Icma.az
close
up
RU
Süni intellekt və Azərbaycanın rəqəmsal gələcəyi

Süni intellekt və Azərbaycanın rəqəmsal gələcəyi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Hədəflər, prioritetlər, vəzifələr

Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda bir sıra prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu zaman süni intellektin inkişafını şərtləndirən milli prioritet sektorları üzrə məsul dövlət orqanlarının müəyyənləşdirilməsi, süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin aydınlaşdırılması, eləcə də həmin risklərin qarşısının alınması qaydalarının təsdiqlənməsi qarşıya önəmli vəzifə kimi qoyulub.

Strategiyada süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsini şərtləndirən əsaslandırma məsələləri də diqqətə çatdırılıb. Belə ki, sənəddə innovasiya yönümlü sərmayələrin cəlbini sürətləndirən, cəmiyyətin maraqlarını və dəyərlərini qoruyan süni intellekt üzrə idarəetmə sisteminin yaradılmasının zəruriliyi xatırladılıb. Eyni zamanda, dünyada süni intellektin inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurulması sözügedən strategiyanın prioritet istiqamətlərindən biri kimi dəyərləndirilib. Beləliklə, innovatorların, tədqiqatçıların və sahibkarların fəaliyyətini dəstəkləyən, stimullaşdıran, eləcə də əhalinin süni intellekt texnologiyalarına inamını reallaşdıran idarəetmə sisteminin formalaşdırılması nəzərdə tutulub.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda gözlənilən nəticə indikatorları isə aşağıdakı kimi sıralanıb:

– innovasiya yönümlü investisiyaları cəlb edən və cəmiyyətin maraqlarını qoruyan süni intellekt idarəetmə sisteminin qurulması;

– süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəli istifadəni gerçəkləşdirmək məqsədilə kənd təsərrüfatı, səhiyyə, nəqliyyat, təhsil və digər prioritet sektorların müəyyənləşdirilməsi;

– süni intellekt tətbiqlərində şəffaflığı, ədalətliyi və etik prinsiplərə uyğunluğu reallaşdırmaq məqsədilə hüquqi çərçivənin hazırlanması, habelə beynəlxalq standartlara uyğun milli normativ hüquqi bazanın işlənilməsi və tətbiqi;

– süni intellekt ekosistemində qlobal səviyyədə Azərbaycan Respublikasının mövqeyini gücləndirmək məqsədilə regional və beynəlxalq tərəfdaşlıqların inkişafının sürətləndirilməsi.

Sənəddə strategiyanın icrasında yarana biləcək riskləri neytrallaşdırmaq məqsədilə süni intellektin tətbiqi potensialı və tələblərini nəzərə almaq şərtilə hər bir sektorda ətraflı təhlillərin aparılacağı, mütəxəssislərin və ekspertlərin fikirləri, təklifləri əsasında prioritet sektorların müəyyənləşdiriləcəyi, pilot layihələrin həyata keçiriləcəyi və resursların balanslı şəkildə bölüşdürüləcəyi də nəzərdə tutulur.

Strategiyada qeyd edilib ki, məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi rəqəmsal transformasiyanın formalaşmasında əsas rol oynayacaq, bununla da dövlət orqanları və özəl sektor üçün etibarlı, səmərəli və innovativ həllərin inkişafı təmin ediləcək. Eyni zamanda, məlumatların səmərəli idarə olunması, açıq məlumatların genişləndirilməsi, yüksəksəviyyəli hesablama imkanlarının artırılması və Təbii Dil Emalı (TDE) texnologiyalarının gücləndirilməsi süni intellektin və data əsaslı qərar qəbuletmənin inkişafına töhfə verəcək.

Bütün bunların reallaşdırılması üçün yüksəksəviyyəli hesablama infrastrukturunun inkişafı, TDE üzrə istiqamətlərin gücləndirilməsi, məlumatlardan səmərəli istifadə, onların təhlükəsizliyinin və fərdi məlumatların mühafizəsinin gerçəkləşdirilməsi və məlumatyönümlü idarəetməyə keçidin təşkili istiqamətlərində layihələr reallaşdırılacaq.

Strategiyada yuxarıda sadalananlarla yanaşı, süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi, əlverişli biznes mühitinin yaradılması kimi məsələlərin də həllinin zəruriliyi vurğulanıb və bu istiqamətlərdə həyata keçiriləcək tədbirlərin mahiyyəti açıqlanıb.

Ayaz MUSEYİBOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın məqsədi ölkədə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarını təkmilləşdirmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Sənəddə nəzərdə tutulan tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcəkdir.

Strategiya Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Həmçinin yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması, eləcə də innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır.

Strategiya çərçivəsində həyata keçiriləcəyi nəzərdə tutulan prioritet istiqamətlər məqsədə çatmaq üçün süni intellektin inkişafını dəstəkləyəcək, müvafiq infrastrukturu quracaq, etik və hüquqi çərçivə yaradacaq, kadr potensialını gücləndirəcək, eyni zamanda, əlverişli biznes mühitinin yaradılmasını şərtləndirəcək.

Süni intellektin idarə edilməsinin inkişafı, eləcə də təkmilləşdirilməsi prioritetinin icrası nəticəsində innovasiyaların təşviqi və sərmayələrin cəlbi ilə ölkə iqtisadiyyatı gücləndiriləcək, eyni zamanda, etik və hüquqi çərçivə yaradılması ilə cəmiyyətin maraqları qorunacaq, süni intellektin tətbiqi zamanı şəffaflıq və ədalət reallaşdırılacaq. Bu, həmçinin süni intellektə olan etimadı artıraraq sosial və iqtisadi faydaların daha geniş yayılmasına imkan verəcək.

Strategiyada “Məlumatların idarəedilməsinin və infrastrukturunun təkmilləşdirilməsi” prioritetinin icrası məlumatların səmərəli idarə olunmasını, təhlükəsizliyini və yüksək hesablama infrastrukturunun inkişafını təmin edəcək. Təbii Dil Emalı (TDE) texnologiyalarının gücləndirilməsi müxtəlif sektorlarda məlumatların təhlilini asanlaşdıracaq və qərar qəbuletmənin səmərəliyini artıracaq. Bu, eyni zamanda, süni intellektin tətbiqi üçün lazımi texnoloji bazanın yaradılmasına, məlumatların daha düzgün və təhlükəsiz istifadəsinə və məlumatəsaslı qərar qəbuletmənin gücləndirilməsinə xidmət edəcək. Nəticədə rəqəmsal transformasiyanın inkişafına və müasir texnologiyaların səmərəli istifadəsinə imkan yaranacaq.

“Süni intellekt sahəsində istedad və bacarıqların təkmilləşdirilməsi” prioritetinin icrası süni intellekt sahəsində ölkənin kadr potensialını gücləndirərək mütəxəssislərin hazırlanmasını gerçəkləşdirəcək və dövlət orqanlarının rəhbər heyətinin süni intellektin tətbiqi sahəsində biliklərini artıracaq. Bu, həm də dövlətin və özəl sektorun rəqəmsal transformasiyasını sürətləndirəcək, ölkənin süni intellekt sahəsində beynəlxalq mövqeyini möhkəmləndirəcək. Eyni zamanda, tədqiqatların təşviqi ilə cəmiyyətdə texnologiyalara inam gücləndiriləcək və süni intellektin tətbiqinin etik və məsuliyyətli şəkildə yayılması təmin ediləcək.

“Əlverişli biznes mühitinin yaradılması” prioritetinin icrası isə süni intellekt sahəsində sərmayə qoyuluşunu artırmağa, innovasiyaları dəstəkləməyə və bazar iştirakçıları üçün əlverişli şərait yaratmağa xidmət edəcək. Dövlətin təşviq etdiyi qanunvericilik dəyişiklikləri və təşviqatlar vasitəsilə startaplar və texnoloji şirkətlər üçün daha əlverişli iş mühiti yaradılacaq. Bu, həmçinin müstəqil sahibkarlığın inkişafını sürətləndirəcək, yerli və beynəlxalq investorların diqqətini cəlb edəcək və süni intellektin inkişafına töhfə verəcək. Nəticədə iqtisadiyyatda yeni iş imkanları yaradılacaq və rəqabət qabiliyyəti güclənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see300

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see276

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see272

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see265

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see259

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see249

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see242

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see235

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see233

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see229

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see225

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see223

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see213

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see209

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see209

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see201

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see194

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see190

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see184

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri