Icma.az
close
up
RU
Doğrudanmı, Rusiya ilə barışdıq?

Doğrudanmı, Rusiya ilə barışdıq?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Aleksandr Kurenkovun Bakıya gəlişi sanki gözlənilməz oldu. Hərçənd bu səfərin formal məqsədi məlumdur: nazir Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatı İcraiyyə Şurasının 58-ci sessiyasında iştirak etmək üçün gəlib. Təkcə iştirak da deyil, sessiyaya sədrlik də edib.

Daha əvvəl yerli və xarici mediada nazir Kurenkovun Bakıya səfərini məlum hadisələrə bağlayan yazılar peyda oldu. Etibarlı mənbələrə istinadla belə informasiyalar yataldı: Rusiya prezidenti Vladimir Putinin adyutantı olmuş, indiki fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya ilə Azərbaycan arasında münasibətlərdəki gərginliyi aradan qaldırmaq üçün danışıqlara gəlib.

Aleksandr Kurenkovun Azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla ikitərəfli görüşü də bu rakursdan gen-bol şərh olunur. Burda, əlbəttə, təəccüblü bir şey də yoxdur. Ancaq müxalifətə bağlı medianın və bəzi müxalif siyasətçilərin verdiyi şərhlər, yumşaq desək, qəribədir. Həmin müxalif siyasətçilərdən biri hələ Kurenkovun səfərindən əvvəl "proqnoz" vermişdi ki, Rusiya ilə Azərbaycan, hər iki ölkənin prezidenti barışacaq. Odur ki, Rusiyalı nazirin Azərbaycana səfəri baş tutan kimi məlum müxalif düşərgənin mediası belə bir başlıq atdı: "... Barışdılar".

Bununla bağlı bir-iki cümlə yazmaq istərdik.

Əvvəla, bir nazirin Azərbaycana gəlişi hələ Azərbaycanla Rusiya arasında gərginliyin aradan qaldırılması demək deyil. "Barışdılar" demək yerinə, "danışdılar" demək, yazmaq ən doğrusu olardı. Azərbaycan Ermənistanla da danışır, Amerika İranla danışır, İsrail zaman-zaman Fələstinlə danışıqlar aparıb. Çox uzağa getməyək: Ukrayna belə Rusiya ilə danışıqlardan qaçmır. Göründüyü kimi, ən sərt konfrontasiya situasiyasında belə diplomatik kanallar həmişə açıq saxlanılır. Azərbaycanla Rusuya isə sadaladığım nümunələrdən fərqli olaraq, əslində o dərəcədə açıq hərbi və sair formada qarşıdurma vəziyyətində deyillər. Hər iki tərəf, xüsusilə, Rusiya tərəfi iki ölkə arasında müttəfiqlik birgə fəaliyyətinin davamını arzulayır.

Bəli, barışığa iradə, bildiyimiz qədər var. Ancaq ilk addım və həlledici addımlar Rusiya tərəfdən atılmalıdır. Çünki münasibətləri gərginləşdirən Rusiya tərəfidir. Yekaterinburqda iki nəfər Azərbaycanlının ölümü ilə kulminasiyaya çatan hadisələrin səbəbkarı Rusiyadır. Cinayət harda baş verib? Rusiyada. Kim törədib bu əməlləri? İki Azərbaycanlını kim öldürüb? Rusiya hüquq-mühafizə orqanları. Onlara bu əmri kim verib? Şübhəsiz, Rusiya hökuməti. Zərərçəkın kimdir? Azərbaycan xalqı, Azərbaycan dövləti. Deməli, barışıq o zaman ola bilərdi ki, Rusiya Azərbaycan dövlətinin haqlı tələblərini yerinə yetirsin. Təkcə Yekaterinburq hadisəsi ilə bağlı yox, AZAL-ın Rusiya səmasıbda vurulan təyyarəsi ilə - mülki təyyarə ilə bağlı tələblər də öz həllini tapmlıdır ki, Azərbaycan bununla bağlı öz qərarlarını versin. Hələ ki bu tələblər icrasız qalıb. Hansı barışıqdan danışmaq olar?!

İkincisi, müxalifət nə təklif edir? Əlimizə silah alıb Rusiya ilə vuruşasıyıq?! Əlbəttə, hər cür gərgin münasibətlər bir gün, bir formada yumşala bilər. Aradan qalxa bilər. Azərbaycan hökumətinə: "Təcili Ermınistanla sülh sazişi bağlamaq lazlmdır" deyənlər, az qala Rusiya ilə vuruşmaq təklif edir. Nə var ki, Rusiyada hansısa bir ekspert: "Azərbaycanda müxalifət var, bu, İlham Əliyevi ayıldar" deyib. Yəni guya Rusiya Azərbaycanda müxalifətlə kontakt qurub, İlham Əliyevi devirəcəkmiş! Bəzi müxalif dairələr də bundan sevincək olub, tez təzə pencəklərini geyiblər və Rusiyanın Azərbaycanda təşkil edəcəyini umduqları çevrilişdən öz paylarını almaq istəyiblər.

Azərbaycanın Rusiyadan müəyyən məsafəyə çəkilməsi var və bu davam edə, arta da bilər. Ancaq bu, Azərbaycanın Rusiya ilə daha da açıq və kəskin konfrontasiyaya gedəcəyi anlamına da gəlmir. Azərbaycanla Rusiya tarixi qonşu, müttəfiqlik münasibətlərinə dair çoxsaylı mühüm sənədlər imzalamış, öz üzərlərinə xeyli öhdəliklər götürmüş ölkələrdir. İndi, bəli, Rusiya öz üzərinə götürdüyü öhdəliyi pozub. Bunu düzəltmək üçün danışmaq lazımdır, yoxsa vuruşmaq?! Məncə, sualın cavabı burdadır.

Söhbət hələ ki barışmaqdan getmir (hərçənd niyə yox?! Azərbaycanın tələblərinə əməl olunsa, niyə də olmasın?!). Söhbət hələ ki danışmaqdan gedir. Danışmağın nəyi pisdir?!

Bəli, Rusiya ilə biz ilk dəfə anladığı dildə danışdıq; öldürülən soydaşlarımızın faciəsinə, hücuma məruz qalan soydaşlarımızın taleyinə buganə olmadı dövlətimiz. Rusiyaya anlatdı ki, Azərbaycanla təhdid, zor, şantaj dili ilə danışa bilməz. Ancaq bundan sonra da Azərbaycan Rusiyadan Moskvanın öz günahı ucbatından uzaqlaşsa belə, yenə yaxın qonşu dövlət olaraq Rusiya ilə əlaqələri tamam dayandırmatacaq və dayandırmalı da deyil. O üzdən, bəzilərinin: "Azərbaycana nə qədər pis olsa, bizə o qədər yaxşıdır" "prinsip"indən çıxış etməsi, ən azı qəribədir. Həmin o "bəziləri" Avropaya inteqrasiya" şüarını yenidən gündəmə gətiriblər. Ancaq bu, Rusiyadan "U" dönüşü formasında ola bilməz. Belə kəskin dönüşdə sülh "qatarı" çox aşmış olacaq...

Seyid Əhmədli,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 İyul 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri