Icma.az
close
up
RU
Zahid Oruc: “İndi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir…”

Zahid Oruc: “İndi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir…”

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Altı illik fasilədən sonra Müstəqillik Günü ərəfəsində Bakı–Tbilisi–Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır. 2020-ci ildən başlayaraq əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi. Verilən qərarın xarici ticarətə, ailə əlaqələrinə, turizmə və müntəzəm hava nəqliyyatından istifadə edə bilməyən vətəndaşlara müəyyən sosial və humanitar çətinliklər yaratdığını da etiraf etməliyik”.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Z.Oruc əlavə edib ki, lakin inkar edilməz faktdır ki, Vətən müharibəsi zamanı sərhədlərimizin təhlükəsizliyi Qələbənin görünməyən müdafiə xəttinə çevrildi: ”İşğaldan azad edilən 500 kilometrdən artıq dövlət sərhədinə nəzarətin bərpası Xankəndidə suverenliyin tam təmin olunmasına aparan yolun mühüm mərhələsi oldu. Azərbaycan arxa cəbhədən xarici müdaxilə, qeyri-qanuni silah, texnika və canlı qüvvə daşınması imkanlarını minimuma endirdi. Bağlı sərhəd həmin dövrdə təhlükəsizliyin zərurəti idisə, indi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir. Unutmamalıyıq ki, qərar Rusiya–Ukrayna müharibəsinin və Yaxın Şərqdə hərbi gərginliyin hələ də səngimədiyi bir vaxtda qəbul olunur. Açılım yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşmır, daha geniş regional inteqrasiyanın mühüm həlqəsidir”.

Komitə sədrinin sözlərinə görə, Türkiyənin Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Alican–Marqara sərhəd məntəqəsindən keçərək İrəvana getdi, Cevdet Yılmaz Paşinyanla Ani körpüsünün birgə bərpasına dair razılaşma sənədi imzaladı: “Lakin qardaş ölkənin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması məsələsində Azərbaycan–Ermənistan sülh müqaviləsi imzalanandan sonra qərar verəcəyinə heç bir şübhə ola bilməz. Bəzi dairələr Dilicanı gündəmə gətirir, İğdır və Qars regionlarının biznes çevrələrinin maraqlarını qabardırlar. Lakin iki dövlətin siyasi mövqeyini lokal maraq qrupları deyil, sayı 100 milyona yaxınlaşan xalqlarımızın birgə iradəsi və Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın strateji liderliyi müəyyən edir”.

O həmçinin bildirib ki, yaxın illərdə, bəlkə də daha tez, Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan isə Türkiyəyə getmək mümkün olacaq: “Ermənistanla ixrac və tranzit imkanlarının genişlənməsi həmin ölkənin ənənəvi iqtisadi asılılıq coğrafiyasını dəyişdirəcək, sülhdən fayda götürən qüvvələrin sayını artıracaq. Zəngəzur istiqamətində və İranla tarixi dəmir yolu əlaqələrinin bərpası perspektivi göstərir ki, Cənubi Qafqaz heç vaxt indiki qədər davamlı sülhə, iqtisadi bağlılığa və kommunikasiya bütövlüyünə yaxın olmayıb. Əsrlər boyu müharibələr, işğallar və blokadalarla parçalanan region yenidən birləşmək imkanı qazanır. İnanırıq ki, sərnişin qatarlarının keçdiyi yollar sabah avtomobillərin, insanların, ticarətin və qarşılıqlı etimadın sərhədlərdən sərbəst keçəcəyi günü yaxınlaşdırır. Qələbənin ən böyük mükafatı yeni müharibələr yox, təhlükəsizlik, əməkdaşlıq və əbədi sülhdür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 İyun 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri