhu, canı və düşüncəsi olan insan dayanır. Biz onu necə yönləndiririksə, o da bizim işimizi o şəkildə idarə edir”.

Rejissor bildirib ki, kino sahəsində, xüsusilə post-prodakşn mərhələsində süni intellekt böyük rol oynayır:

“Rəng düzəlişi, qrafik işlər və dizayn mərhələsində süni intellekt bizə ciddi şəkildə kömək edir. Ona görə də ondan narahat olmaq əvəzinə, düzgün istifadəni öyrənmək daha vacibdir. Həm də bu sahədə onu idarə edə bilən peşəkar insanlar yetişdirilməlidir”.

Elvin Rüstəmzadə qeyd edib ki, bu ayın sonunda başlayacaq yeni serial layihəsində də bəzi səhnələrdə süni intellektdən istifadə ediləcək.

Bununla belə, rejissor texnologiyanın hələ insan duyğularını tam ötürmək qabiliyyətinə sahib olmadığını vurğulayıb:

“Kino 24 kadrdan ibarətdir. Süni intellektdə isə hərəkət ardıcıllığında qırılmalar baş verir və bu dərhal hiss olunur. Belə kadrların süni yolla hazırlandığı bilinir. Amma bu texnologiya da inkişaf etdirilə bilər. Gələcəkdə onunla yüksək səviyyəli animasiya filmləri yaratmaq mümkündür”.

Ssenari yazımı ilə bağlı təcrübələrini bölüşən rejissor qeyd edib ki, süni intellekt bu sahədə hələlik yaradıcı insanın yerini tuta bilmir:

“Ssenari birbaşa insan təxəyyülünün məhsuludur. Onu tam olaraq Aİ-yə yazdırmaq mümkün deyil. Amma redaktə və texniki dəqiqləşdirmələrdə süni intellekt faydalı ola bilər. Yəni yazılmış mətni ona ötürsək, bu zaman müəyyən işimizi asanlaşdıra bilər”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri