Icma.az
close
up
RU
Nazirlik repetitorluğun sonunu gətirir?

Nazirlik repetitorluğun sonunu gətirir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Elm və təhsil naziri Emin Əmrullayevin irəli sürdüyü yeni modelin mahiyyəti çox aydındır: müəllimi məktəbə bağlamaq, onun əməyinə real qiymət vermək və peşəni maddi–mənəvi baxımdan daha cəlbedici etmək. 

Bu islahat müəllimi məcbur etmir, əksinə, könüllü, rəqabətli və yüksək göstəriciyə söykənən bir sistem qurur. Dünyanın inkişaf etmiş təhsil sistemlərində müəllim statusunu müəyyən edən əsas mexanizmlər də məhz budur”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib. 

Ekspert bildirib ki, bu gün etiraz edənlərin 99 faizinin maraqlandığı yalnız maaşdır: 

“Heç kim “Bu model şagirdə nə verəcək?”, “Təhsilin keyfiyyəti necə artacaq?”, “Uşaqlar niyə oxuduğunu anlamır?” suallarını vermir. Halbuki problem məhz buradadır. Ümumilikdə nəticəmiz Afrikanın ən zəif ölkələrindən aşağıdırsa, PISA-da şagirdlərimizin 60 faizi oxu-anlama bacarığını yerinə yetirə bilmirsə, 9–11-ci sinif buraxılış imtahanlarında yüz minlərlə şagird 0–100 bal çərçivəsində ilişib qalırsa, deməli, “maaş soruşmaq”la yanaşı, təhsil nəticəsi barədə düşünmək də lazımdır. 

Müəllim ən yüksək əməkhaqqına da layiqdir, ən yüksək sosial təminata da, bunun mübahisəsi yoxdur. Amma bir həqiqət də var: Finlandiya maaşı tələb edirsənsə, Finlandiya səviyyəsində nəticə də verməlisən. Bizdə isə maaş “Finlandiya” deyil, amma nəticə də heç “SoMali standartı” səviyyəsində deyil. Kimi arqument gətirir: 

“Şəhər məktəblərində şərait var, kənd məktəbləri soyuqdur, avadanlıq yoxdur, əlavə iş saatı necə olsun?” Amma bu arqument islahatın özünü yanlış göstərmir. Əksinə, problemin illərlə yığılan infrastruktur boşluğunda olduğunu sübut edir. 

Yeni model həmin boşluğu ölçmək, inventarlaşdırmaq və resursu ehtiyaca uyğun bölmək üçün yaradılıb. Əvvəlki “saat yığma” sistemi buna imkan vermirdi: 

məktəb nə qədər dərs saatı yazırdısa, maliyyə də o qədər gedirdi. Zəif məktəblərin ehtiyacı statistikada belə görünmürdü. Yeni sistem isə iş vaxtına əsaslanan maliyyələşmə ilə region məktəbləsinə üstünlük verir, çünki müəllimi məktəbdə saxlayan da, məktəbin resurs planlamasını dəyişən də məhz bu modeldir”. 

Ekspert deyir ki, dünya təcrübəsi də bunu təsdiqləyir: 

“Finlandiya, Estoniya, Sinqapur, Kanada – hamısında müəllim məktəbin daimi əməkdaşıdır, dərs yükü 18–25 saatdır, qalan vaxt metodik hazırlıq, şagirdlə fərdi iş, komanda planlamasıdır. Müəllim saat hesabı ilə deyil, məktəbə bağlılıq və nəticəyə görə qiymətləndirilir. İnfrastruktur çatışmazlığı islahatın əleyhinə arqument yox, əksinə, islahatın zəruriliyinin sübutudur. 

Bu gün kimsə deyirsə ki, ilk olaraq istilik, avadanlıq, kabinələr düzəlsin, sonra islahat olsun, bu, məntiqi çevirmək deməkdir. Şərait olmaması islahatdan imtina üçün səbəb deyil. İslahat elə o şəraiti yaratmaq üçün başlanır. Məsələ çox sadədir: 

Əgər biz müəllimin nüfuzunu qaldırmaq istəyiriksə, müəllim də məktəbə və sistemə bağlılığını göstərməlidir. Əgər biz nəticə istəyiriksə, bu modelə keçməliyik. Əgər biz inkişaf etmiş ölkələrdən nümunə gətiririksə, onda həmin ölkələrin bizdə olmayan hissələrini də görməliyik: 

• kiçik siniflər, 
• güclü maddi-texniki baza, 
• işə yaxın məktəbdə yerləşdirmə, 
• davamlı metodik inkişaf, 
• məktəbə sadiq müəllim modeli. 

Bütün bunları etmədən “yalnız maaş artırılsın” demək təhsilin mahiyyətini görməməkdir. Nazirlik bu dəfə çox ciddi və doğru istiqamətdə addım atır. Bu model müəllimə daha yüksək əməkhaqqı, daha ədalətli mexanizm, daha sabit iş yeri verir. 

Eyni zamanda, məktəbin son 30 ildə yığılan problemlərini görünən və ölçülən edir. İndi məsələ islahatın qarşısını kəsmək yox, onu dəstəkləməkdir. Çünki nəticə dəyişməsə, maaşın dəyişməsinin də mənası olmayacaq. Coxunun narahatlığı repititor fəaliyyətinə problem yaranma riskinə görədir”. 

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri