Rektor Çində yüksək nəticə göstərən AzTU tələbələri ilə görüşüb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Çinin Quançjou şəhərində keçirilən XII Beynəlxalq İxtiralar Sərgisində (The 12th International Exhibition of Inventions (IEI 2026) Azərbaycanı uğurla təmsil edən tələbələrlə görüşüb.
Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib.
Tələbələri təbrik edən rektor onların yarışla bağlı təəssüratlarını öyrənib. Bildirib ki, 29 ölkə nümayəndəsinin iştirak etdiyi, 3700-dən çox yerli və beynəlxalq ixtira və innovasiya layihəsinin təqdim olunduğu sərgidə AzTU tələbələrinin iki qızıl və bir gümüş medal qazanması qürurverici hadisədir. Rektor vurğulayıb ki, bu nəticə Azərbaycan gənclərinin elmi və texnoloji potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından mühüm göstəricidir.
IEI 2026-da uğur qazanan AzTU tələbələri – magistratura səviyyəsində təhsil alan Səfərəli Səfərli, Telman Məmmədov və Zaman Səfərov, həmçinin bakalavriat səviyyəsində kompüter mühəndisliyi ixtisasında təhsil alan Mirvaqif İbrahimzadə onlara göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Tələbələr qeyd ediblər ki, beynəlxalq sərgidə təqdim etdikləri üç innovativ layihənin hər birinin münsiflər heyəti tərəfindən medala layiq görülməsi onlar üçün sevinc və motivasiya mənbəyidir.
Görüş zamanı növbəti intellektual yarışlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















