Icma.az
close
up
RU
Repetitorluğun miqyasını azaltmağın əsas bir yolu var İZAH

Repetitorluğun miqyasını azaltmağın əsas bir yolu var İZAH

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Universitetə qəbul daha əlçatan olmalıdır. Əsas çətinlik qəbul imtahanında deyil, universitetdə olmalıdır"

“Azərbaycanda repetitorluq haqqında ən çox deyilən fikir budur ki, məktəblərdə yaxşı dərs keçirilsə, repetitorluğa ehtiyac qalmaz”.

Sherg.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib. 

İqtisadçının fikrincə Azərbaycanda repetitorluğun əsas səbəbi yalnız məktəblərdə tədrisin zəif olması deyil, daha çox ali təhsil sistemində mövcud olan sərt rəqabətdir: “Təsəvvür edək ki, ölkədə elə bir orta təhsil sistemi qurulub ki, universitetə qəbul imtahanında abuturiyentlərin hamısı 650 baldan çox toplayıb. Repetitorluq bitəcək? Xeyr, bitməyəcək.

Çünki 650 bal toplayan şagird yenə 690 bal toplayan şagirdlə eyni fakültə uğrunda rəqabət aparacaq. Valideyn yenə düşünəcək ki, mənim övladım digərlərindən geri qalmasın. Deməli, rəqabət davam etdiyi müddətdə isə üstünlük qazanmaq üçün əlavə hazırlığa tələbat da davam edəcək.

Bunun ən yaxşı sübutu odur ki, ölkənin ən güclü liseylərində oxuyan şagirdlərin də böyük hissəsi repetitor yanına gedir. Problem sadəcə onların məktəbdə zəif oxuması deyil. Məqsəd rəqabətdə üstünlük qazanmaqdır. Deməli, repetitorluğun əsas hərəkətverici qüvvəsi orta təhsil sisteminin zəifliyi yox, rəqabətdir. Bu fikir əlbəttə ki, orta təhsil sistemində problemlərin olmadığı anlamına gəlmir”.

İqtisadçı qeyd edib ki, universitetlərdə yerlərin məhdud olması və yüksək bal tələb edən ixtisaslara marağın çoxluğu ailələri əlavə hazırlığa yönəldir:

“Azərbaycan ailəsi övladı üçün son qəpiyini də xərcləməyə hazırdır və bu gün minlərlə ailə məhz bunu edir.

Bu prosesin sosial nəticələri də var. Gəliri yüksək olan ailələr övladları üçün daha çox resurs ayıra bilir, gəliri aşağı olan ailələr isə eyni rəqabətdə daha məhdud imkanlarla iştirak edir. Nəticədə imkan fərqi müəyyən hallarda təhsil nəticələrinə də təsir göstərir. İqtisadi baxımdan isə repetitorluğa xərclənən vəsait iqtisadiyyatdan çıxmır. Bu pullar əsasən Azərbaycan müəllimlərinin gəlirinə çevrilir. Sonra həmin vəsait yenidən ölkə daxilində dövr edir, taksi xidmətlərinə, mağazalara, restoranlara, müxtəlif xidmət və malların alınmasına xərclənir. Başqa sözlə, repetitorluqda dövr edən vəsait ölkə iqtisadiyyatının daxilində qalır.

Odur ki, repetitorluğun əhatə dairəsini azaltmağın yolu onu qadağan etmək deyil. Onsuz da qadağan edilsə belə, bu gizli fərdi hazırlıq, ev dərsləri və ya onlayn məşğələlər formasında yenidən ortaya çıxacaq. Çünki bu bazarı qanun yox, rəqabət yaradır”.

E. Əmirov hesab edir ki, repetitorluğun miqyasını azaltmağın əsas yolu qəbul mərhələsindəki həddindən artıq sərt rəqabəti yumşaltmaqdır: “Universitetə qəbul daha əlçatan olmalıdır. Əsas çətinlik qəbul imtahanında deyil, universitetdə olmalıdır. Tələbə seçdiyi ixtisas üzrə peşəkar səviyyəyə çatana qədər ciddi akademik tələblərlə qarşılaşmalıdır.

Qəbul nisbətən asan, məzun olmaq isə həqiqətən çətin olarsa, rəqabətin böyük hissəsi qəbul imtahanından çıxaraq universitet təhsilinə transfer olunacaqdır. Bu zaman repetitorluğa bugünkü qədər yüksək tələbat da təbii şəkildə azalacaq, əvəzində ölkədə diplomlu qeyri-mütəxəsislər yox, peşəkarlar yetişəcək”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri