Icma.az
close
up
RU
Relslər üzərində yeni ümid: Bakının “nəqliyyat dərdi”nə dərman olacaq?

Relslər üzərində yeni ümid: Bakının “nəqliyyat dərdi”nə dərman olacaq?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən həftə rəsmi şəkildə açıqlanıb ki, Bakının şimal istiqamətində yerləşən qəsəbələri şəhər mərkəzi ilə birləşdirəcək “Mehdiabad – 28 May” tramvay xəttinin çəkilməsi planlaşdırılır. Dövlət Proqramında prioritet kimi yer alan bu layihə təkcə yeni nəqliyyat xəttinin yaradılması deyil, paytaxtda ictimai nəqliyyatın rolunun gücləndirilməsi və avtomobil asılılığının azaldılması məqsədi daşıyır. Xətt metro və dəmiryolu ilə inteqrasiya ediləcək, gündəlik minlərlə avtomobil səfərinin azalmasına səbəb olacaq. Bəs tramvay xətlərinin tətbiqi Bakıya nə vəd edir və bu layihə nəqliyyatdakı mövcud problemlərin həllinə hansı töhfəni verə bilər?

“Şəhərin istənilən istiqamətinə rahatlıqla gedə biləcəklər”

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, tramvay xəttinin çəkilməsi artıq planlaşdırılıb. Xətt Abşeron yarımadasının şimal hissəsindən başlayaraq Mehdiabad, Məmmədli və Binəqədidən keçməklə “28 May” stansiyasınadək uzanacaq: “Başqa istiqamətlərdə də tramvay xətlərinin çəkilməsi nəzərdən keçirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, Bakı artıq formalaşmış şəhərdir: binalar və obyektlər tikilib, yeni xətlərin çəkilməsi üçün genişmiqyaslı söküntülərə ehtiyac yaranar. Bu isə hazırkı mərhələdə real görünmür. Qeyd olunan istiqamətdə isə mövcud nəqliyyat dəhlizi olduğuna görə tramvay xəttinin çəkilməsi mümkündür”.

Y.Mustafayevin fikrincə, bu xəttin çəkilməsi həmin istiqamətdən gələn sərnişinlərin şəhər mərkəzinə çatdırılmasında mühüm rol oynayacaq: “Çünki “28 May” nəqliyyat qovşağıdır və sərnişinlər buradan şəhərin istənilən istiqamətinə rahatlıqla gedə biləcəklər. Üstəlik, qeyd edilən istiqamətlərdə nə metro, nə də dəmiryolu xətti mövcuddur. Avtobuslar isə müxtəlif marşrutlar üzrə hərəkət edir. Bu səbəbdən atılan addımın sərnişindaşımaya ciddi töhfə verəcəyi gözlənilir. Sərnişinlərin yalnız avtobusdan istifadə etməməsi tıxacların azalmasına da müsbət təsir göstərəcək”.

“Tramvay avtomobilə rəqib olacaq”

Nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyevin sözlərinə görə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramında Mehdiabad tramvay xəttinin prioritet kimi nəzərdə tutulması təsadüfi deyil: “Tramvay xətlərinin tətbiqi ilk növbədə şəhərdə ictimai nəqliyyatın cəlbediciliyini artırır. Tramvay rels üzərində hərəkət etdiyinə görə marşrutu sabitdir, gözlənilməz manevrlər etmir və vaxt itkisi minimuma enir. Bu isə sərnişin üçün daha proqnozlaşdırılan, rahat və psixoloji baxımdan etibarlı səyahət deməkdir. Eyni zamanda tramvay ekoloji cəhətdən daha təmizdir, səs-küyü azdır və böyük sərnişin tutumuna malikdir. Bu xüsusiyyətlər onu şəxsi avtomobilə real alternativə çevirə bilər”.

A.Nəbiyev düşünür ki, yeni yaradılacaq xətlərin səmərəliliyi üçün ayrı olması vacibdir: “Bakının mövcud yol strukturu baxımından tramvay seçimi müəyyən şərtlərlə doğru hesab edilə bilər. Şəhərin bir çox əsas prospekt və magistrallarında yolun en kəsiyi kifayət qədər geniş olan hissələr mövcuddur. Düzgün planlaşdırma ilə tramvay xətti ya yolun orta hissəsində, ya da ayrıca ayrılmış zolaqda təşkil edilə bilər. Əsas məsələ tramvayın avtomobil axını ilə qarışmamasıdır, yəni özünə məxsus yol infrastrukturu olmalıdır. Əks halda, o da avtobus kimi tıxacın bir hissəsinə çevrilə bilər. Yəni tramvay Bakıya uyğundur, lakin bu uyğunluq birbaşa düzgün layihələndirmədən asılıdır”.

“Metronun da yükünü azaldacaq”

A.Nəbiyevin fikrincə, metro ilə müqayisədə tramvayın üstünlükləri və zəif cəhətləri var. Tramvayın əsas üstünlüyü onun daha ucuz və daha qısa müddətdə inşa edilməsidir: “Yeraltı qazıntılara ehtiyac olmadığı üçün həm maliyyə yükü azalır, həm də şəhər uzun illər tikinti əziyyəti çəkmir. Tramvay marşrutlarının genişləndirilməsi və dəyişdirilməsi də metroya nisbətən daha çevikdir. Zəif tərəfi isə sürət və ötürmə qabiliyyətidir. Metro daha sürətlidir və pik saatlarda daha çox sərnişin daşıya bilir. Yəni tramvay metronu əvəz etmir, onu tamamlayır və qidalandırıcı rol oynayır”.

A.Nəbiyevin fikrincə, nəqliyyatda mövcud problemlərin həllində tramvayın əsas dəstəyi balans yaratmaqdır: “Bu gün Bakıda əsas problem bütün yükün ya şəxsi avtomobillərin, ya da məhdud sayda ictimai nəqliyyat növlərinin üzərinə düşməsidir. Tramvay yeni bir sütun kimi sistemə daxil olur və yükü bölüşdürür. Xüsusilə şəhərətrafı qəsəbələrdən mərkəzə yönələn gündəlik axının bir hissəsini üzərinə götürə bilsə, avtobusların və minik avtomobillərinin sayı avtomatik azalacaq. Bu da ümumi sistemin nəfəs almasına imkan verəcək. Mehdiabad – “28 May” xəttinin tıxac problemini azaldıb-azaltmaması birbaşa tətbiq modelindən asılıdır. Əgər bu xətt “park et – davam et” prinsipi ilə işləsə, yəni Mehdiabad və ətraf ərazilərdə insanlar avtomobillərini saxlayıb tramvaya minsələr, real təsir göstərmək mümkün olacaq. Əks halda, xətt sadəcə yeni bir marşrut kimi qalarsa, tıxacın azalması məhdud olacaq. Tramvay tıxacı möcüzəvi şəkildə aradan qaldırmır, lakin düzgün inteqrasiya olunarsa, onu ciddi şəkildə zəiflədə bilər”.

Bu halda real fayda verəcək

Ekspertin sözlərinə görə, səmərəlilik baxımından tramvay xəttinin yalnız Mehdiabad – “28 May” arasında deyil, yolboyu böyük yaşayış massivlərini, universitetləri, biznes mərkəzlərini və nəqliyyat qovşaqlarını əhatə etməsi vacibdir: “Xüsusilə metro stansiyaları, avtovağzal və əsas avtobus xətləri ilə kəsişmə nöqtələri düzgün seçilməlidir. Bu halda tramvay təkbaşına deyil, vahid nəqliyyat sisteminin bir hissəsi kimi işləyəcək və real fayda verəcək”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Fevral 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri