Icma.az
close
up
RU
Repetitorların biznes modeli: Bir fənn 300 350 manatdır?

Repetitorların biznes modeli: Bir fənn 300 350 manatdır?

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Repititorlar məsələsini çox ciddi problem hesab edirəm və bunu nə təhsilə, nə də marketinqə aid etik hal kimi qəbul etmirəm. Söhbət repetitorların fərdi hazırlıqlar üçün müəyyən etdikləri qiymətlərdən gedir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.
O, bildirib ki, xüsusilə şəhər məktəblərində bəzi müəllimlər özlərinə olan tələbatı apardıqları yüksək reklam kampaniyaları vasitəsilə artırır və qiymətləri bazar dəyərindən xeyli yuxarı müəyyənləşdirirlər:
"Əvvəlcə onu qeyd edim ki, mən bunu təhsil sektorunda qiymət artımı kimi qiymətləndirmirəm. Çünki repetitorluq fəaliyyəti təhsil sistemi ilə birbaşa hüquqi əlaqəsi olan sahə deyil. Təhsil qiymətlərinin artması dedikdə universitetlərdə təhsil haqlarının yüksəlməsi və ya məktəblərdə illik ödənişlərin artması nəzərdə tutulur. Amma bir repetitor ötən il 150 manat aldığı halda bu il 250 manata qaldırıbsa, bunu təhsildə qiymət artımı adlandırmaq olmaz. Bu, sırf bazar münasibətləri və konkret xidmət sahəsidir. Müəllim xidmətini göstərir, öz beyin məhsulunu satır və qiyməti də özü müəyyən edir".
Ekspert bildirib ki, hüquqi baxımdan bu normal sayıla bilər, lakin marketinq etikasında “bazar dəyərinə uyğunluq” anlayışı var:
"Yəni bir xidmətin haqqı əhalinin ümumi gəlir səviyyəsinə uyğun olmalıdır. Əhalinin böyük hissəsinin maaşı yüksək olmadığı halda, repetitorların bir fənn üçün ayda 300–350 manat tələb etməsi absurddur".
Onun sözlərinə görə, dövlət bu məsələni diqqətdə saxlayır:
"Artıq Elm və Təhsil Nazirliyi müəyyən məktəblərdə pilot layihələr çərçivəsində yuxarı siniflər üçün əlavə hazırlıq dərsləri təşkil etməyi planlaşdırır. Dünyanın bir çox ölkələrində belə təcrübə var və bu, repetitorluğa alternativ ola bilər. Məsələnin kökü isə məktəb təhsilinin keyfiyyətindədir. Əgər məktəblərdə tədris prosesi yüksək səviyyədə qurulsaydı, repetitorlara bu qədər ehtiyac qalmazdı. Hazırda isə şagirdlər gündəlik məktəb dərslərindən sonra əlavə vaxt və enerji sərf edərək repetitor yanına gedirlər. Bu, həm sosial-psixoloji, həm də maddi baxımdan böyük yükdür".
Ekspertin sözlərinə görə, repetitorluğun həm müsbət, həm də mənfi tərəfləri var:
"Onlar kiminsə haqqına girmir, gördükləri iş çətindir, amma qazanclıdır. Lakin bütün repetitorların da yüksək keyfiyyətli təhsil verdiyini söyləmək olmaz. Onların çox az qismi, bəlkə 2–3%-i şagirdə yalnız imtahanlara hazırlaşmaq yox, həm də geniş dünya görüşü və müasir biliklər qazandıra bilir. Əksər hallarda isə repetitorlar sadəcə Dövlət İmtahan Mərkəzinin proqramına əsaslanaraq test hazırlığı aparırlar.
Belə olan halda sual yaranır: repetitorlar həqiqətən qeyri-adi nə edirlər ki, aylıq 300–350 manat tələb edirlər? Mən özüm müəllim olsam da, heç vaxt bir şagirddən 8–10 dərsə görə bu qədər pul tələb etməmişəm".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri