“Rəqəmsal dövrdə süni intellekt və mediasiya” adlı kitab nəşr olunub
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Azərbaycanda süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda süni intellekt texnologiyalarının insan hüquqları, etik prinsiplər, şəffaflıq və hüquqi təhlükəsizlik tələbləri nəzərə alınmaqla tətbiqi əsas məqsədlərdən biri kimi müəyyən edilib.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman və Azərbaycan Respublikası Mediasiya Şurasının dəstəyi ilə Ankara Medipol Universiteti Hüquq fakültəsinin professoru Ergin Ergülün “Rəqəmsal dövrdə süni intellekt və mediasiya” adlı kitabı nəşr olunub.
Kitabda süni intellektin hüquqi əsasları, onun mediasiyada tətbiq imkanları, diqqət edilməli risklər, etik çərçivə və hüquqi infrastruktur məsələləri geniş şəkildə şərh edilir. Rəqəmsal mühitdə süni intellektin tətbiqi sahəsində elmi-praktiki vəsait olan bu nəşr hüquqşünaslar, mediatorlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, tədqiqatçılar və bu sahəyə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi çərçivəsində informasiya texnologiyalarının inkişafı və süni intellektin insan hüquqlarına təsiri məsələləri sistemli şəkildə izlənilir və təhlil olunur. Eyni zamanda, gələcəkdə süni intellektin tətbiqinin Ombudsmana ünvanlanan müraciətlərin effektiv idarə olunması, məlumatların analizi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm imkan kimi qiymətləndirilir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Rəqəmsal zamanda süni intellekt və mediasiya mövzusunda təlim keçirilib
24 Fevral 2026 23:04
“Rəqəmsal dövrdə müasir diplomatiya”
05 Dekabr 2024 14:40
Süni intellekt və Azərbaycanın rəqəmsal gələcəyi
02 Aprel 2025 12:52
Süni intellekt və təhsilin rəqəmsal transformasiyası
21 Avqust 2026 16:52
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
10 İyun 2026 14:55
Baxış sayı:133
Bu xəbər 20 Fevral 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















