Icma.az
close
up
RU
Repetitorluğun ləğvi gerçəkləşir yeni model

Repetitorluğun ləğvi gerçəkləşir yeni model

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təhsil sistemi “məktəb+repetitor” modelindən uzaqlaşaraq, yalnız məktəb əsaslı öyrənmə modelinə keçid etməyə çalışır, amma...

Son illər Azərbaycanda təhsil sistemində aparılan islahatlar repetitorluq fenomeninin gələcəyi ilə bağlı müzakirələri daha da aktuallaşdırıb. Mütəxəssislərin fikrincə, formalaşmaqda olan yeni yanaşma repetitorluğun mərhələli şəkildə aradan qalxmasına doğru istiqamətlənib. Bu modelin əsas məqsədi şagirdin əlavə hazırlığa ehtiyac duymadan məktəb daxilində tam və keyfiyyətli təhsil almasını təmin etməkdir. Beləliklə, təhsil sistemi “məktəb+repetitor” modelindən uzaqlaşaraq yalnız məktəb əsaslı öyrənmə modelinə keçid etməyə çalışır.

İslahatların əsas istiqamətlərindən biri məktəbin tədris mərkəzi kimi rolunun gücləndirilməsidir. Yeni yanaşmaya görə, müəllim dərs prosesində yalnız məlumat ötürən deyil, eyni zamanda şagirdin öyrənmə bacarıqlarını formalaşdıran əsas fiqur olmalıdır. Bu isə repetitorluğa ehtiyacın azalmasının başlıca şərtlərindən biri kimi qiymətləndirilir.

Eyni zamanda dərsliklərin yenilənməsi, qiymətləndirmə sistemində aparılan dəyişikliklər və rəqəmsal platformaların tətbiqi şagirdin öyrənmə prosesini məktəb daxilində daha səmərəli etməyə yönəlib.

Mütəxəssislər vurğulayırlar ki, repetitorluğun tam aradan qalxması yalnız məktəbdən asılı deyil. Valideynlərin “əlavə hazırlıq olmadan uğur mümkün deyil” düşüncəsindən uzaqlaşması da vacib şərtlərdən biri kimi ön plana çıxır. Təhsil sisteminə inamın artması bu prosesin əsas dayaqlarından hesab olunur.

Təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hazırkı vəziyyəti dəyərləndirdikdə, mövcud qəbul imtahanı modelinə əsasən repetitor fəaliyyətinin yaxın zamanda azalacağını və ya bu istiqamətdə ciddi nəticələrin əldə olunacağını söyləmək çətindir: “Çünki qəbul imtahanında istifadə olunan fənlərin çoxluğu, eləcə də imtahanın əhatə etdiyi geniş mövzu dairəsi şagirdləri əlavə hazırlığa, yəni repetitorlara yönləndirir. Bu vəziyyət yalnız o halda dəyişə bilər ki, qəbul imtahanının modeli və formatında müəyyən islahatlar həyata keçirilsin. İlk növbədə fənlərin sayı minimallaşdırılmalıdır. Əgər imtahanlar maksimum üç fənn üzrə təşkil olunsa, bu, repetitorluğa tələbatın müəyyən qədər azalmasına səbəb ola bilər. Digər tərəfdən, imtahan sualları yalnız 10-11-ci sinif proqramını əhatə edərsə və əvvəlki siniflərin mövzuları daxil edilməzsə, bu da repetitorlara müraciətin azalmasına təsir göstərə bilər. Eyni zamanda qəbul imtahanı beynəlxalq təcrübəyə uyğunlaşdırılarsa, məsələn, müxtəlif standartlaşdırılmış qiymətləndirmə modelləri tətbiq olunarsa, repetitorluğa ehtiyac daha da zəifləyə bilər”.

Onun sözlərinə görə, bununla belə, hazırda repetitorluq təkcə ali təhsil pilləsinə hazırlıqla məhdudlaşmır. Artıq ibtidai təhsil səviyyəsində də valideynlərin repetitorlara müraciəti geniş yayılıb: “Bu, əsasən valideynlərin uşaqların dərslərinə kömək etməkdə çətinlik çəkməsi ilə bağlıdır. Bir çox valideyn ya kurikulum sisteminə uyğun təhsil almayıb, ya da iş və gündəlik məşğuliyyətlər səbəbindən övladlarının təhsilinə kifayət qədər vaxt ayıra bilmir. Nəticədə, repetitorlar bu boşluğu dolduran əsas vasitəyə çevrilir. Bu tendensiya göstərir ki, məsələ kompleks yanaşma tələb edir və yalnız məktəblə məhdudlaşmır. Aidiyyəti qurumlar Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və digər strukturlar bu vəziyyəti ciddi şəkildə nəzərdən keçirməlidirlər. Qeyd etmək lazımdır ki, repetitorluq dünyanın bir çox ölkəsində mövcuddur, lakin Azərbaycandakı qədər geniş və sistemli xarakter daşımır. Xarici təcrübədə repetitor daha çox şagirdin konkret istedadının inkişafına yönəlir. Məsələn, uşaq riyaziyyata meyllidirsə, yalnız bu sahədə əlavə məşğələlərə cəlb olunur və ya incəsənət qabiliyyəti varsa, həmin istiqamətdə inkişaf etdirilir. Azərbaycanda isə əksər hallarda şagirdlər bir neçə fənn üzrə repetitor yanına göndərilir ki, bu da həm maddi, həm də psixoloji yük yaradır”.

E.Əfəndi bildirir ki, bu istiqamətdə son illərdə müəyyən addımlar atılıb: “Məsələn, məktəblərdə təmayülləşmiş siniflərin yaradılması və şagirdlərin ixtisas qruplarına uyğun təhsil alması təşviq edilir. Bundan əlavə, müəllimlərin iş rejiminin yenidən tənzimlənməsi və məktəb daxilində əlavə hazırlıq saatlarının təşkili kimi təşəbbüslər də müzakirə olunur. Məqsəd şagirdlərin məktəbdə qalaraq əlavə bilik və bacarıqlar əldə etməsini təmin etməkdir.

Lakin bu tədbirlərin effektivliyi hələ tam özünü göstərməyib. Gözlənilir ki, bu kimi yeniliklərin tətbiqi bir neçə il çəkəcək və yalnız bundan sonra real nəticələr barədə danışmaq mümkün olacaq.

Ümumilikdə, yaxın gələcəkdə repetitorluğun kəskin şəkildə aradan qalxacağı real görünmür. Daha ciddi dəyişikliklər isə ehtimal ki, 2030-cu ildən sonra, milli təhsil strategiyasının tam tətbiqindən sonra müşahidə oluna bilər". /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Aprel 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri