Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Rene Votye. Rejissor və senzura...

Rene Votye. Rejissor və senzura...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransız Rene Votye kino tarixində ən çox senzuraya məruz qalmış rejissor sayılırdı. Paradoks, ancaq fakt: senzorların qurbanları siyahısında rekordçu heç də totalitar rejimdə yox, demokratik və azad Avropa ölkəsində yaşayırmış.

Senzorlar onu niyə sevməliydilər ki? O, kommunistdi, mütəmləkəçiliyə qarşı mübarizə aparırdı, Əlcəzair savaşında Parisin yox, inqilabçıların tərəfini tutmuşdu. Bunun üçün güllə yarası da almışdı, həbsdə də oturmuşdu. O, Əlcəzairdəki vəhşilikləri kameraya köçürmüş ilk rejissordu. Onun "Afrika 50” filmi düz 45 il demokratik Fransada qadağan olunmuşdu. Belələrinə azad dünyada "dövlət düşməni” kimi baxırlar.

Ən çox senzuraya məruz qalmış rejissor titulunu Rene Votye nə aşağı instinktləri ekrana daşıdığına, nə də yataq səhnələrinə görə haqq etmişdi. Onun ostrakiyaya məruz qalması siyasi kino çəkməsi ilə bağlıydı. Onun çəkdikləri nəinki siyasətçiləri, həm də orta statistik obıvatelləri qəzəbləndirirdi. Onu təkcə siyasi elita yox, meşşanlar da görmək istəmirdi. Kinematoqrafın popkorn satmaqla yox, dünyanı dəyişməklə məşğul olduğu o uzaq illərdə Rene Votyenin filmləri hərbi əməliyyatlar kinoteatrının ön səfində yer tuturdu.

Və Votyenin siyasi kinosu indiki "humanitar kinolar”dan kökündən fərqlənirdi. Votye Əlcəzairdə, Fil Dişi sahilində və digər müstəmləkələrdə qanı axıdılan qurbanlıqlara münasibətdə sadəcə və yalnız acımaqla kifayətlənməyə çağırmırdı. O, mübarizəyə qalxan həmin kölələrlə bir sırada addımlamağı, onların haqq işinə kənardan yox, yaxından (kim nə ilə bacarırsa) kömək etməyi, bir sözlə İnqilab zamanı inqilabçı olmağı təbliğ edirdi. Və təbliğ etdiyi kimi də yaşayırdı.

***

1944-cü ildə 16 yaşlı Rene nasistlərə qarşı vuruşmaq üçün Fransa partizanlarına ("maki”) qoşulur. O savaş onu pasifist edir. Sonralar memuarlarında yazır: "Əlində qumbara tutmusansa, onu haqq işi üçün istifadə etmək meyli baş qaldırır. Və artıq 16 yaşın olanda qumbaranın insan bədənini nə hala saldığını görürsənsə, iki yolun qalır - ya qatil olursan, ya da özün-özünə deyirsən: problemin başqa yolu da olmalıdır”.

O, problemin başqa yolunu seçir. Həmin yol kino olur.

Müharibədən sonra Fransa Kommunist partiyasına daxil olan Rene ilk tapşırıq kimi fəhlə tətillərini çəkmək göstərişi alır. Həmin ilk çəkiliş sınmış kamera və Renenin göyərmiş sifəti ilə nəticələnir: jandarmların fəhlələrlə necə kobud davrandığını görən Rene çəkilişi dayandıraraq və "Pressa” sarğısını tullayaraq yumruqlarına güc verir. Jandarmlar onu əzişdirirlər. Həmin vaxt fəxarətlə "Artıq öz düşərgəmi seçdim” deyən gənc Reneyə kommunistlərin kino məktəbinin (IDHEC) direktoru Jan Lot kədərlə söyləyir: "Əsas odur ki, kamera öz düşərgəsini seçsin, çəkilişlərdən isə sınmış kamera ilə yox, materialla qayıtmaq lazımdır”. Həmin sözlər Rene Votyenin həyat devizinə çevrilir.

1950-ci ildə Fransa hökumətinin xətti ilə o, bu dövlətin müstəmləkəsi olan Fil Dişi Sahilinə (indiki Kot d`İvuar) yollanır. Qarşısında konkret məqsəd dururdu: Rene rəsmi sifarişi yerinə yetirərək Parisin bu Afrika ölkəsində təhsilə necə önəm verdiyini, yerli kadrlar hazırlamaq üçün məktəblər açdığını lentə köçürməliydi. Bir sözlə, təbliğat filmi. Və film olmayan uğurları göstərməliydi.

Əlbəttə, Votye ondan gözlənilənlərin tamamilə tərsini edir - repressiyalar və yoxsulluq haqda film çəkir. O vaxt çəkilişlər vitse-qubernatorun icazəsi və yerli məmurların müşayiəti ilə aparılmalıydı. Votye qanunu pozur, üstəlik, ondan çəkilmiş materialı təhvil verməyi tələb edən və rədd cavabı aldıqda rejissoru təhqir edən qubernatora şillə vurur. Paytaxt Abicandakı mehmanxanaya qayıdanda isə onun əşyalarında eşələnən yerli məmurun (polis müfəttişinin) qolunu qırır və onu pencərədən atır. Parisə qayıtdıqda Votye həbs olunur, çəkilmiş materialların böyük hissəsi əlindən alınır, özü isə 1 il türmədə oturur. Həmin materiallar ("Afrika 50” filmi) Votyeyə bir də 1996-cı ildə qaytarılır. Elə o vaxt da məşhur kino tarixçisi Jorj Sadul (çoxcildli "Dünya kinosunun tarixi” əsərinin müəllifi) gənc Votye barədə sonralar doğrulacaq proqnozunu verir: "Bu bretonlunun başı qarşısında divarlara tab gətirmək çətin olacaq”.

1952-ci ilin iyununda türmədən çıxan Votye çəkdiyi materialların gizlədə bildiyi hissələrindən "Afrika 1950”-nin ilk variantını quraşdırır və buna görə Varşava Kino festialının Qızıl medalı ilə təltif olunur. Üstündən onilliklər keçir, nəhayət 1996-cı ildə Fransa XİN-dən ona məktub gəlir: "Hörmətli müsyö, filminizin hökumətin hesabına hazırlanmış nüsxəsini gəlib götürə bilərsiz, çünki, onun dünyanın 50-dən çox ölkəsində nümayişi Fransanın nüfuzunu yüksəldib”. Yəni, sübut edib ki, hələ 1950-ci illərdə Fransada müstəmləkəçiliyin əleyhinə çıxan rejissorlar varmış. Beləcə, hər kəsə öz oyunu.

***

Əlcəzairdə savaş başlayanda Rene Votye üsyançıların tərəfinə keçən ilk fransız rejissoru olur. 

O hadisələr Fransa intellektualları üçün bir sınaq oldu: kim hansı tərəfi müdafiə edəcək. Rejissor və aktyorların cərgəsində də sonu görünməyən mübahisə və bölünmələr başladı. Operator Pyer Kleman, aktrisa Marina Vladi, onun bacısı Olqa Polyakova, əfsanəvi Serj Mişel (öz təxəllüsünü trotskiçi Viktor Serj və kommunar Luiza Mişelin adlarından düzəltmişdi), rejissor Le Masson birmərrə olaraq əlcəzairliləri müdafiə edirdi. Bu sahədə pioner isə Rene Votye oldu.

Onun Əlcəzairə yollanmaq istəyinə Fransa kompartiyası qadağa qoysa da, Votyeni heç bir maneə saxlaya bilmədi. Yeganə problem fərli kiinokamera tapmaqdaydı. Vəsait toplamaq üçün Votye əvvəlcə Tunisə yollanır. Burada yerli hakimiyyət kino sahəsinin inkişafında çox maraqlıydı və kino çəkilişini həvəslə maliyyələşdirirdi. Votye Tunis Mədəniyyət nazirliyinin maliyyə köməyi hesabına "Qızıl üzüklər” filmini çəkir. Aldığı qonorarı yeni kinokameraya xərcləyərək Əlcəzairə gəlir.

Burada 1957-ci ildə Əlcəzair Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə Kinematoqrafik hazırlıq Məktəbi yaradılmışdı. Üsyançılar kino vasitəsilə təbliğatın rolunu çox yaxşı anlayırdılar. Tezliklə Rene Votye yeni Məktəbdə yerli kadrlara çəkilişin sirlərini öyrədir, 1958-ci ildə isə "Əlcəzair od içində” sənədli filmini çəkir.

Həmin ilin aprel-mart döyüşlərində Əlcəzair üsyançıları 23 min nəfər itki verirlər. Çoxsaylı yaralıların sırasında Rene Votye də olur: pulemyot atəşi əlindəki kameranı çilik-çilik edir, qəlpələr isə başında qalır. O vaxtdan Votyeni "Başında kamera gəzdirən rejissor” adlandırırlar.

Tezliklə Votye üsyançıların bütün kino fəaliyyətinə rəhbərlik etməyə başlayır. Onun operatoru rolunda isə admiral oğlu Pyer Kleman çalışır. 

Məhz o, Milli Azadlıq Cəbhəsinin Tunis ərazisində yerləşən bazasının fransızlar tərəfindən bombardmanı və dinc əhali arasında çoxsaylı itkilər haqda sənədli filmi ("Sakiyet Siddi Yusef”) çəkir və bütün dünyada böyük əks-səda doğuran bu film Klemanı ordunun düşməninə çevirir. 

Həmin filmin nümayişindən sonra Əlcəzair problemi qloballaşır, BMT-də müzakirəyə çıxarılır, Fransada hökumət böhranına, sonunda da de Qollun hakimiyyətə qayıdışına səbəb olur (Bəzən Klemanı "De Qollu hakimiyyətə qaytaran şəxs” adlandırırlar). Əlcəzairdə Kleman əlində kamera, əynində ərəb paltarında həbs olunur, işgəncələr görür, 10 il həbs alır, yalnız de Qollun yaxın dostu olan atasının hesabına sağ qalır və Fransaya bir də Əlcəzair böhranı həllini tapdıqdan sonra (1962-ci ildə) dönə bilir.

Rene Votye isə müstəmləkəçilik və müharibə mövzusunu Əlcəzair hadisələrindən sonra da unutmur. 1972-ci ildə o, "20 yaşında Oresdə olmaq” filmini çəkir. 100 dəqiqəlik film pasifistlərin müharibə şəraitində necə ölüm maşınına çevrildildiyini analiz edir. Fərari kimi saxlanılan bir qrup pasifist sonunda qəddar qatillərə çevrilir. Bir daha Fransanın Afrikada törətdiklərini qabartmaqla Votye yenidən ictimai rəyi silkələyə bilir.

***

Uzun, dolğun ömür sürən bu gülərüz, ağ saçları dağınıq qoca haqqında 10-larla sənədli film çəkilib. Ancaq onun ən böyük xidməti heç bir fəxri adın çərçivəsinə sığa bilməz. O, kameranın bir silah kimi gücünü göstərib, Xeyirlə Şərin savaşında nəzəri sentensiyalar söyləməklə kifayətlənənlərdən fərqli olaraq döyüşdü. O, qurbanlıqlara uzaqdan-uzağa simpatiyanı yetərli saymayıb, həmin qurbanlıqların yanında oldu.

Rene Votye 2015-ci ilin yanvarında 87 yaşında vəfat etdi. Onun ölüm xəbəri rezonanssız ötüşdü. Sanki söhbət sənədli kinonun, art-hausun və siyasi ("döyüşən”) kinonun sütunlarından birinin  itkisindən getmirdi. Məntiqsiz bir dünyada yaşayırıq - indiki diskursda hər şey başayaqdır. Necə ki 2022-ci ilin sentybrında əfsanəvi Jan-Lük Qodar vəfat edəndə onu da sıradan hadisə, daha "mühüm proseslər” fonunda xırda epizod kimi qəbul etdilər. Bəşər mənasız şou-personajların paltarının santimetrlərini müzakirə edir, Rene Votyenin çəkdiklərini yox. Ruhsuz və dəyərsiz bir dövr.

Əbədiyyətə gömülən Rene Votye isə adını tarixə  döyüşən kinonun generalı kimi həkk etdi...

Məmməd Süleymanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri