Icma.az
close
up
RU
Reklam bazarında haqsız rəqabət Cəza tədbirləri işə yarayır?

Reklam bazarında haqsız rəqabət Cəza tədbirləri işə yarayır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Azərbaycanda reklam bazarı son illər sürətlə genişlənməsinə baxmayaraq, qanun pozuntuları hələ də aktualdır. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, ötən il reklam qanunvericiliyinin pozulması ilə bağlı 20 inzibati protokol tərtib edilib. Pozuntular daha çox haqsız və qeyri-dəqiq reklamlar, eləcə də qadağan olunmuş məhsulların təşviqi ilə bağlıdır.

Qaynarinfo xəbər verir ki, bəzi sahibkarlar satışını artırmaq reklam bazarında çox vaxt istehlakçını yanıldan, onda fərqli fikirlər formalaşmasına səbəb olan reklam formaları seçirlər. Məsələn, təcrübə göstərir ki, "ən yaxşı”, "ən ucuz”, "tam zəmanətlidir” kimi ifadələr çox vaxt doğru olmur. Bu reklamlar qısa müddətdə satış gətirsə də, uzun müddətdə istehlakçı etimadını azaldır, sahibkarın müştəri inamının itirilməsinə, maddi ziyana səbəb olur, bazarda isə sağlam rəqabəti pozur.

Bundan başqa, hazırda bazarda qadağan olunmuş məhsulların reklamı da ciddi problemlər yaradır. Xüsusilə reseptsiz satılan dərmanlar, estetik və tibbi xidmətlər, alkoqol və tütün məhsulları, həmçinin onlayn mərc və qumar oyunları riskli kateqoriyalar hesab olunur. Sosial şəbəkələrdə nəzarətin çətinliyi bu cür pozuntuların artmasına şərait yaradır.

Rəqəmsal platformalarda ödənişli paylaşımların açıq şəkildə reklam kimi göstərilməməsi isə istehlakçı hüquqlarının pozulmasına yol açır. Ekspertlər bildirir ki, məsuliyyət mexanizmi hələ tam oturuşmayıb. Belə ki, istifadəçi və izləyicilərə məlum olmur ki, həmin reklamın subyekti paylaşımı edən şəxs, yoxsa sifarişçi olur. 

Azərbaycanda "Reklam haqqında" qanunvericiliyə edilən dəyişikliklərə əsasən, sosial şəbəkələrdə ("Facebook", "Instagram", "TikTok" və s.) və internet resurslarında ödənişli reklam yerləşdirərkən mütləq şəkildə "Reklam", "Reklam xarakterli" və ya "Sponsored" (ödənişli reklam) qeydləri olunmalıdır. Bu tələb istehlakçıları reklamın təbiəti barədə məlumatlandırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır.  

Qanunvericiliyə edilən dəyişikliyin məqsədi isə stifadəçiləri yanlış yönləndirməmək və reklamın xüsusi maliyyələşdirildiyini göstərməkdir. 

Doğrudur, bu pozuntulara görə cərimlər tətbiq edilsə də, bəzən öz faydasını vermir. Çünki kiçik sahibkarlar üçün cərimələr çəkindirici olsa da, böyük şirkətlər üçün bu cərimələr bəzən problem yaratmır, buna görə də qayda pozuntuları təkrar edilə bilər.

Ekspertlər isə reklam bazarında baş verən neqativ halların qarşsını almaq üçün maarifləndirici tədbirlərin artırılmasını, reklam sahəsində işləyənlər üçün hüquqi təlimlərin keçirilməsini və təkrar pozuntular edən sahibkarlar və biznes subyektləri üçün sanksiyaların sərtləşdirilməsini təklif edir. Onlar qeyd edir ki, şəffaf reklam bazarı həm sahibkarlığın inkişafına, həm də istehlakçı hüquqlarının qorunmasına birbaşa təsir edir. 

Günay İlqarqızı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Fevral 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see349

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see293

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see292

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see279

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see270

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see267

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see256

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see255

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see245

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see235

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see233

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see229

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see228

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see228

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see226

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see210

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see203

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see200

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see192

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri