Icma.az
close
up
RU
Rəngi daha tünd olur, iliksizdir, yağı da sarı Belə ətləri almayın

Rəngi daha tünd olur, iliksizdir, yağı da sarı Belə ətləri almayın

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bazarda mənşəyi və keyfiyyəti şübhə doğuran ət məhsulları ilə bağlı narahatlıqlar artıb. Bu vəziyyət istehlakçıların sağlamlığı baxımından ciddi risklər yaradır və qida təhlükəsizliyi məsələsini gündəmə gətirir. Bəs, vətəndaşlar istehlaka yararsız və ya təhlükəli ət məhsullarını normal və keyfiyyətli ətdən necə fərqləndirə bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, əhali arasında ətlə bağlı maarifləndirmə prosesi zəifdir, yəni kifayət qədər aparılmır. 
"Bu gün insanlarda belə bir psixoloji yanaşma var ki, heyvan gözünün qarşısında kəsilirsə və bunu şəxs özü görürsə, həmin ətin problemsiz, təmiz və keyfiyyətli olduğu düşünülür. Lakin sual yaranır, göz önündə kəsilən heyvan həqiqətən sağlamdırmı? Onun orqanizmində hər hansı xəstəlik olub-olmadığı, məsələn, ciyərlərində və ya qaraciyərində problemlərin, parazitlərin mövcudluğu necə müəyyən edilir? Məlumdur ki, heyvanlarda tez-tez qızdırma xəstəliklərinə rast gəlinir və bu zaman ətin, xüsusilə yağın rəngində saralmaya doğru dəyişikliklər müşahidə olunur. Bu hallar bəzən erkək heyvanların ətində də özünü göstərir. Qızdırma keçirmiş heyvana müəyyən müalicə və ya peyvənd tətbiq olunursa, onun dərhal kəsilməsi yolverilməzdir, müəyyən müddət keçdikdən sonra kəsimə icazə verilməlidir".
Ekspert bildirib ki, digər vacib məsələ baytarlıq nəzarətinin səviyyəsidir. 
"Küçələrdə kəsilən heyvanlara nə dərəcədə nəzarət olunduğu sual doğurur. Çünki kəsimdən dərhal sonra verilən rəy tam obyektiv olmaya bilər. Heyvanın müxtəlif toxuma və orqanlarından götürülən nümunələrin laborator nəticələri yalnız müəyyən müddətdən sonra məlum olur və yalnız bundan sonra ətin satışına icazə verilməsi düzgün hesab olunur. Şübhəli ət məhsullarına gəldikdə isə, burada əsasən at ətinin dana və ya inək əti kimi təqdim olunması halları nəzərdə tutulur. At ətinin rəngi mal ətinə nisbətən daha tünd olur və bəzən qaraciyər rəngini xatırladır. Yağının rəngi isə sarıdır və bu sarılıq digər heyvanların yağındakı sarılıqdan fərqlənir. Əsas fərqlərdən biri də odur ki, atın sümüyündə ilik olmur".
Onun sözlərinə görə, bundan əlavə, at ətinə toxunduqdan sonra bir müddət keçdikdə əldən balıq iyinə bənzər qoxu gəlir. 
"Bu, atın tərinin qoxusu ilə bağlıdır. Bəzi ölkələrdə at kəsilməzdən əvvəl qaçırılır ki, bədəndəki toksinlər tər vasitəsilə xaric olsun. Lakin bu qaydaya hər yerdə əməl olunmur və bu da ətin xüsusiyyətlərində özünü göstərir. Mal ətinin müxtəlif hissələrinin, bud, qabırğa və boyun nahiyələrinin quruluşu fərqlidir və bu xüsusiyyətlər dana, öküz və inək üçün xarakterikdir. At ətində isə bu quruluş tamamilə fərqlənir. Həmçinin qabırğaların sayı, sümüklərin quruluşu və rəngi, qol sümüklərinin forması da fərqli olur. Qeyd olunmalıdır ki, ətin rənginin tünd olması hər zaman keyfiyyətsizlik əlaməti deyil, bəzi hallarda otlaq şəraiti və ya havaya məruz qalma nəticəsində də rəng tündləşə bilər. Bununla belə, at ətinin açıq şəkildə satışa çıxarılması riskli hesab olunur və buna görə də çox vaxt gizli şəkildə realizə edilir. Çünki kəsilmiş heyvan adətən çəkisindən asılı olaraq 4-6 hissəyə bölünür (iki bud, iki qol və bəzən bel və boyun hissələri). Atda isə bu bölgünü eyni qaydada aparmaq çətindir və onun anatomik quruluşu fərqli olduğu üçün kənardan da seçilə bilir. Ümumilikdə, at əti tünd rəngi, spesifik qoxusu və sümüyündə iliyin olmaması ilə seçilir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Aprel 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri