Icma.az
close
up
RU
Doğrudanmı, sülh sazişi gecikib?

Doğrudanmı, sülh sazişi gecikib?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yorulmurlar, usanmırlar, bezmirlər. Eyni yanlışları nə qədər təkrarlamaq olar?!Bəzi siyasətçiləri heç anlamaq olmur; otuz ildən çox siyasi "staj"a rəğmən hələ də siyasi diletantlıqdan çıxa bilmirlər. Bəlkə "diletantlıq" deçəyək, bəlkə də, sadəcə, reallığı olduğu kimi görməyə qərəz imkan vermir. Ancaq hətta belədirsə, bu qədəri çox deyilmi?!

Belə siyasətçilərdən biri mənə irad tutur. Deyir: "Vaşinqtonda imzalanmış sənədləri barı Siz təqdir etməyin, orada ciddi bir şey baş verməyib"...

Soruşuram:

- Nə baş verməsini gözləyirdiniz?

- Sülh müqaviləsini. Sülh sazişi dərhal imzalanmalı idi, Azərbaycan hökuməti qəsdən gecikdirir.

Adam müxalif olanda nə olar ki?! Hakimiyyətin opponenti olmaq obyektiv olmağı qadağan edir ki?! Yox.

Bu insanın daşlaşmış yanaşması var, fikirlər doqmatikdir. Tanış klişelər, stereotiplər, önyarğılar...

Bir anlıq düşünürəm, bəlkə heç mübahisə etməyim; onsuz da fikrini dəyişməkdən keçib artıq. Bu, mümkün deyil. Belə düşünə-düşünə, həm də qəribə bir inadın içində hiss edirəm özümü. Yəqin öz şansımı yoxlayıram: bəlkə bu insanı öz siyasi doqmalarından xilas edərəm.

Yox, elə danışır, elə bil sülh bağlamaq bazardan meyvə almaq kimi bir şeydir.

Bu cür yanaşmaya nə deyəsən?!

Birincisi, deyir, sülh gecikib, gərək çoxdan imzalanaydı. Əlavə edir ki, heç olmasa, "gec də olsa, Vaşinqtonda imzalanalı idi", sadəcə, Azərbaycan paraflanma ilə kifayətləndi. İkincisi, deyir, paraflanmış sülh sazişinin mətnində də Azərbaycan çox güzəştə gedib.

Üçüncüsü, deyir, Azərbaycanın əsas şərti - Ermənistan Konstitusiyasına dəyişiklik tələbi yerinə yetirilməmiş qaldı.

Həmsöhbətimə də bacardığım qədər izah etdim, oxucular üçün də yazıram.

Əvvəla, istənilən sülhü gecikmiş saymaq olar. Hətta o, müharibənin bitməsindən 5 il yox, lap 5 gün sonra imzaçansa belə. Ancaq dəfələrlə dediyim kimi, mürəkkəb məsələlərin sadə həlli olmur. Əlbəttə, mürəkkəb situasiyalara sadə izah vermək olar; problemə bəsit yanaşıb kütləyə oynamaq da olar. Ancaq çox çətin işlərin çox asanlıqla görüldüyünü kim görüb ki?! Heç kim. Mənimlə polemika edən şəxs də, başqaları da - hər kəs Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin preambula hissəsindəki bir cümləyə fikir versələr, mənim nə demək istədiyimi anlayacaqlar. Həmin cümlə belədir: "Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq..."

İki ölkə arasında sülhün üç əsas meyarı sadalanıb: bu , ədalətli sülh olmalıdır - tərəflərdən heç birinin milli maraq və mənafelərinə zərər verməməlidir, hərtərəfli olmalıdır - bütün mübahisəli məsələləri və münasibətlərin gələcək perspektivlərini əhatə etməli, bütün ziddiyyətləri aradan qaldırmalıdır və davamlı sülh olmalıdır, yəni bu saziş dayanıqlı, möhkəm sülhü təmin etməlidir. Mənim də dediyim kimi: "Bizə bir dəfəlik yox, birdəfəlik sülh gərəkdir".

Bu meyarları təmin etmək üçün isə sülh sazişi müxtəlif mərhələlərdən keçir, cilalanır, cəmiyyətlərdə qəbul edilir, daxili siyasi və geosiyasi risk faktorlarından sığortalanır və sair. Vaşinqtona qədər tərəflər mətni hazırlanmış və bənd-bənd qarşılıqlı razılaşdırılmış sülh sazişinə nail olmuşdular. Əldə bu var idi. İndi artıq hər iki dövlətin əlində ABŞ-ın təminatı altında üçtərəfli bəyannamə ilə təsdiqlənmiş və tərəflərin xarici işlər nazirlərinin imzaları ilə paraflanmış saziş var. Burdan artıq geri dönüş mümkünsüzdür, yaxud, demək olar, mümkünsüzdür. Bundan sonra isə daha iki mərhələ qalır: sazişi tərəflərin ən yüksək səviyyədə imzalaması və hər iki ölkənin parlamentlərində ratifikasiya olunması. Bundan sonra saziş qüvvəyə minəcək.

Yəni ən elenentar bir səbəbdən belə - formal prosedur gərəyi sənədlərin imzalanması gecikə bilir. Bu, məsələnin bir tərəfidir. Başqa bir tərəfdən baxsaq, mətn üzərində iş Azərbaycan tərəfində ləngiməyib, əksinə Azərbaycan hökuməti öz təkliflərinə qarşı tərəfdən cavabın tezləşdirilməsində israr edirdi. Buna görə də sülhü gecikdirməkdə Azərbaycanı günahlandırmağın özü günah sayıla bilər. Azərbaycan sülhün gecikməsində necə maraqlı olub ki, müharibə bitən kimi dərhal sülhün əsas prinsiplərini, ardınca da qısa müddətdə sazişin müzakirə üçün mətnini hazırlayıb özü qarşı tərəfə göndərib. Bilirsiniz, Tanqo rəqsində iki tərəf var; bir tərəfin rəqsi ilə Tanqo olası deyil. Sülh sazişi iki tərəfin də qəbul etdiyi vəziyyətdir. Azərbaycan sülh gecikməsin deyə, təkbaşına öz-özü ilə saziş bağlamalı idi ki?! Bu, necə absurd bir düşüncədir?! Niyə tənqidçilər bu nüansı nəzərdən qaçırır ki, Azərbaycan və Ermınistan saziş üzərində iş getdiyi müddətdə xırda insidentlər xaric faktik sülhə nail olmuşlar. Qarşılıqlı sərhədlərdə atışma yoxdur. Hətta sərhədlərin delimitasiyası və kiçik bir hissədə də olsa, demarkasiyası başlanıb.

Bir sözlə, Azərbaycan sülh prosesini gecikdirən yox, əksinə tələsdurən tərəfdir. Buna görə Azərbaycanı ittiham etmək yersiz və əsassızdır.

Yeri gəlnişkən, bu il sentyabrın 2-də İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi tamam olacaq. Bu 80 ildə nə Sovet İttifaqı, nə də onun hüquqi varisi olan Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi imzalanıb. 1945-ci ildən bəri Yaponiyada onlarla hökumət kabineti qurulub, dəyişib, ancaq heç bir yapon müxalifətçisi Rusiyanın (SSRİ-nin) imzalamaqdan yayındığı müqaviləyə görə öz ölkəsinin baş nazirini sülhü gecikdirməkdə ittiham etməyib. Bu, deyəsən, ancaq Azərbsycanda görünmüş bir hadisədir. Yaponiyanın 80 ildir sülh sazişinin mətnini Rusiya ilə razılaşdıra bilmədiyi bir dünyada Azərbaycan beş ildən də tez bir müddətdə Ermənistanla saziçi parafladı. Həm də ABŞ kimi superfücün qarantiyası ilə. İndi özünüz deyin: bu, uğurdur, ya uğursuzluq?!

İkinci iddiaya gələk. Siyasi fəal və onun təmsil etdiyi, üzvü olduğu düşərgə, siyasi cinah sazişin mətnini bəlkə də diqqətlə oxumadan deyir ki, rəsmi Bakı çox güzəştə gedib, sazişdə Azərbaycanın xeyrinə heç bir şey yoxdur. Bu iddiaya cavab olaraq, sazişin mətninə baxaq:

Maddə I

Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

Maddə II

Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər; Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.

Maddə III

Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər. Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.

Maddə IV

Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.

Maddə V

Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.

Maddə VI

Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.

Maddə VII

Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər....

Maddə VIII

Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər...

Maddə XII

Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər...

Maddə XVII

Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılmışdır, bütün üç mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.

Sazişin əsas maddələrini sadaladıq və göründüyü kimi, burada Azərbaycanın əleyhinə olan heç bir müddəa yoxdur. Azərbaycan nəyi istəyibsə, bu, sazişdə əksini tapıb.

Üçüncü iddiaya diqqət edək: Konstitusiyaya dəyişiklik məsələsi.

Sazişin mətnində də yazıldığı kimi, tərəflər bu sazişi yerinə yetirməmək üçün daxili qanunvericiliyə istinad edilməyəcəyinə razılaşıblar. Bu saziş imzalandıqdan, Konstitusiya qanunu ilə ratifikasiya olunduqdan və ya referendumla təsdiqləndikdən sonra Ermənistan öz Konstitusiyasındakı məlum ərazi iddiasını ləğv etməyə, yəni Konstitusiyaya Azərbaycanın tələb etdiyi dəyişikliyi həyata keçirməyə məcbur olacaq. Çünki hər iki sənəd bir-birinə zidd qala bilməz. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfinə gəldikdə, Ermənistan tərəfi artıq yeni Konstitusiya layihəsi hazırlayır və yeni Əsas Qanunun məhz, obrazlı desək, sülh Konstitusiyası olacağı şəksizdir. Çünki Ermənistanın qüvvədə olan Konstitusiyası qonşulara qarşı müharibə Konstitusiyasıdır - Ermənistan onu Moskvanın maralarına tabe edən "rus Konstitusiyası" faktorundan qurtulmaq zorundadır. Bu, onun normal dövlət kimi müstəqil hərəkət etməsinə maneədir. Odur ki, Konstitusiyanı dəyişmək və oradan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmaq təkcə Azərbaycana deyil, həm də və ən çox elə Ermənistanın özünə lazımdır. Ermənistanı Rusiyanın vassallığına sürükləyən rusməramlı Konstitusiya ilə Avropaya necə inteqrasiya etmək olar?! Heç cür alınmaz. Bunu Ermənistanda da aydın dərk edirlər. Odur ki, sülhə Konstitusion maneə də aradan qalxacaq; geci, tezi var. Azərbaycan Vaşinqtonda üçtərəfli bəyannamə ilə buna ABŞ-dan qarantiya almış sayılır.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri